Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-104/2025 13.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzilə köçürülmə» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Surxan oğlunun, onun ailə üzvlərinin və digər şəxslərin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 m2 olan 2 otaqdan ibarət 142 A nömrəli mənzildən çıxarılmaları və onun sözügedən mənzilə köçürülməsi, sözügedən mənzilə aid olan bütün hüquqi məsələlərin ona şamil edilməsi və dövlət rüsumu qismində ödədiyi 100 manat məbləğində pulun Cavabdeh Surxan oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Surxan oğlunun ünvan 1 ünvanındakı binanın 4-cu blok, 17-ci mərtəbəsində 2 otaqlı, sahəsi 77,36 kv.m olan 142A saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi, onun həmin mənzilə köçürülməsi və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla "xxxx" ММС arasında cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok. 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 m2 olan, 2 otaqdan ibarət 142 A nömrəli mənzilin tikintisi haqqında 24 sentyabr 2020ci il tarixində müqavilə bağlanmışdır. Müqavilədə də qeyd olunduğu kimi o, mənzilin dəyəri olan 33337 manat məbləğində pulu tam şəkildə ödəmişdir. Lakin mənzilin açarını tələb edəndə ona məlum olmuşdur ki, həmin mənzil "xxxx" MMC tərəfindən 28 oktyabr 2022-ci il tarixdə digər bir şəxsə - Cavabdeh Surxan oğluna 40000 manat dəyərində satılmış və mənzilin açarı həmin şəxsə verilmişdir. Qeyd edir ki, məsələ ilə bağlı o, cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(012)- 2028/2023 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 m2 olan 2 otaqdan ibarət 142 A nömrəli mənzilin boşaldılması və mənzilin ona təhvil verilməsi cavabdeh "xxxx" MMC-yə həvalə olunmuşdur. Lakin bu günədək qətnamənin icrası öz həllini tapmamışdır. Hazırda Cavabdeh mübəhisəli mənzildə yaşayır və onun bütün cəhdlərinə baxmayaraq cavabdeh tərəfindən həmin mənzildə təmir işləri aparılmışdır. "xxxx" MMC ona qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması” tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, nəticədə məhkəmə onun xeyrinə qərar qəbul edərək "xxxx" MMC-nin iddia ərizəsinin təmin edilməməsini qət etmişdir. O, sözügedən mənzili Cavabdeh Surxan oğlundan əvvəl almışdır. "xxxx" MMC-dən 2018ci ildə ona müqavilə verilmiş, lakin daha sonra məlum olmuşdur ki, başqa mənzili göstərərək onu aldatmışdırlar. O, bununla bağlı müvafiq orqana müraciət etmiş, ona mənzillə bağlı 2020-ci ildə yeni müqavilə verilmişdir. Hətta Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mənzilin ona məxsus olduğunu təsdiq etmişdir. İcra məmuru ona bildirmişdir ki, "xxxx" MMC-nin təsisçiləri Rafiq və Fəxrəddin adlı şəxslər tapıldıqdan sonra mənzil ilə bağlı qətnamə icra ediləcəkdir. Qeyd edir ki, Cavabdeh Surxan oğlu hazırda həmin mənzildə yaşayır və bütün cəhdlərinə baxmayaraq evdə təmir işləri aparmışdır. Hesab edir ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 m2 olan 2 otaqdan ibarət 142 A nömrəli mənzil boşaldılmalı və sözügedən mənzilə köçürülməsi təmin edilməlidir. Bu səbəbdən o, mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. onun müraciəti əsasında sözügedən mənzildən istifadə edilməsi "xxxx" MMC-yə qadağa edilmişdir. Cavabdeh mənzili 4 yerə bölərək kirayəyə verir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin tərəfindən İddiaçı evə köçürülməsi ilə bağlı qətnamə qəbul edilmiş və həmin qətnaməyə əsasən iddiaçının mənzilə dair hüquqları tanınmışdır. Buna baxmayaraq Cavabdeh Surxan oğlu orada yaşayır. Məhz bu səbəbdən icra məmuru icra sənədi üzrə icra hərəkətləri apara bilmir və icra işi hərəkətsiz qalmışdır. Qarşı tərəfin yaşadığı mənzilin sahəsi 120 kv.m-dir. Mənzil tam təmir olunmuş və ev daxilində dəyişiklik edilmişdir. Cavabdehə mənzilin təmir etdirilməməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin qarşı tərəf buna məhəl qoymamışdır. Qeyd edir ki, sözügedən mənzil ilk olaraq 24 sentyabr 2020-ci ildə, daha sonra isə 2 il sonra satılmışdır. İddiaçı artıq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçıya məxsus mənzilin yerləşdiyi bina mansard ilə birlikdə 17 mərtəbədən ibarətdir. Cavabdehin dediklərinin əksinə olaraq bildirir ki, hazırda mübahisə predmeti olan mənzil xx.xx.2023-cü il tarixdə təmirsiz vəziyyətdə olmuşdur. Odur ki, göstərilənlər əsasında o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla "xxxx" MMC arasında 28 oktyabr 2022-ci il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində, ümumi sahəsi 120,69 m2 olan, 3 otaqdan ibarət 142 A nömrəli mənzili almışdır. O, sözügedən mənzili alarkən mənzil təmirsiz vəziyyətdə olmuş, daha sonra o, həmin mənzili təmir etdirmişdir. İddiaçı köçürülməsini istədiyi mənzilin ümumi sahəsi isə 77 kv.m-dir. İddiaçı tərəfin nəzərdə tutduğu ev başqa şəxsə verildiyindən iddiaçı sözügedən mənzili həmin şəxsdən tələb etməlidir. Artıq 2 ildir ki, o, mənzili təmir etmişdir və hazırda həmin mənzildə yaşayır. Mənzil vaxtilə "xxxx" MMC-nin direktoru Fəxrəddin adlı şəxs tərəfindən ona təhvil verilmişdir. Rəy əsasında onun mülkiyyətində olan mənzilin ümumi sahəsi 121 kv.m, qarşı tərəfin mülkiyyətində olan mənzilin ümumi sahəsi isə 106 kv.m olaraq müəyyən edilmişdir. Bildirir ki, müqavilədə "xxxx" MMC tərəfindən rəqəm səhvi edildiyindən iddiaçı ona qarşı iddia tələbi irəli sürmüşdür. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmirlər. Belə ki, iddiaçı tərəfin qeyd etdiyi məhkəmə qətnaməsi ümumi sahəsi 77 kv.m olan mənzil ilə bağlı qəbul edilmişdir. İddiaçının nəzərdə tutduğu mənzil balaca otaqlardan ibarətdir və eyvan hissəsinin hesablanması halında belə iki otaq etmir. Qeyd edir ki, otaqların sahəsi iddia ərizəsində göstərilən ölçülər ilə üst-üstə düşmür. Həmçinin məhkəmə qətnaməsində eyvan da daxil olmaqla ümumi sahəsi 77 kv.m olan mənzilin İddiaçı verilməsi öz əksini tapmışdır. Müqavilə əsasında tərəflərə verilmiş mənzillər eyni nömrəyə malik olduqları üçün cavabdeh ona məxsus 3 otaqlı mənzildən çıxarılmalıdır mı?! Hesab edirlər ki, İddiaçı xeyrinə verilmiş məhkəmə qətnaməsinin onlara aidiyyəti yoxdur və həmin qətnamənin icrası mümkün deyildir. İddiaçı isə həmin binada yerləşən başqa iki otaqlı mənzil axtarmalıdır. Hesab edirlər ki, İddiaçı aldadılmışdır və bu, dələduzluq əməlidir. Bildirir ki, Cavabdeh 6 uşağı vardır və mənzildəki otaqları bölmüşdür. İddiaçının nəzərdə tutduğu mənzil ilə bağlı parametrlər üst-üstə düşmədiyindən hesab edir ki, iddia rədd olunmalıdır. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 24 sentyabr 2020-ci il tarixli, 142-A №-li mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 4-ci blok, 17-ci mərtəbə, 142A nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 77,36 kv.m-dir və mənzilin ümumi dəyəri 33337 manat təşkil edir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 4-ci blok, 17-ci mərtəbə, 142A nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı Cavabdeh verməyi, payçı Cavabdeh isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 120,69 kv.m-dir və mənzilin ümumi dəyəri 40000 manat təşkil edir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 16(012)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılanadək ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 kv.metr, 2 otaqdan ibarət 142 A nömrəli mənzilin özgəninkiləşdirilməsinin cavabdeh "xxxx" MMC-yə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Abşeron rayon İcra və Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2028/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin olunmuş, cavabdeh “FAM-88" MMC ilə xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 kv.metr, 2 otaqdan ibarət 142 А nömrəli mənzil boşaldılması və İddiaçı təhvil verilməsinin cavabdeh "xxxx" MMC-yə həvalə olunması və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mənəvi zərər görə 2000 manat, dövlət rüsumuna görə 200 manat pul vəsaiti tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsindən yerləşən 142A nömrəli mənzilə vətəndaşlar ilə birgə baxış keçirilmiş, baxış zamanı mənzilin “17+” mansard mərtəbəli yaşayış binasının mansard mərtəbəsində yerləşdiyi və daxili divarlarında dəyişiklik olunduğu, sözügedən mənzilin ümumi sahəsinin 70,9 m2, eyvan sahəsinin isə 26,9 m2 təşkil etdiyi, həmçinin mənzilin qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 10/6088 saylı ekspert rəyindən görünür ki, Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş, Cavabdeh faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən 4-cü blok, 17-ci mərtəbə, 142A nömrəli mənzilin 1 dəhliz, 1 sanitar qovşaq, 1 mətbəx, 1 eyvan və 4 yaşayış otağından ibarət olmaqla faktiki sahəsinin 101,07 m2 (72,3 kv.m mənzil, 28,77 kv.m eyvan) təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyib işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərini tənzimləyən normalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci, 752.1-ci və 755-ci maddələri təşkil edir. İddiaçı 24 sentyabr 2020-ci il tarixli müqaviləyə istinad edərək, iddianın təmin edilməsini xahiş etmiş və həmin müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında ünvan 1 ünvanında yerləşən 4-ci blok, 17-ci mərtəbədə yerləşən 2 otaqdan ibarət 77,36 kv.m olan mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Bundan başqa iş materiallarından olan 28 oktyabr 2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ünvan 1 ünvanında yerləşən 4-ci blok, 17-ci mərtəbə (mansard), 142A nömrəli, 3 otaqdan ibarət 120,69 kv.m olan mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli, 142-A nömrəli və Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli müqavilələrin mahiyyətinə görə mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilələrin podrat müqaviləsi olması işin mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmçinin hər iki müqavilə nəzərdən keçirilərkən mənzillərin otaqlarının sayı və mənzillərin sahələrinin müxtəlif olması, bundan əlavə Cavabdeh aid mənzilin mansard tipli 17-ci mərtəbədə yerləşdiyi müəyyən edilir və bu halda həmin mənzillərin eyni mənzil olmasına kifayət qədər şübhə yaradır və həmin şübhənin aradan qaldırılması ilə bağlı məhkəmədə mötəbər sübutlar müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından göründüyü kimi ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsindən yerləşən 142A nömrəli mənzilə vətəndaşlar ilə birgə baxış keçirilmiş, baxış zamanı mənzilin “17+” mansard mərtəbəli yaşayış binasının mansard mərtəbəsində yerləşdiyi və daxili divarlarında dəyişiklik olunduğu, sözügedən mənzilin ümumi sahəsinin 70,9 m2, eyvan sahəsinin isə 26,9 m2 təşkil etdiyi, həmçinin mənzilin qeydiyyatdan keçmədiyi, o cümlədən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 10/6088 saylı ekspert rəyinə əsasən Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş, Cavabdeh faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən 4-cü blok, 17-ci mərtəbə, 142A nömrəli mənzilin 1 dəhliz, 1 sanitar qovşaq, 1 mətbəx, 1 eyvan və 4 yaşayış otağından ibarət olmaqla faktiki sahəsinin 101,07 m2 (72,3 kv.m mənzil, 28,77 kv.m eyvan) təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa məhkəmədə sübutların təhqiqatı zamanı müəyyən edilir ki, mübahisə predmeti olan mənzil Cavabdeh tərəfindən təmir edilərək həmin mənzildə ailəsi ilə birlikdə yaşayır, həmin mənzilə faktiki sahiblik edir və bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən məhkəməyə iddianın rədd edilməsinə əsas verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunan xüsusatlar məhkəməyə iddianın rədd edilməsinə əsas verdiyindən məhkəmə hesab edir ki, bu xüsusatlar iddia tələbinin ünvan 1 ünvanındakı binanın 4-cu blok, 17-ci mərtəbəsində 2 otaqlı, sahəsi 77,36 kv.m olan 142A saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi hissələrinə də qiymət verilməsi zərurətini aradan qaldırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.2-ci maddəsinə istinad edərək onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 m2 olan 2 otaqdan ibarət 142 A nömrəli mənzilin dəyəri olaraq ödənilmiş pul məbləğinin və ya ona dəymiş zərərin əvəzinin "xxxx" MMC tərəfindən ödənilməsi üçün müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa iddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Surxan oğlunun ünvan 1 ünvanındakı binanın 4-cu blok, 17-ci mərtəbəsində 2 otaqlı, sahəsi 77,36 kv.m olan 142A saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi, onun həmin mənzilə köçürülməsi və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. İddiaçı ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 m2 olan 2 otaqdan ibarət 142 A nömrəli mənzilin dəyəri olaraq ödənilmiş pul məbləğinin və ya ona dəymiş zərərin əvəzinin "xxxx" MMC tərəfindən ödənilməsi üçün müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-104/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-104/2025
13.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver