Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-953/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********05030) ünvanında yaşayır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin yaşayış evinə sayğaca baxış keçirərkən orda heç bir nöqsan aşkarlanmamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin köhnə qaz sayğacı aparıldıqdan sonra iddiaçıya məlumat sayğacda problem olduğu və cərimə ödəməli olduğu bildirilmişdir. Həmin evdə istifadəyə görə yaranmış borcla aybaay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır. Çünki iddiaçı istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir. İddia ərizəsində göstərilənləri nəzərə alaraq iddiaçı, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq 479.80 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-i tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı abonent koduna sonuncu borc 2021-ci il üçün 0 manat qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 12 fevral 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı **********05030 saylı istehlakçı hesabında yaranmış borcun araşdırılması barədə xx.xx.2021-ci il tarixli ərizəyə baxılmış, istehlakçının istifadəsində olmuş smart itron tipli G-4 markalı 1002AQ**********2 nömrəli qaz sayğacı smart itron tipli G-4 markalı **********6 nömrəli qaz sayğacı ilə əvəzlənərək xx.xx.2019-cu il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edildiyi və yoxlamaya göndərildiyi məlum olmuşdur. Metrologiya Departamentinin xx.xx.2019-cu il tarixli MSK 29/1710-00708 saylı aktında “Xətalar normaya uyğundur. Sayğacın mexaniki göstərici elektron göstəricisindən artıqdır. Sayğacın hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan plomblarının rəngi hesablama mexanizminin qoruyucu platsmas örtüyünün rəngindən cüzi fərqlənir. Batareya yuvasına vurulmuş plomb cüzi zədəlidir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda xx.xx.2019-cu il tarixdə 92 dəfə) ALARM-1 rejimi aşkar olunub.” qeyd olunmuşdur. Həmin akta əsasən xx.xx.2019-cu il tarixli ******* saylı “Qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında” akt tərtib olunaraq 486 anat dəymiş ziyan hesablanmış istehlakçı hesabına daxil edilmiş və istehlakçının etdiyi ödənişlərdən hissəhissə tutulması üçün smart payment kartına yönləndirilmişdir. xx.xx.2021-ci il tarixinə istehlakçı hesabında 479.80 manat borcun mövcud olduğu və istehlakçı tərəfindən ödənilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-i tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən “Xətalar normaya uyğundur. Sayğacın mexaniki göstərici elektron göstəricisindən artıqdır. Sayğacın hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan plomblarının rəngi hesablama mexanizminin qoruyucu plasmas örtüyünün rəngindən cüzi fərqlənir. Batareya yuvasına vurulmuş plomb cüzi zədəlidir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda xx.xx.2019-cu il tarixdə 92 dəfə) ALARM-1 rejimi aşkar olunub.” qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının evinə dair hesablanmış 479.80 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, ünvan 1 (Abonent kodu: **********05030) ünvanına dair hesablanmış 479.80 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanına aid qaz sərfinə görə istehlakçı İddiaçı (Abonent kodu: **********05030) hesablanmış 479.80 (dörd yüz yetmiş doqquz manat səksən qəpik) manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-953/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-953/2023
18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver