Məhkəmə qərarları › İş №2(011)-992/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-992/2025

18.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-992/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, ev 18 ünvanında qeydiyyatdadır va faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Cavabdeh İB tərəfindən xx.xx.2018-ci ildə əsassız olaraq «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akta əsasən dəymiş ziyan 2693 m3 abonentin hesab koduna 538,60 manat borc yazılmışdır. xx.xx.2021-ci ildə Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirilmiş və sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, fotovideo çəkilmiş, kənar qaz xəttinin hansı ünvana daxil olmasına dair foto-şəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və elə həmin gün qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* №-li akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyan 6048 m3 hesablanmış və abonentin hesab koduna 604,80 manat borc yazılmışdır. xx.xx.2021-ci ildə qeyd olunan ünvanda Cavabdeh İB tərəfindən küçədəki qaz xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirilmiş və sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xəttinin hansı ünvana daxil olmasına dair foto-şəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və elə həmin gün qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* №-li akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyan 3091 m3 hesablanmış və abonentin hesab koduna 309,10 manat borc yazılmışdır. xx.xx.2022-ci ildə yenidən qeyd olunan ünvanda Cavabdeh İB terəfindən küçədəki qaz xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirilmiş və sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xəttinin hansı ünvana daxil olmasına dair foto-şəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və elə həmin gün qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* №-li akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyan 36720 m3 hesablanmış və abonentin hesab koduna 4418,40 manat borc yazılmışdır. xx.xx.2022-ci ildə bir daha qeyd olunan ünvanda Cavabdeh İB tərəfindən küçədəki qaz xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirilmiş və sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xəttinin hansı ünvana daxil olmasına dair foto-şəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və elə həmin gün qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* №-li akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyan 6120 m3 hesablanmış və abonentin hesab koduna 734,40 manat borc yazılmışdır. Cavabdeh İB 2023-cü ilin iyun ayında, isti yay ayında, təbii qaza tələbatın olmadığı bir vaxtda «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi akta əsasən dəymiş ziyanı 18144 m3 hesablamış və abonentin hesab koduna 2177,28 manat, xx.xx.2023-cü il üçün 4656 m3 dəymiş ziyana görə 558,72 manat, xx.xx.2023-cü il üçün 2052 m3 dəymiş ziyana görə 246,24 manat, xx.xx.2023-cü il üçün 2592 m3 dəymiş ziyana görə 311,04 manat, xx.xx.2024-cü il üçün 6120 m3 dəymiş ziyana görə 734,40 manat, xx.xx.2024-cü il üçün 6120 m3 dəymiş ziyana görə 734,40 manat borc yazmışdır. Beləliklə, Cavabdeh İB xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2024-cü ilə qədər müəyyən vaxtlarda abonentin iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair 11 ədəd "Dəymiş ziyan həcminin hesablanması" barədə aktlar tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd olunmuş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2024-cü ilə qədər abonentin hesab koduna 11086,18 manat borc yazmışdır. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz, çünki fotoşəkillər təkrarlanmış, hansı tarixlərə və hansı aktlara aid olması müəyyən edilməmişdir. İsti yay aylarında təbii qaza tələbatın olmadığı bir halda abonentin kənar xəttdən istifadə etməsi inandırıcı deyildir. Bundan əlavə sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsinə və hansı həyətə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə aid deyildir. Abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş, abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır. Qeyd olunan ünvana dəfələrlə baxış keçirilməsinə baxmayaraq abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə ailə üzvlərinin, nədə ki, qonşuların həmin aktlardan xəbərləri olmamışdır. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya qonşulara təqdim olunmamış, abonent və qonşular həmin aktları imzalamamışdır. Abonentin imzalmadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin, Cavabdeh İB aktların abonentə təqdim olunmasını sübut edə bilmir. Tərtib olunmuş aktlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir, Cavabdeh İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparmadan şişirdilmiş rəqəm yazmışdır. Cavabdeh İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə iddiaçıya təqdim edə bilməmişdir. Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçdəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. Cavabdeh İB tərəfindən tərtib edilmiş 11 ədəd akta əsasən boru üzərində bir o qədər zədə olmalıdır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. «Azariqaz» İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xəttdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Hazırkı halda iddiaçı cavabdehdən məhz iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar qanunsuz sübut edən faktları tələb edir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-da və Azerbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olduqda, uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda, o cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə yaradır. Məhkəməyə təqdim olunmuş aktlardan görünür ki, həmin aktlar birtərəfli qaydada tərtib edilmiş, abonent və ya ailə üzvləri və ya qonşular həmin aktları imzalamamışdır. İmzalanmamış həmin aktlar əhəmiyyətli sübut sayılmır va əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. xx.xx.2024-cü il tarixli gasrepdən məlum olur ki, abonent xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilə qədər 13277 m3 qaz sərfiyyatına görə 1901,40 manat ödəniş etmiş və əsassız borca görə 573,78 manat tutulma olmuşdur. xx.xx.2024-cü il tarixli Abonentin Saldosuna əsasən xx.xx.2024-cü il tarixə qədər abonentin hesab koduna 11086,18 manat məbləğində borc yazılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 2229,12 manat məbləğin İddiaçı hesab kodundan (kod: **********00000) silinməsinə və əsassız borca görə tutulmuş 573,78 manat məbləğin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 11086,18 manat məbləğin İddiaçı hesab kodundan (kod: **********00000) silinməsinə və əsassız borca görə tutulmuş 573,78 manat məbləğin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırki məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş, lakin cavabdehin nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********00000) 2021-ci il üzrə 913,90 manat, 2022-ci il üzrə 5152,80 manat, 2023-cü il üzrə 3293,28 manat, 2024-cü il üzrə 1468,80 manat olmaqla, cəmi 10828,78 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2021-ci il tarixli, ******* nömrəli, 28 aprel 2021ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 01 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2024-cü il tarixli, ******* nömrəli və 31 mart 2024-cü il tarixli, ******* nömrəli aktların surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/329 saylı, 22 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş “Gasrep” çıxarışdan görünür ki, İddiaçı (abonent kodu: **********00000) borca görə 573,78 manat pul vəsaiti tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2021-ci il tarixli, ******* nömrəli, 28 aprel 2021-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 01 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2024-cü il tarixli, ******* nömrəli və 31 mart 2024-cü il tarixli, ******* nömrəli aktların surətində “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni sayğacdankənar istifadə edir” kimi qeydlər edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 10828,78 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/329 saylı, 22 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən borcun məbləği 11086,18 manat qeyd edilsə də, işdə olan sübutlarla borcun 10828,78 manat hesablandığı təsdiq edilir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00000) ünvanına hesablanmış 28 fevral 2021-ci il tarixli, ******* nömrəli, 28 aprel 2021-ci il tarixli, ******* nömrəli aktlar üzrə 913,90 manat, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 01 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktlar üzrə 5152,80 manat, 31 oktyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktlar üzrə 3293,28 manat, 31 yanvar 2024-cü il tarixli, ******* nömrəli və 31 mart 2024-cü il tarixli, ******* nömrəli aktlar üzrə 1468,80 manat olmaqla, cəmi 10828,78 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi borca görə tutulmuş vəsaitin qaytarılması hissəsində əsaslı olduğundan və iş materialları ilə təsdiq edildiyindən, iddiaçıya məxsus smart-kartdan borc kimi tutulmuş 573,78 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 124.21 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu: **********00000) hesablanmış 28 fevral 2021-ci il tarixli, ******* nömrəli, 28 aprel 2021-ci il tarixli, ******* nömrəli aktlar üzrə 913,90 manat, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 01 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktlar üzrə 5152,80 manat, 31 oktyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktlar üzrə 3293,28 manat, 31 yanvar 2024-cü il tarixli, ******* nömrəli və 31 mart 2024-cü il tarixli, ******* nömrəli aktlar üzrə 1468,80 manat olmaqla, cəmi 10828,78 manat məbləğində borcu silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 573,78 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdehndən 124.21 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 64 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar