Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-103/2022 21.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilin iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdeh hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 88 m2 sahədə inşa olunmuş mənzilin ona məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi barədə və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, hazırki işlə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün müəyyən olunmuş 311 manat dəyərində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 2ində yerləşən 0,0235 ha torpaq sahəsini 07 oktyabr 2016-cı il tarixində Abşeron rayonu 1 saylı notariat kontorunda, torpağın hüquqi sahibi olan X2 nümayəndəsi X11 ilə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanılaraq İddiaçı tərəfindən satın alınmışdır. Həmin torpaq sahəsi 20 oktyabr 2016-cı il tarixində DƏDRX-nin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınaraq iddiaçının hüquqi sahibliyinə verilmişdir. Bundan əlavə 29 aprel 2017-ci il tarixində DƏDRX tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsünün texniki pasportu verilmişdir. 11 avqust 2017-ci il tarixində DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin nümayəndələri ilə onun tərəfindən həmin torpaq sahəsinə baxış keçirilərkən iddiaçıya məxsus torpaq sahəsinin 5 m2 hissəsinin qonşuluqda yaşayan X5 tərəfindən zəbt olunaraq öz mənzilinin sahəsinə əlavə olunduğu, torpaq sahəsinin digər tərəfinin isə qonşuluqda yaşayan X8 tərəfindən mişar daşı ilə qanunsuz olaraq hasarlandığı, torpaq sahəsinin əsas hissəsinin isə şəxsiyyəti müəyyən olunmayan şəxs tərəfindən zəbt olunaraq yerində-qanunsuz tikintinin aparılması müəyyən olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikintini aparan şəxsin müəyyən olunması üçün iddiaçı Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciət əsasında aparılan araşdırılma zamanı iddiaçıya məxsus torpaq sahəsinin 5 m2 hissəsinin qonşuluqda yaşayan X5 tərəfindən qanunsuz olaraq zəbt olunması, torpaq sahəsinin digər tərəfinin isə qonşuluqda yaşayan X8 tərəfindən mişar daşı ilə qanunsuz olaraq hasarlandığı və həmçinin də şəxsiyyəti müəyyən olunmayan şəxsin ümumilikdə 88 m2 sahədə inşa etdiyi mənzilin 48 m2 sahəsinin iddiaçıya məxsus torpaq sahəsinə düşdüyü müəyyən olunmuşdur. Bundan sonra iddiaçı ünvan 2ində yeriəşən iddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikililərin sökülməsi tələbinə dair, cavabdehlər DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə, X6, X3 və digərlərinə qarşı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(012)-1712/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq cavabdehlər X8 və X1 inşa etdikləri qanunsuz tikililərin sökülməsi qət olunmuşdur. Qətnamədə cavabdehlər X8 və X1 qanunsuz əməllərinə hüquqi qiymət verilsədə, məhkəmə proseslərində digər cavabdehin şəxsiyyəti müəyyən olunmadığı üçün həmin şəxsin əməllərinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün olmamışdır. Sonradan iddiaçı tərəfindən aparılmış araşdırılma zamanı ümumilikdə 88 m2 sahədə inşa olunmuş və 48 m2 hissəsi iddiaçıya məxsus torpaq sahəsinə düşən mənzilin faktiki sahibinin, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan vətəndaş Cavabdeh olduğu müəyyənləşdirilmişdir. İşin faktiki hallarından da görünür ki, ümumilikdə 88 m2 sahədə inşa olunmuş mənzilin 48 m2 qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsində tikildiyindən mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehin hesabına sökülməlidir. Beləliklə ümumilikdə 88 m2 sahədə inşa olunmuş mənzilin ona məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun və hazırki işlə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, çıxarışla faktiki onun istifadəsində 2 sot torpaq sahəsi vardır. O, torpaq sahəsini 2014-cü il tarixdə almış və həmin tarixdə üzərində həyət evi tikmişdir. İddiaçı isə ondan 7 ay sonra gəlmişdir. 2016-cı il tarixində torpaq sahəsini sənədləşdirərək şıxarış almışdır. İddiaçının torpaq sahəsini aldığı şəxs hazırda həbsdə olduğu üçün qonşuları məhkəməyə vermişdirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X9 məhkəmə iclasında ifadəsində bildirdi ki, tərəflərindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və tərəflərin torpaqdan faktiki istifadə vəziyyəti ilə çıxarışla verilən torpaq sahəsi arasında uyğunsuzluqlar aşkarlanmışdır. Belə ki, tədqiqat aparılan torpaq sahəsində sürüşmə yoxdur, lakin torpaqların alqı-satqısı zamanı satıcılar öz aralarında olan razılaşmaya əsasən, yol salmışdırlar və buda faktiki istifadə vəziyyəti ilə çıxarışla verilən torpaq sahəsi arasında uyğunsuzluqlar yaratmışdır. Sənədlərlə müəyyən edilir ki, hal-hazırda Cavabdeh faktiki istifadəsində 0,0221 ha torpaq sahəsi vardır. Bu torpaq sahəsinin 0,0117 ha hissəsi Cavabdeh çıxarışla verilən torpaq sahəsinə uyğun gəlir və iddiaçıya məxsus 96 m2 torpaq sahəsi də cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh tərəfindən zəbt edilən hissəyə tikilinin bir hissəsi də düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 0,0235 ha ölçülü torpaq sahəsi xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 0,02 ha ölçülü torpaq sahəsi xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. 1. İddiaçı faktiki istifadəsində torpaq sahəsi olmadığından Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş, AN № 151271 saylı, xx.xx.2017-ci il tarixli, **********46 reyestr nömrəli 0,0235 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmamışdır. 2. Cavabdeh faktiki istifadəsində olan 0,0221 ha torpaq sahəsinin koordinatları Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş, xx.xx.2016-cı il tarixli, **********56 reyestr nömrəli 0,02 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) göstərilən döngə nöqtələrinin koordinatlarının 0,0117 ha hissəsi ilə uyğun gəlir. 3. Elektron məlumat bazasına əsasən İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, AN № 151271 saylı, xx.xx.2017-ci il tarixli, **********46 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) göstərilən koordinatları ilə Cavabdeh məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, **********56 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatları üst-üstə düşmür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 avqust 2022-ci il tarixli, 10/4649 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı faktiki istifadəsində torpaq sahəsi olmadığından Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi idarəsi tərəfindən verilmiş, AN No 151271 saylı, xx.xx.2017-ci il tarixli, **********46 reyestr nömrəli 0,0235 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadəsində olan 0,0221 ha torpaq sahəsinin koordinatlarının Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2016-cı il tarixli, **********56 reyestr nömrəli 0,02 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) göstərilən döngə nöqtələrinin koordinatlarının 0,0117 ha hissəsi ilə uyğun gəldiyi müəyyən edildi. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, AN No 151271 saylı, xx.xx.2017-ci il tarixli, **********46 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) göstərilən koordinatları ilə Cavabdeh məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, **********56 reyestr nömrəli, torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işin məhkəmə gedişatında həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 avqust 2022-ci il tarixli, 10/4649 saylı ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı faktiki istifadəsində torpaq sahəsi olmadığından Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi idarəsi tərəfindən verilmiş, AN No 151271 saylı, xx.xx.2017-ci il tarixli, **********46 reyestr nömrəli 0,0235 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadəsində olan 0,0221 ha torpaq sahəsinin koordinatlarının Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2016-cı il tarixli, **********56 reyestr nömrəli 0,02 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) göstərilən döngə nöqtələrinin koordinatlarının 0,0117 ha hissəsi ilə uyğun gəldiyi müəyyən edilir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, AN No 151271 saylı, xx.xx.2017-ci il tarixli, **********46 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) göstərilən koordinatları ilə Cavabdeh məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, **********56 reyestr nömrəli, torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. Beləliklə, ümumilikdə 88 m2 sahədə inşa olunmuş mənzilin İddiaçı məxsus torpaq sahəsinə düşən hissəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt olunması işin faktiki halları ilə, həmçinin mütəxəssis və ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hal-hazırda Cavabdeh özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaması iddiaçının daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur. Məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən cavabdehin izahatını heç bir sübuta əsaslanmadan formal mülahizələrdən ibarət olduğu nəzərə alaraq və aşağıda qeyd olunacaq qanunvericilik normlarını əsas götürərək hesab edir ki, ümumilikdə 88 m2 sahədə inşa olunmuş evin İddiaçı məxsus torpaq sahəsinə düşən hissəsi Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün ödənilmiş 311 manat pul və 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Ekspertiza Mərkəzi tərəfindən keçirilən 09 avqust 2022-ci il tarixli, 10/4649 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla, xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış ünvan 2i ünvanında yerləşən 0,0235 ha ölçülü torpaq sahəsinin 88 m2 sahədə inşa olunmuş evin İddiaçı məxsus torpaq sahəsinə düşən hissəsi Cavabdeh hesabına sökülsün, iddiaçının mütəxəssis rəyi üçün ödədiyi 311 manat pul və 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 09 avqust 2022-ci il tarixli, 10/4649 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ 34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-103/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-103/2022
21.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver