Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1010/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən **********01297 abunə koduna hesablanmış 1896,40 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla X3 arasında xx.xx.2020-ci il tarixdə Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin torpaq sahəsini və üzərində inşa edilən fərdi yaşayış evini 2020-ci ildə aldıqdan sonra yaşamağa başlamışdır. Belə ki, bir müddət yaşadıqdan sonra evinə göndərilmiş bildiriş vərəqəsində "xxxx" ASC-yə 1896,40 manat məbləğində borcu olduğu bildirilmiş və ən qısa zamanda borc ödənilmədiyi təqdirdə işığın verilməsinin dayandırılacağı barədə ona xəbərdarlıq edilmişdir. O, ahıl yaşlı bir insandır, ancaq təqaüdlə dolanır və həmin pulu ödəmək onun imkanı xaricindədir. X2 həmin borc barədə ona nə üçün demədiyini soruşa bilmir, hazırda həmin xanımla heç bir əlaqəsi yoxdur. Bu ciddi məsələ ilə bağlı o, Azərişıq ASC-yə yollanmış, ona sözügedən məbləğdə borcun ancaq məhkəmə qaydasında silinə biləcəyi barədə şifahi olaraq izah verilmiş, əlavə olaraq məhkəməyə təqdim etməsi üçün ona abunə haqqında sənəd də təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, "xxxx" ASC tərəfindən **********01297 abunə koduna hesablanmış 1896,40 manat məbləğində borcun silinməsinə baxmayaraq borcunun olub-olmamasını yoxlayarkən sistemdə onun borcu olduğu göstərilmişdir. Bu ciddi məsələnin həll edilməsi üçün məcbur olub hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək, ona əsassız və qanunsuz şəkildə tətbiq edilmiş cərimə pulunun silinməsini istəyir. Qeyd olunanlara əsasən, o, iddianın tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 24 noyabr 2020-ci il tarixli, AN-İ № ******* seriya nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X3 ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı X1 rayonu, Məmmədli kəndi ünvanında yerləşən ümumi sahəsi 0,0289 ha olan torpaq sahəsini bütünlüklə alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********01297 olan sayğac üzrə abonentin xx.xx.2019-cu il tarixinə borcu 1896,40 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13- 13/2-2/18-Ə-194-5/2024 saylı müraciətin araşdırılmasına dair məktubdan görünür ki, **********01297 abunə koduna hesablanmış 1896,40 manat cərimə məbləği xx.xx.2019-cu il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir və borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan 24 noyabr 2020-ci il tarixli, AN-İ № ******* seriya nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satıcı X1 rayonu, Məmmədli kəndi ünvanında yerləşən ümumi sahəsi 0,0289 ha olan torpaq sahəsini bütünlüklə alıcı İddiaçı mülkiyyətinə vermişdir. Buradan aydın olur ki, hazırda İddiaçı məxsus fərdi yaşayış evinə aid **********01297 abunə koduna "xxxx" ASC tərəfindən yazılmış 1896,40 manat məbləğində cərimə pulu həmin fərdi yaşayış evi onun mülkiyyətinə verilməzdən əvvəl, yəni xx.xx.2019-cu il tarixinə hesablanmışdır. Həmçinin "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 13-13/2-2/18-Ə-194-5/2024 saylı müraciətin araşdırılmasına dair məktubdan görünür ki, **********01297 abunə koduna hesablanmış 1896,40 manat cərimə məbləği xx.xx.2019-cu il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir və borcun ödənilməsinin yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqısatqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı məxsus fərdi yaşayış evinə aid **********01297 abunə koduna hesablanmış 1896,40 manat məbləğində cərimə pulu "xxxx" ASC tərəfindən ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyindən,həmçinin həmin borclar İddiaçı əvvəlki abonentə məxsus olduğundan və borc məbləğin iddiaçıya aid abonent kodunda saxlanılması iddiaçının haqlı mənafeyinin pozulması ilə nəticələnir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və etiraz ərizəsini göndərməmiş, İddiaçı **********01297 abunə koduna xx.xx.2019-cu il tarixinə hesablanmış 1896,40 manat məbləğində cərimə pulu ödənilməsinin tələb edilməsi ilə bağlı naməlum səbəbə "xxxx" ASC tərəfindən heç bir aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə, yuxarıda qeyd olunan faktiki hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarına əsaslanaraq hesab edir ki, xx.xx.2019-cu il tarixdə borca görə hesablanmış 1896,40 manat məbləğində borc əsassız olduğundan, "xxxx" ASC tərəfindən **********01297 abunə koduna hesablanmış 1896,40 manat cərimə pulu silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********01297 abunə koduna hesablanmış 1896,40 manat cərimə pulu silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1010/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1010/2024
12.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver