Məhkəmə qərarları › İş №2(011)-975/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-975/2023

10.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-975/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Cavabdeh əməkdaşları tərəfindən onun adına qeyd edilmiş **********00250 nömrəli abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qanunsuz hesablanmış 390,44 manat borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır, yaşadığı evdə istifadə etdiyi təbii qaza görə **********00250 nömrali abonent kodu öz adına qeyda alınıb, istifadə etdiyi təbii qazın dəyərini hər ay vaxtında Cavabdeh hesabına ödəyir, bu yaxınlarda ona istifadə olunmuş təbii qazın pulunu ödəmək üçün bildiriş-xəbərdarlıq veriləndə təbii qaza göra 390.44 manat məbləğində yekun borc hesablandığını görmüşdür, borcun yaranma səbəbini öynənmək üçün Kürdəmir rayon Qaz İdarəsinə müraciət etmişdir, Qaz İdarəsində adına qeydə alınmış **********00250 nömrəli abonent saldosunu ona təqdim etmişdirlər, saldoya baxdıqda orada 390.44 manat borcunun oldugu geyd edilmişdir, abonent saldosunda 2019-cu ilin dekabr ayına borcun 344.94 manat olduğu göstərilmişdir, cavabdeh "Azariqaz" İstehsalat Birliyi vaxtı keçmiş borcu ondan əsassız olaraq tələb etməklə 2019-cu ilin dekabr ayından bəri keçən müddət ərzində onun təbii qazdan istifadəyə görə ödədiyi qaz pulunu nəzərə almadan ondan əsassız olaraq 394.44 manat məbləğində qaz pulunu tələb edir, abonent saldolarında göstərilən məbləğdə borcu yoxdur, "Azariqaz" İstehsalat Birliyi tərəfindən konstitusiya ilə təsbit olunmuş hüquqları qanunsuz olaraq pozulmuş və həmin qanunsuzluq nəticəsində maddi ziyana düşərək qanunsuz hesablanmış cərimənin silinməsi ilə bağlı bir neçə dəfə cavabdehə müraciət etməklə, hətta həmin idarəyə getməklə əlavə xərcə düşmüşdür, bütün bunlara baxmayaraq cavabdeh təşkilat tərəfindən onun qanuni tələbinə bu günə kimi heç bir cavab verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.S.Xəlilov iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tamamilə əsassızdır, qeyd edilən ünvanda iddiaçı sayğac vasitəsilə təbii qazdan istifadə edir, yaranan borc akt əsasında yazılmamışdır, iddiaçı təbii qazdan istifadə etmiş, lakin onun dəyərini ödəməmişdir, nəticədə borcu yaranmışdır, qeyd olunan borc onun abonent hesabına əlavə edilmişdir, borcun qazdan istifadə nəticəsində yaranması saldodan da görünür, ödəniş edilməmiş, borc artmışdır, borcun akt əsasında yazılmasına dair sübutlar da onun tərəfindən iş materiallarına əlavə edilməmişdir, iddiaçı 394 manat məbləği haradan hesablayıb o da məlum deyildir. Sonda cavabdehin nümayəndəsi R.S.Xəlilov iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, abonent İddiaçı Hacıqabul MQKS, ünvan 2 ünvanı üzrə **********00250 saylı abonent hesabına 09/2022-ci il tarixi üzrə ay sonuna borcu 390,44 manatdır, ünvan üzrə xx.xx.2021-ci il tarixdə “Zenner G4T” mexaniki tipli sayğac quraşdırılmışdır, cihaz 4 gözlü qaz plitələridir (PQ-4). Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında Zenner G-4 markalı qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir, ünvanda istifadə edilən qaz qurğusu 4 gözlü qaz plitəsidir (PQ-4), onun **********00250 saylı abonent koduna təbii qaz sərfiyyatına görə 09/2022-ci il tarixinə borcu 390,44 manat təşkil edir, saldo üzrə hesablanmış məbləğ sayğac əsasında istifadə edilmiş təbii qaz sərfiyyatına görədır. Bununla belə, iddiaçıya məxsus abonent koduna hesablanmış borcun əsassız olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etməkdə halı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha azmiqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh əməkdaşları tərəfindən onun adına qeyd edilmiş **********00250 nömrəli abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qanunsuz hesablanmış 390,44 manat borcun onun hesabından silinməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, istehlakçıların hüquqlarının qorunması tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh əməkdaşları tərəfindən onun adına qeyd edilmiş **********00250 nömrəli abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qanunsuz hesablanmış 390,44 manat borcun onun hesabından silinməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar