Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1039/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Qazax rayonu Aşağı Salahlı kəndində yerləşən sahəsi 4.98 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-231 saylı şəhadətnamənin ona məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə JN-231 saylı Kod 50100028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən, ona və ailə üzvlərinə Qazax rayonu Aşağı Salahlı kəndində 4.98 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair dövlət aktında onun adı səhvən “Fəxriyyə” kimi göstərilmişdir. Halbuki, onun adı doğum haqqında şəhadətnamədə və bütün sənədlərdə “Fəxrənsə”dir. Ailədə ümumiyyətlə, “Fəxriyyə” adında şəxs olmamışdır. Qazax Rayon İcra Hakimiyyəti başçısının Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışında da qeyd olunduğu kimi, onun adı dövlət aktında səhv qeyd edilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında olan səhvlik müəyyən sənədləşməni aparmaqda çətinlik yaradır. Odur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının sözügedən dövlət aktının ona aid hissədə, yəni, Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Qazax rayonu Aşağı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun bacısıdır, atası X7, anası X13, qardaşı X10r. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir. Onun “Fəxriyyə” adında bacısı yoxdur. Bacısının adı qeyd olunan sənəddə yanlışlığa yol verilərək “Fəxriyyə” olaraq qeyd olunmuşdur. Bacısı hazırda, Bakıda, o, özü isə rayonda yaşayır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-1747/4 saylı arayışdan görünür ki, X4 xx.xx.1981-ci il tarixdə Qazax rayon Aşağı Salahlı kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası X11r. -xx.xx.1998-ci il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-231 saylı 50100028 kod nömrəli şəhadətnamədən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş Qazax rayonu Aşağı Salahlı kəndində yerləşən 4.98 ha torpaq sahəsi həmin kənd sakinləri X2, X8, X3, X9, X1 mülkiyyətinə verilmiş və bu barədə 12/231 nömrə ilə qeydiyyat aparılmışdır. -Qazax Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11-21/468 saylı arayışdan görünür ki, Qazax rayonu Aşağı Salahlı kənd sakinləri X2, X8, X3, X9, Ərizəçi adı, soyadı və ata adı JN-231 saylı Kod: 50100028 nömrəli dövlət aktında qeyd olunmuş, Ərizəçi adı isə səhvən “Fəxriyyə” kimi göstərilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Asan-Sumqayıt tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 11, 1 saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş Ərizəçi adına verilmiş doğum haqqında arayışı, şəxsiyyət vəsiqəsini və digər sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, xx.xx.1998-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN-231 saylı 50100028 kod nömrəli şəhadətnaməyə əsasən, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə 4.98 ha torpaq sahəsinin mülkiyyətçisi qismində Qazax rayon Aşağı Salahlı kənd sakini “X5” qeyd edildiyi halda, həmin şəxsin adı xx.xx.2022-ci il tarixli AA******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, “Ərizəçi” kimi qeyd edilmişdir. Bu isə “X5”nın “Ərizəçi” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadəsi və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-231 saylı 50100028 kod nömrəli xx.xx.1998-ci il tarixli şəhadətnamədə göstərilən “X5”nın “Ərizəçi” ilə eyni şəxs olması öz təsdiqini tapdığından həmin şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-231 saylı 50100028 kod nömrəli xx.xx.1998-ci il tarixli şəhadətnamənin Asan-Sumqayıt tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov