Məhkəmə qərarları › İş №2(012)-1052/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1052/2020

14.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1052/2020 14.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X16 və İddiaçı vəkili X22, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 ilə X29 arasında bağlanan x xxxx 2015-ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və X29 ilə onun arasında bağlanan xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üşün ödənilmiş olan 18000 manat pul vəsaitinin, 15000 manat maddi zərərin, 50000 manat mənəvi zərərin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X29 iddia tələbini müdafiə edərək bildirdi ki, 2015-ci ildə o, Abşeron rayon Məmmədli kənd sakini İsmayılov Rahibin vasitəçiliyi ilə kənd bələdiyyəsinin işçisi X4 məxsus 0,06 ha torpaq sahəsini almağı razılaşmış və Xəyaləddin ona fərdi ev tikntisi üçün yararlı torpaq sahəsini göstərərək, hər sotu üçün 3000 manat, ümumilikdə isə 18000 manat pula satmağa qərara almış, odur ki, X2 18000 (on səkkiz min) manata 0.6 ha torpaq sahəsini, o, atası İddiaçı ilə birlikdə Xırdalan şəhər 1 saylı notariat kontorunda Rahib və Xəyaləddinlə görüşərək x xxxx 2015-ci il tarixli, AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlayaraq alqı-satqı etmişlər.Alqı-satqı müqaviləsində isə torpağın dəyəri 1800 manat göstərilmişdir. Həmin müqaviləyə əsasən satıcı X26 oglu alıcılar X17 0.13 ha torpaq sahəsi üçün 3900 manat, X23 0.6 ha torpaq sahəsi üçün 1800 manat, alıcı X9 0.6 ha torpaq sahəsi üçün 800 manat, alıcı X10 0.3 ha torpaq sahəsi üçün 900 manat pul verildiyi qeyd edilmişdir. Onlar ərazini yaxşi tanımadıqları ücün və diqqətsizlik etdikləri ücün onların diqqətini yayındırmağa nail olaraq faktiki aldığı pul vəsaitini müqavilədə əksik formada, yəni rəqəmin sonuna sıfırı əksik yazdıraraq onu və digər alıcıları aldatmışdır. Sonradan Cavabdeh ilə bu barədə danışanda bildirmişdir ki, vergini az ödəmək üçün müqavilədə məbləğləri belə qeyd etmişdir. O, həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixində notarial qaydada atası İddiaçı bağışlamış və İddiaçı çıxarış almaq üçün daşınmaz əmlakın reyestri xidmətinə müraciət etmişdir. Ərazinin koordinantlarının dəqiqləşdirilməsi zamanı onlara məlum olmuşdur ki, Xəyaləddin Məmmədovun onlara göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində qeyd edilən yerlər fərqlidir. Aralarında olan razılaşmaya əsasən Xəyaləddin Məmmədov 18000 manat pul müqabilində onlara 0.6 ha fərdi ev tikintisi üçün yararlı olan torpaq sahəsi verməli idi. Xəyaləddin onların torpağa dair sənədlərdən anlayışlarının olmadığından, inam və etibarlarından istifadə edərək onları aldatmış, tikinti üçün yararlı torpaq sahəsini göstərmiş, lakin faktiki olaraq isə onlara göl olan ərazini satmışdır. Məmmədov Xəyaləddinin onları aldatdığını öyrəndikdə artıq gec idi. Bundan sonra İddiaçı ona bildirmişdir ki, Xəyaləddin və Rahiblə görüşüb məsələni aydınlaşdırsın. O, dəfələrlə Məmmədov Xəyaləddinlə görüşüb və telefonla danışsa da bu günə qədər məsələ öz həllini tapmamışdır. Hər dəfə Xəyaləddin məsələni həll edəcəyini söz versə də onu aldatmağa davam etmişdir. Hətta bir neçə dəfə onun Xəyaləddinlə olan telefon danışıqlarında Xəyaləddinin vəd verərək aldatdığının şahidi olmuşdur. Cavabdehin bu hərəkətləri nəticəsində ona təxminən 18000 manat məbləğində maddi zərər dəymişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, alqı-satqı müqaviləsində adları sadalanan şəxslərin şikayətlərinə əsasən AR Baş Prokurorluq yanında X13 Baş İdarəsinin İstintaq idarəsində X24 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi istintaq edilərək baxılması üciin məhkəməyə göndərilmişdir. Həmin cinayət işində onlar kimi pul verərək aldadılmış X30, X5 və X18 zərər çəkmiş şəxs olaraq tanınmışlar. Məmmədli kənd bələdiyyəsində torpağa nəzarət müfəttişi vəzifəsində işləmiş X20 etdiyi əməllərə görə məsuliyyətə cəlb edildiyi halda, hansısa səbəbdən Məmmədli bələdiyyəsinin sosial daimi komissiyasının sədri işləmiş, hal-hazırda isə Məmmədli kənd bələdiyyə sədri işləyən Məmmədov Xəyaləddinin məsuliyyətdən kənarda qalması heç bir məntiqə sığmır. Bununla bağlı o, müxtəlif vaxtlarda, müxtəlif instansiyalara şikayət etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, 2016-cı il tarixdən 2020-ci il tarixədək Məmmədli kənd bələdiyyəsində bələdiyyə sədri olaraq işləmişdir. O, Rasimə 1 ha torpaq sahəsini satmış, lakin iddiaçıya heç vaxt torpağın yerini göstərməmişdir.Hazırki iş üzrə iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində çıxış edən X24 ifadəsində bildirdi ki, o, cavabdeh X6 2014-cü il tarixdə Məmmədli bələdiyyəsinin üzvü olaraq tanımışdır və həmin vaxt o, ev alqısatqısı ilə məşğul idi. Xəyaləddin ona yaxınlaşaraq özünə məxsus olan torpaq sahəsini hissələrə bölərək satdığını bildirmişdir. Əhmədov Tural əvvəllər bir neçə dəfə ondan torpaq sahəsi almışdı və bu səbəbdən də o, Turala belə bir torpaq sahəsi olduğunu bildirmişdir. Bir neçə gün sonra Xəyaləddin, Tural və digər alıcılarla birlikdə mübahisə predmeti olan sahəyə birlikdə gedərək torpağa baxış keçirmişlər. Torpağa baxış keçirildikdən sonra 6 sot torpaq sahəsini 18 000 manata satmağa razılaşmışlar. Torpağın plan və ölçüsü, çıxarışı mövcud idi. Torpağın alqı-satqısına dair notarial qaydada müqavilə bağlamışlar. Həqiqətən Məhəmmədi bələdiyyəsinin sabiq sədri Cavabdeh göstərişinə əsasən T.Əhmədova satılma niyyəti ilə olan torpaq sahəsini göstərmiş, 1 saylı notariat kontorunda Turalla Xəyaləddin arasıda olan alqə-satqı da iştirak etmiş, torpaq sahəsi üçün 18000(on səkkiz min) manat pulu alaraq Xəyaləddinə vermişdir. Sonradan Tural onunla görüşərək aldığı torpaq sahəsinin göstərdikləri yerlə üst üstə düşmədiyini bildirdikdə T.Əhmədovla birgə Cavabdeh yanına getmiş, Cavabdeh vəziyyətdən xəbərdar olduğunu bildirmiş və yaxın günlərdə məsələni həll edəcəyinə yalandan vəd vermişdir. Xəyaləddin bir neçə şəxsə eyni qaydada torpaq sahəsi satdığı üçün zərərçəkən şəxslər polisə müraciət etmişlər. Nəticədə dələduzluqla bağlı cinayət işi açılmışdır. Məmmədov Xəyaləddin vəzifəli şəxs olduğuna görə ona bütün hər şeyi boynuna götürməyini və sonradan ona kömək edəcəyinə yalandan vəd vermişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X27 ifadəsində bildirdi ki, o, cavabdeh X8 iddiaçı X23 fərdi ev tikintisi üçün yararlı olan torpaq sahəsi satmalı olduğu halda, Xəyaləddin Turalı aldadaraq tikinti üçün yararlı torpaq sahəsini göstərmiş, lakin faktiki olaraq iddiaçıya başqa bir ərazini, Dövlət Neft şirkətinin mühafizə olunan göl olan ərazini satmış, 6 sot torpaq sahəsi üçün Turaldan 18000 manat pul almış, lakin alqı-satqı müqaviləsində satılan torpağın dəyəri 1800 manat göstərilmişdir. Xəyaləddin Məmmədov eyni yol ilə onu da aldadaraq ona 36000 manata gölün içərisinə düşən torpaq sahəsi satmışdır. Torpaq sahəsinin satılması üçün notariusa getdikdə müqavilədə torpağın dəyəri 36000 manat yerinə 3900 manat göstərilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X7 ifadəsində bildirdi ki, o, Əskər adlı şəxs ona Məmmədli kəndi ərazisində torpaq sahəsi olduğunu bildirmişdir. Torpaq sahəsinə axşam vaxtları Rasim adlı şəxslə baxış keçirməyə getmişlər. Torpaq sahəsinin sənədləşməsi üçün 9500 manat pul vermiş və bir il sonra torpağı su basmışdır. Hadisə ilə bağlı o, prokurorluğa şikayət etmişdir və bununla bağlı cinayət işi açılmışdır. Əlavə olaraq bildirir ki, X8 eyni üsulla etibardan sui-istifadə edərək çoxlu adamları, o cümlədən X25 aldadaraq torpağın alqı-satqı müqaviləsində satılan torpağın dəyərini az göstərmiş, əslində müqavilədə göstəriləndən dəfələrlə çox pul almış, torpağı Turala satmamışdan qabaq Turala tikinti üçün yararlı torpaq sahəsini göstərmiş, lakin faktiki olaraq sonuncuya başqa bir ərazini, Dövlət Neft şirkətinin mühafizə olunan göl olan ərazini satmışdır. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, satıcı Cavabdeh ilə alıcılar X27, X29, X19 və X12 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.6 ha torpaq sahəsinin 0.06 ha hissəsini 1800 manata alıcı X1. İş materiallarında olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X29 ilə hədiyyə alan İddiaçı arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən hədiyyə verən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi hədiyyə alanın mülkiyyətinə vermişdir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı həqiqətən İddiaçı iddia ərizəsində göstərdiyi və məhkəmədə iddiaçının nümayəndəsi X16 verdiyi izahatındakı işin faktiki halları təstiqini tapır.İşin faktiki hallarından görünür ki, Abşeron rayon Xırdalan şəhər 1 saylı notariat kontorunda X29 ilə X8 arasında x xxxx 2015-ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlanmış, həmin müqaviləyə əsasən X15 rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsini 1800 manata Tural Əhmədova satmış,əslində isə qeyd olunan torpaq sahəsi üçün X28 Məmmədova hər bir sot torpaq sahəsi üçün 3000 (üç min) manat olmaqla 0.06 ha torpaq sahəsi üçün ümumilikdə 18000 (on səkkiz min ) manat pul ödəmiş, alqı-satqı müqaviləsi bağlanan zaman fərdi ev tikmək üçün yararlı olan torpaq sahəsini göstərilmiş,əslində isə Məmmədov Xəyaləddinin göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahəsi üst-üstə düşməmişdir. Göstərilən bu xüsusatlar məhkəmədə iddiaçının nümayəndəsinin izahatından başqa məhkəmədə şahid qismində dindirilən X24, X27 və X3 ifadələri ilə də təstiqini tapır.Lakin, bu hallların baş verməsindən beş ildən çox bir müddət keçdiyindən məhkəmə X29 ilə X8 arasında x xxxx 2015-ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmasını mülki qanunvericiliyin tələbləri baxından mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində Etibarsız əqdlər üzrə müddətlər göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanunvericilik alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il müddət müəyyən etmiş və iddiaçı da bu halllardan məlumatlı olmuşdur.Ona görə də məhkəmə məhz müddətin keçməsi ilə bağlı iddianın rədd edilməsi nəticəsinə gəlir və hesab edir ki, iddia ərizəsində göstərilən digər tələblər iddianın tələbinin bilavasitə ilkin alqı-satqı hissəsi ilə bağlı olduğundan iddia tələbi digər hissələrdə də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdeh X8 ilə X29 arasında bağlanan x xxxx 2015-ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və X29 ilə onun arasında bağlanan xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üşün ödənilmiş olan 18000 manat pul vəsaitinin, 15000 manat maddi zərərin, 50000 manat mənəvi zərərin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar