Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-985/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh “İri Şəhərilərin Birləşmmiş Su Təchizatı” X4 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “İri Şəhərilərin Birləşmmiş Su Təchizatı” X3rşı borcun silinməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət ai rayon İdarəsi tərəfindən su sayğacı üzrə məndən əsassız tələb olunan 484 manat pulun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ünvan 1 ünvanında daimi yaşayır, xx.xx.2007-ci ildə ünvan 2vilə bağlamış və həmin idarə onun göstərilən bina evindəki 2-ci mərtəbədə yerləşən mənzilinə boru vasitəsilə su xətti çəkib sayğac qoymuş və su xəttinə kənar müdaxilənin olmaması üçün suyun sayğaca giriş və çıxış hissəsinnin birləşməsinə plomb vurmuşdur. Bundan sonra 2007-ci ildən 2024-cü ilin sentyabr ayının 10-u tarixinə kimi hər ay Sukanal idarəsinin nəzarətçisi gəlib sayğacı və plombu yoxlayıb aylıq su sərfiyatına dair aparat vasitəsilə Hesab -faktura yazıb verərək çıxıb getmişdir. O, isə həmin hesab faktura əsasında sərf etdiyi suyun pulunu ödəyib qəbzləri saxlamışdır. 09 oktyabr 2024-cu il tarixdə Xətai rayon Su kanal idarəsinin nəzarətçisi Orxan Quliyev adlı şəxs gəlib sayğacı yoxlayıb bildirmişdir ki, sayğaca müdaxilə olunmayıb, plomb yerindədir lakin sayğacda su səryiyyatı 484 manat göstərilir. Bundan sona Xətai rayon Sukanal idarəsinə məlumat verilmiş və işçilər gəldikdən sonra müəyyən olunmuşdur ki, su borusunun sayğacdan keçdikdən sonra evə gedən hissəsində boru partlayıb təziq altında su axaraq binanın zirzəmisinə dolmuşdar. Bundan sonra Sukanal idarəsinin işçiləri gəlib borunu dəyişib qəzanı aradan qaldırmışlar. Qeyd etdiyi kimi onun mənzilinə su çəkilişini və sayğac qoyulması işlərini Sukanal idarəsi özü etmişdir. Yəni borunun partlaması və suyun zirzəmiyə axması nəticəsində sayğacın bu qədər pul yazmasında onun heç bir təqsiri yoxdur. Bütün bunlardan sonra o, Xətai Sukanal idarəsinin rəhbərliyinə ərizə ilə müraciət etmişdir ki, sayğac üzrə onun adına yazılmış 484 manatı silsinlər, lakin idarədən ona bildirilmişdir ki, onun borcu artıq sistemə oturduğundan silə bilməzlər, qəzadan sonrakı ay üçün yəni 2024-cü ilin noyabp ayında nəzarətçi tərəfindən sayğac üzrə ona verilmiş hesab fakturadan görünür ki, həmin ay üçün 17 manatlq su sərfıyatı olmuşdur. Göstərilənləri nəzərə alaq hesab edir ki, Xətai rayon Sukanal idarəsi tərəfindən ondan su sərfıyatına görə tələb olunan 484 manat pul əsassızdır və silinməlidir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nurəddin Hümmətov iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, qeyd edilən ünvanda su və kanalizasiya xidmətlərindən istifadə edir, yaranan borc sayğacdan keçən su sərfiyyatına görə hesablanmışdır, sayğacdan sonrasına onlar cavabdehlik daşımır, hər hansı qəza olmuşdursa da, iddiaçı dərhal tədbir görməli idi, su xəttinin sayğacdan sonrakı hissəsi ilə bağlı onların öhdəliyi yoxdur, ididaçının sayğacından keçən su sərfi 484 manat olmuş, borc onun abonent hesabına əlavə edilmişdir. Sonda cavabdehin nümayəndəsi Nurəddin Hümmətov iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent kartı”nın surətindən görünür ki, 0105.2007-ci il tarixli 15826625 saylı müqaviləyə əsasən, İddiaçı (abonent kodu: **********210) ünvan 3 ünvanı üzrə yekun borcu 484 manatdır. İş materiallarında olan “İri Şəhərilərin Birləşmmiş Su Təchizatı” X6 Xətai rayon Sukanal idarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sizin Xətai rayon Sukanal idarəsinə ünvanladığınız xx.xx.2024-cü il tarixli ərizəniz əməkdaşlarımız tərəfindən araşdırıldı. Hazırda xx.xx.2024-cü il tarixinə sayğac göstəricisi 2248 m 3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabınızda 484,00 manat borc var. Qeyd edilən borc sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Qədir Məmmədov ev 9, mənzil 21 (abonent kodu-**********210) ünvanına aid olan aylıq sərfiyyat və ödənişlər barəsində olan abonent kartını sizə təqdim edirik. Həmçinin bildiririk ki, "xxxx" ASC-nin “Elektron su” portalında (www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabınızda yaranmış qalıq borcunuzu öyrənə, ödəyə, hesab fakturalarınıza və ödənişlərinizə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə "xxxx" ASC-yə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilərsiniz. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ünvan 3 ünvanında **********210 abonent kodu ilə su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətindən istifadə edir, onun bu xidmətdən istifadəyə görə 484 manat borcu yaranmışdır, hesablanmış məbləğ sayğac əsasında istifadə edilmiş təbii qaz sərfiyyatına görədir, iddiaçı özü də su borusunda baş vermiş nasazlığın sayğacdan sonra baş verdiyini bildirmişdir. Bununla belə, iddiaçıya məxsus abonent koduna hesablanmış borcun əsassız olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etməkdə haqlı deyil. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının özünün də bildirdiyi kimi abonent hesabına borc məbləği su xəttinin suölçən cihazdan sonrakı hissəsində baş vermişdir və bu halda su xəttində baş vermiş hər hansı qəza və digər vəziyyətlə bağlı təqsirinin olmadığını sübut etmək vəzifəsini iddiaçı daşıyır, iddiaçı isə baş vermiş nasazlığın onun təqsiri ucbatından baş vermədiyinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha azmiqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasinin Qanununun 59-cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 30-cu maddəsinə əsasən verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya erilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq Həmin Qanunun 31-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi suölçən cihazların göstəricilərinin qeydə alınması, onların quraşdırılması, təmiri, dəyişdirilməsi, çıxarılması, yerlərinin dəyişdirilməsi, onlara xidmət göstərilməsi və onlardan göstəricilərin silinməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı cihazının yanına buraxılmaq hüququna malikdir. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, istehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər: a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq; b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək; c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək; ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. Həmin Qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Həmin Qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsilərindən biridir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “İri Şəhərilərin Birləşmmiş Su Təchizatı” X3rşı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı» X7 Xətai rayon Sukanal İdarəsi tərəfindən su sayğacı üzrə məndən əsassız tələb olunan 484 manat pulun silinməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, istehlakçıların hüquqlarının qorunması tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh “İri Şəhərilərin Birləşmmiş Su Təchizatı” X3rşı “cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı» X7 Xətai rayon Sukanal İdarəsi tərəfindən su sayğacı üzrə məndən əsassız tələb olunan 484 manat pulun silinməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-985/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-985/2025
07.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver