Məhkəmə qərarları › İş №2(012)-1036/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1036/2021

11.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1036/2021 11.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ (iş üzrə icraata xitam verilməsi barədə) Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Cavabdeh İstehsalan Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalan Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İstehsalan Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli, ******* №-li aktın ləğv edilməsi və həmin akt əsasında qanunsuz və əsassız olaraq hesablanmış 431.70 manat pulun, xx xxxxxx 2018-ci il tarixli, ******* №-li aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 100.80 manat pulun, xx xxxxx 2018-ci il tarixli, ******* №-li aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 439.20 manat pulun, xx xxx 2018-ci il tarixli, ******* №-li aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 32.40 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh İstehsalan Birliyinin nümayəndəsi X2 məhkəmə iclasında ərizə təqdim edərək, iddiaçı məhkəmə iclasına gəlmədiyindən onun iştirakı olmadan mülki işə baxılmasının xahiş etdi. Eyni zamanda başqa ərizə təqdim edərək, İddiaçı Cavabdeh İstehsalan Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə bildirdi ki, Abşeron rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın icraatında eyni predmet üzrə iddiaya baxılmış, qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(012)-3078/2020 saylı qətnamə vardır. Odur ki, qeyd olnanlara əsasən mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyib, ərizəni və mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3078/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İstehsalan Birliyinin cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 64,80 manat məbləğində pul və dövlət rüsumu üçün 10 manat tutularaq Cavabdeh İstehsalan Birliyinin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H:AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Cavabdeh İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nın 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa işin icraatına xitam verilməlidir. Göründüyü kimi, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 3078/2020 saylı qətnaməsi ilə hazırkı iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq mübahisə həll edildiyindən yenidən baxıla bilməz Ona görə də qanunun tələblərinə əsasən işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İstehsalan Birliyinə qarşı borcun silinməsi tələbinə dair işin icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar