Məhkəmə qərarları › İş №2(011)-974/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-974/2023

03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-974/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X16 qızının katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6 ilə bağlanmış 29 iyul 2005-ci il tarixli, 35476 saylı müqavilənin, AMEA A.A Bakıxanov adına Tarix, Arxeologiya və Etnoqrafiya İntitutları “Tarixçi” bağçılıq birliyi sahələrinin xəritəsinin və adlı siyahının (hər iki halda 44-cü sıradakı X8) X5 məxsusluğunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 1936-cı ildə anadan olmuş, 06 iyun 2006-cı il tarixdə vəfat etmişdir. Ərizəçi X4 övladı olmaqla, onun yeganə vərəsəsidir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən 25 iyul 2005-ci il tarixdə 35476 saylı müqavilə əsasında X4 adına Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən 44/3195 nömrəli bağ sahəsi ayrılmışdır. Lakin həmin bağ sahəsi ilə əlaqədar mülkiyyət hüququna dair reyestrdən çıxarış əldə edilənə qədər X7 vəfat etmişdir. Həmin torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında ərizəçinin mülkiyyətinə keçirilməsi üçün müraciət edildikdə müəyyən olunmuşdur ki, bağ sahəsinə dair müqavilə, siyahı və sxem bölgüdə mərhum X4 adı fərqli şəkildə qeyd edilmişdir. Belə ki, 29 iyul 2005-ci il tarixli, 35476 saylı müqavilədə şəxsin adı X6, AMEA A.A Bakıxanov adına Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutları “Tarixçi” bağçılıq birliyi sahələrinin xəritəsində və adlı siyahıda şəxsin adı X3 qeyd edilmişdir. Ərizəçinin anasının adı AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu vəsiqəsində X8, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən verilmiş Əmək veteranı vəsiqəsində və əmək kitabçasında şəxsin ad, soyad, ata adı X1, ölüm haqqında şəhadətnamə və dövlət sosial sığorta şəhadətnaməsində X2 qeyd edilmişdir. Göründüyü kimi bir sıra sənədlərdə şəxsin adı fərqli yazılmışdır. Hal-hazırda sənədlərdə fərqli göstərilmiş ad, soyad, ata adının X5 məxsusluğu miras əmlakın qəbul edilməsi baxımından zəruridir. Daha sonra ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, X6 ilə bağlanmış 29 iyul 2005-ci il tarixli, 35476 saylı müqavilənin X5 məxsusluğunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X7 1936-cı ildə anadan olmuş, 06 iyun 2006-cı il tarixdə vəfat etmişdir. Ərizəçi mərhum Hökümə Abdullayevanın qızı və onun yeganə vərəsəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Şüvəlan ərazisindəki 44/3195 nömrəli bağın istifadəyə verilməsi haqqında 35476 saylı 29 iyul 2005-ci il tarixli müqavilədən görünür ki, X4 adına Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən 44/3195 nömrəli bağ sahəsi ayrılmışdır, həmin müqavilədə ərizəçinin anasının adı “Həkimə” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi verilmiş 03 iyul 2020-ci il tarixli cavab məktubundan görünür ki, X11 adına Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 44/3195 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə arxiv qovluğunda aşkar edilməmişdir. Bu səbəbdən sənədin surətinin verilməsi mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üstüstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Göründüyü kimi, ərizəçinin mərhum anasının adı sənədlərdə eyni cür yazılmamışdır. Belə ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Şüvəlan ərazisindəki 44/3195 nömrəli bağın istifadəyə verilməsi haqqında 35476 saylı 29 iyul 2005-ci il tarixli müqavilədə ərizəçinin anası X4 adı “Həkimə” kimi yazılmışdır. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, ilk növbədə, ərizəçinin mərhum anasının şəxsiyyətini təsdiq edən sənəddəki ad ilə 35476 saylı 29 iyul 2005-ci il tarixli müqavilədə göstərilmiş ad üst-üstə düşmür. Belə ki, şəxsiyyət vəsiqəsində ərizəçinin anasının adı “Hökümə” yazıldığı halda, müqavilədə “Həkimə” kimi yazılmışdır. İkinci növbədə, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Şüvəlan ərazisindəki 44/3195 nömrəli bağın istifadəyə verilməsi haqqında 35476 saylı 29 iyul 2005-ci il tarixli müqavilə hüquqmüəyyənedici sənəd hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubla X11 adına Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 44/3195 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin arxiv qovluğunda aşkar edilmədiyi, bu səbəbdən sənədin surətinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Şüvəlan ərazisindəki 44/3195 nömrəli bağın istifadəyə verilməsi haqqında 35476 saylı 29 iyul 2005-ci il tarixli müqavilə ərizəçinin mərhum anası X5 məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Qeyd edilən hüquqmüəyyənedici sənəddə ərizəçinin anasının adı səhvən “Həkimə” kimi göstərilmişdir və həmin sənədin ərizəçinin anasına məxsus olması faktının müəyyən edilməsinin ərizəçinin anasına məxsus olan torpağa dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, ərizə təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Şüvəlan ərazisindəki 44/3195 nömrəli bağın istifadəyə verilməsi haqqında 35476 saylı 29 iyul 2005-ci il tarixli müqavilənin Ərizəçi mərhum anası X5 məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin ödədiyi 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar