Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-989/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2038,20 manat cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.02.2020-ci il tarixində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında Cavabdeh İB tərəfindən iddiaçıya məxsus olan “G4” markalı 40022035 saylı sayğaca dair ******* saylı akt tərtib olunmuşdur. Aktda qeyd olunur ki, qaz sayğacına baxış keçirilən zaman, guya ona məxsus qaz sayğacına kənar xətt çəkilmişdir. Heç vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. O uzun illər ərzində qaz sayğacından istifadə etməmişdir. Belə ki, o yalnız 2019-cu ilin fevral ayında Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında ona məxsus fərdi yaşayış evində qaz sayğacının quraşdırılması üçün “ASAN Kommunal”-a müraciət etmişdir. Onlar qaz sayğacının çəkilməsi üçün lazımi olan boruların tərəfindən alınmasını və yalnız bundan sonra qaz sayğacının çəkilə biləcəyini bildirdilər. Nəticədə, iddiaçı yuxarıda qeyd olunanlarla razılaşaraq ona məxsus qaz sayğacının quraşdırılması üçün lazımi boruları almış və quraşdırılması üçün müraciət etmişdir. Bu zaman qaz sayğacının quraşdırılması üçün nəzarətçilərin gələcəklərini bildirdilər. Lakin nəzarətçilərə dəfələrlə müraciət etməyinə baxmayaq qaz sayğacının quraşdırılması üçün gəlmədilər. Həmin zaman isti aylar olduğu üçün qaz sayğacına ehtiyacı olmadı və daha sonradan isə qaz yanacağı əvəz edəcək elektrik sobasından istifadə etdi. Beləliklə, istilik sistemi üçün qaz sayğacının quraşdırıldığı günə qədər, yəni 2020-ci ilin may ayınadək işıq enerjisindən istifadə etmişdir. Lakin sonuncu aktın tərtib olunduğu anadək quraşdırılmamış qaz sayğacına dair hesablanmış borc məbləğinin ona məxsus işıq sayğacına yönəldildiyi məlum oldu. Qaz sayğacına dair borcun işıq sayğacına yönəldilməsinin hansı hüquqi əsaslarla həyata keçirilməsinə dair hər hansı bir məlumatı yoxdur. 28.02.2020-ci il tarixində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında Cavabdeh tərəfindən ona məxsus olan “G4” markalı 40022035 saylı sayğaca dair ******* saylı tərtib olunmuş aktdan da görünür ki, o həmin akta etiraz etmiş və heç bir imza ilə aktı təsdiqləməmişdir. Aktın tərtib olunduğu tarixdən sonra isə COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunmuş sərt karantin rejimi nəticəsində məsələ ilə maraqlanmaq imkanı əldə edə bilməmişdir. Yalnız 4 avqust 2020-ci il tarixində Cavabdehnə məsələ ilə əlaqədar ərizə ilə müraciət etdikdən sonra Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ona məxsus qaz sayğacına dair müxtəlif vaxtlarda guya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında"' akt əsasında dəymiş ziyana görə borc hesablanmasına, ümumilikdə isə **********00053 abonent kodu üzrə 2038,30 məbləğində borcun mövcud olmasına dair məlumat verildi. Halbuki qaz sayğacı quraşdırıldığı vaxtdan etibarən vaxtlı-vaxtında sərf olunmuş qazın dəyəri ödənilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2020-ci il tarixli, ******* saylı aktlarda “qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olundu” qeyd edilmişdir. Həmin akt əsasında tərtib edilmiş “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin və abonent saldosunun surətindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi qazın dəyərinə görə borc hesablanmış və 2032,20 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında 2038,30 manat borcun hesablandığını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hesablanmış borcun məbləği cəmi 2032,20 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.10.2021-ci il tarixli, 10/4514 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədi, buna görə Cavabdeh İB-yə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmadı. Tədqiqatın dəyəri 102 manat təşkil edir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və hesablanmış 2032,20 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları sübuta yetirilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qaz paylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə sübuta yetirilmədiyindən, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2032,20 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, iddia 3122,70 manatdan qalan 6,10 manat məbləğində borcun silinməsi hissəsində sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə aid olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 102 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00053) üzrə İddiaçı hesablanmış 2032,20 (iki min otuz iki manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 (yüz iki) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-989/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-989/2021
24.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver