Məhkəmə qərarları › İş №2(012)-1015/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1015/2025

05.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1015/2025 05.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunis oğlunun katibliyi ilə, Ərizəçi və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İİ qrup əlil olan və sol süd vəzi törəmələri ilə əlaqədar xx.xx.1962-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1970-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. X1 və X7r. Ərizəçi xx.xx.1962-ci il təvəllüdlü X12, xx.xx.1963-cü il təvəllüdlü X13, xx.xx.1969-cu təvəllüdlü X14, xx.xx.1976-cı il təvəllüdlü X11 adlı bacı va qardaşları dünyaya gəlmişlər. X12 (AZE 16237950: FİN: 4UN9JTR) dünyaya gəldikdən sonra yəni, yetkinlik yaşına çatandan sonra epilepsiya, qıcolma xəstəliyi ilə bağlı ürək keçmələri ilə əlaqədar dəfələrlə yıxılaraq huşsuz hallara düşməyə başlamışdır. Bu hallar Məmmədəminzadə Təranə də çox tez-tez olaraq baş verir. Həmçinin həmin vaxtdan da onda şəxsiyyət dəyişikliyi yaranmağa başlamış və hər bir halda ciddi geriləmə yarandığından həm də əqli cəhətdən ciddi inkişafdan qalmışdır. Dəfələrlə müayinələrdə olmuş, stasionar ambulator müalicələr də almışdır. Hər zaman başqasının köməyinə ehtiyacı vardır. Belə ki, o epilepsiya, qıcolma paroksizmlər və şəxsiyyət dəyişikliyi ilə müddətsiz ikinci dərəcəli əlildir bunun nəticəsində özünü heç bir şəkildə idarə edə bilmir. Öz hərəkətlərini idarə edə bilmədiyindən hər an vəziyyəti pisləşərək epilepsiya, qıcolma paroksizmlər nəticəsində vəziyyəti ağır hallara düşərək, heç bir halda köməksiz qalması mümkün deyil və şəxsiyyət dəyişikliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etməyə qadir deyil. O, epilepsiya, qıcolma paroksizmlər və şəxsiyyət dəyişikliyi xəstəliyindən əziyyət çəkir və müddətsiz 2-ci qrup əlil olmaqla bərabər Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində sol süd vəzisində olan törəmələri ilə qeydiyyatda olmaqla orada müayinələrdən keçmişdir. Həmin törəmələr Məmmədəminzadə Təranədə ağır halda qanaxmalarına dəfələrlərə gətirib çıxartmış və qanaxmaların çox olması onun həyatını təhlükəli vəziyyətə salır, ona görədə daim bacısı Ərizəçi onun yanındadır. X12 daima bacısı Ərizəçi nəzarətindədir və bacısının köməyi olmadan özünü idarə edə bilmir, həmçinin bədənindəki xəstəliklərlə bağlı ağrılarla əlaqədar onun heç bir halda köməksiz qalması mümkün deyil. Məmmədəminzadə Təranənin qidalanması, təmizliyi, bütün müalicələri yalnız bacısı Ərizəçi köməkliyi ilə olur. 14 yaşı tamam olduğundan müəyyən əqdlərin bağlanmasında, pensiya və sosial müavinətlərin alınması ilə bağlı övladının imzası lazımdır. Belə ki, onun əlilliyi və xəstəliyi ilə əlaqədar olaraq ciddi davranış pozuntuları mövcuddur, onun sağlamlıq imkanları məhduddur. Onun fəaliyyat qabiliyyəti olmayan sayılmasının müəyyən etdirilməsinə zərurət vardır. Bu faktı məhkəmədən kənar qaydada həll etmək mümkün deyil. Ona görə də məhkəməyə müraciət edərək X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və bacısı Ərizəçi ona qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi və onun vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və bu səbəbdən də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sosial arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş X2 rayonu, Novxanı kəndi, M.Mehmandarov küçəsi, 16 ünvanında yaşayır. xx.xx.2004-cü il tarixindən İİ dərəcəli müddətsiz əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X22 haqqında xx.xx.2024-cü il tarixli arayışına əsasən, xx.xx.1962-ci il təvəllüdlü X12 İİ dərəcəli müddətsiz əlil olmaqla, epilepsiya qıcolma paroksizmlər və şəxsiyyət dəyişikliyi xəstəliyindən əziyyət çəkir. - AZ-T № 292458 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X5 valideynləri haqqında olan qeydlərə əsasən onun anası X3, atası isə X4r. - AZB 054238 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi valideynləri haqqında olan qeydlərə əsasən onun anası X3, atası isə X4r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 xx.xx.2025-ci il tarixli, 628 saylı rəyindən görünür ki, X8 üzvi (epilepsiya xəstəliyi nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, koqnitiv pozuntular ilə psixi xəstəlik aşkar olunur. X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan bacısı Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1962-ci il tarixdə anadan olan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə anadan olan X12 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar