Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9653/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X1 qızı Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən oğlu xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş qətnamədən görünür ki, Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən oğlu xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3565/2024 saylı qətnaməsi ilə ərizə təmin edilərək xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş, həmçinin “Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslərin vahid reyestri”nə məlumat verilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbulundan imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2, 153.3cü maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. xx.xx.2024-cü il tarixli, 8873 nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Əhmədli filialında dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. . Hakim: Leyla Şövkətli-Məsimli İş № 2(011)-9653/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 06 dekabr 2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi X1 qızı, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:45-də başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək ərizənin geri qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət saat 13:00-da qurtardı. Protokol 06 dekabr 2024-cü il tarixdə tərtib edilmişdir. Hakim: Leyla Şövkətli-Məsimli
Məhkəmə qərarları › İş №2(011)-9653/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9653/2024
06.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver