Məhkəmə qərarları › İş №2(012)-1050/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1050/2021

20.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1050/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 Həşim oğluna, Cavabdeh2, Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Bakı şəhəri 54 saylı Notariat Ofisinə və Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 Həşim oğluna, Cavabdeh2, Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Bakı şəhəri 54 saylı Notariat Ofisinə və Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 08 avqust 2019-cu il tarixdə Cavabdeh1 Həşim oğlu ilə Cavabdeh3 arasında imzalanmış ******* saylı alqı-satqı müqaviləsinin, 08.10.2019-cu il tarixdə Cavabdeh1 Həşim oğlu ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0839 ha olan torpaq sahəsinin 0.03 ha hissəsinə dair ******* saylı alqı-satqı müqaviləsinin və 07.04.2020-ci il tarixdə Cavabdeh1 Həşim oğlu ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0539 ha olan torpaq sahəsinin 0.02 ha hissəsinə dair ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili X2 ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 Həşim oğluna, Cavabdeh2, Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Bakı şəhəri 54 saylı Notariat Ofisinə və Abşeron rayonu 2 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 Həşim oğluna, Cavabdeh2, Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Bakı şəhəri 54 saylı Notariat Ofisinə və Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar