Məhkəmə qərarları › İş №2(011)-982/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-982/2022

07.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-982/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X7 iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1967-ci il təvəllüdlü X8 mənim doğma bacımdır. İddiaçı qeyd edir ki, bacısı xx.xx.1967-ci il təvəllüdlü X8 psixiatrik xəstəlikdən əziyyət çəkir. Belə ki, bacısı xx.xx.1967-ci il təvəllüdlü X1 psixi durumunda dəyişiklik müşahidə olunmuş, o öz davranışlarını idarə bilmir. Öz-özünə danışır, özünə və ətraf mühitə zərər verir, həyəcan keçirir, söhbətə aralıqlarla qoşulur. Buna dair AR Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışda təqdim edilmişdir. Hətta, onun psixi durumu ilə bağlı olaraq dəfələrlə yaşadığı binanın sakinləri tərəfindən bizə şikayətlər daxil olmuşdur. O, əsəbi, qeyri-etik davranır, kanalizasiya sistemini yararsız vəziyyətə salır, natamiz şəraitdə yaşayır. İddiaçının bacısının natəmiz vəziyyətdə yaşadığından qonşular artıq buna dözə bilməyib, bununla bağlı tədbir görülməsini ondan xahiş etmişdirlər. Həmçinin, onun natəmizliyi, gündəlik tələbatlarını düzgün ödəyə bilməməsi sayəsində artıq bədənində yaralarda meydana gəlmişdir. Onu da diqqətinizə çatdırım ki, xx.xx.1967-ci il təvəllüdlü X3 psixi durumun qaydasına salınması, məhz həkimlərin iştirakı ilə müalicə olunması üçün 2020-ci ilin may ayında qonşular və İcra Hakimiyyətinin nümayəndələri mənim razılığım əsasında onu psixiatrik xəstəxanaya yerləşdirdik. Hal-hazırda xx.xx.1967-ci il təvəllüdlü X8 psixiatrik xəstəxanada müalicə olunur. Bütün bunlar onu bir daha təsdiq edir ki, onun psixi durumu ilə əlaqədar daimi qulluğa ehtiyacı vardır. Öz davranışlarının mahiyyətini dərk etmir, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna, nəzarəti ilə öz tələbatlarını ödəmək imkanındadır. Belə ki, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. İddiaçı qeyd edir ki, bacısı bu xəstəliyə dair bundan öncə də xəstəxanaya yerləşdirilsə də, lakin heç bir nəticə verməmişdir. Məhz bu səbəbdən bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, özünün onun qəyyumu təyin olunması üçün zərurət yaranmışdır Ərizəçinin nümayəndəsi X10 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinın izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikasının, Bakı şəhərində anadan olmuş, atası X4, anası X2r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixində 2842 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli 1622 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Buna görə X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında X3 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, daimi yaşayış ünvanı Bakı şəhəri, 6-cı mikrorayon, keçid 14/10, 14 saylı evin, 15 saylı mənzili olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X3 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar