Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-954/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı – ünvan 1 ünvanına hesablanmış 6335.6 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında vediyi izahatında iddiaçı göstərmişdir ki, ünvan 1 iddiaçının mülkiyiyətindədir. Həmin mənzil xx.xx.2022-ci il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir. Həmin mənzildə quraşdırılan qaz sayğacı hal-hazırda evin köhnə sahibi X1 adınadır. Qaz sayğacını adına keçirtmək istəyəndə “ASAN” kommunalda ona 6335.6 manat borcu olduğunu bildirmişlər. Lakin iddiaçı həmin mənzili alan zaman heç bir borc olmamışdır. Borcun necə yarandığını öyrənmək üçün Cavabdeh İB-nə müraciət edən zaman ona bildirmişlər ki, sayğacdankənar qeyri-qanuni istifadə olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıda göstərilən xüsusatlara görə rədd edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Abonentin saldosuna əsasən abonent X2 (abonent kodu: **********20490) ünvan 1 ünvanı üzrə 6335.6 manat məbləğində təbii qazın sərfiyyatına görə debitor borc hesablanmışdır. İddiaçınının adına daşınmaz əmlaka dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ərizəsində ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı aldığı zaman satıcı tərəfindən təbii qaza görə borcun olmadığına dair bildirişi təqdim etdiyini, həmin borcun sonradan təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablandığını bildirsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borc ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi olan şəxsə debitor borc kimi hesablanmış və ona məxsus abonent hesabında öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdırYuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının istinad etdiyi dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığında, daşınmaz əmlakın mülkiyyətçisinin dəyişilməsi isə təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi üçün əsas olmadığına görə iddia əsəssız hesab edilərək rədd edilməldiir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh İB-yə qarşı – ünvan 1 ünvanına hesablanmış 6335.6 manat borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-954/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-954/2023
29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver