Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1056/2023 08.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi, borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və ona hesablanmış 345 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edəxahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu: **********04671 olan qaz sayğacı ona məxsusdur. Qeyd edir ki, uzun müddətdir ki, o, sözügedən fərdi yaşayış evində yaşamır. Bu yaxınlarda evə gələrkən qazın kəsildiyini görmüş və bununla bağlı Cavabdehnə müraciət etmiş, oradan isə ona bildirmişlər ki, sayğacdan kənar təbii istifadə olunduğu üçün xx.xx.2020-ci il tarixli ******* nömrəli Akt tərtib edilmiş, 345 manat cərimə yazılmış və qazın verilməsi kəsilmişdir. Bir daha qeyd edir ki, o, uzun müddətdir ki, sözügedən fərdi yaşayış evində yaşamır, ondan başqa həmin evdə heç kim yaşamır və orada hansısa bir əlavə qaz xəttindən istifadə olunması mümkünsüzdür. Buna görə də Cavabdeh xx.xx.2020-ci il tarixli, ******* nömrəli Aktında qeyd olunmuş sayğacdan kənar təbii qazdan istifadə olunma barədə məlumat tamamilə əsassızdır. Həmçinin onu da qeyd edir ki, o, Cavabdeh tərəfindən çəkilmiş qaz xəttindən başqa əlavə heç bir xəttdən istifadə etmir. Əlavə qaz xəttinin onun adına yazılması qanunsuzdur və əsassızdır. Bu səbəbdən də Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən ona hesablanmış 345 manat cərimə borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, 31 oktyabr 2020-ci ildən iddiaçının yaşadığı ünvana baxış keçirilmiş və kənar xətdən istifadə aşkar edilmiş və 345,60 manat cərimə edilmişdir. Bununla bağlı fotoşəkillər də vardır. İddiaçı 2020-ci ilin oktyabr ayından heç bir ödəniş etməmişdir. Odur ki, o, əsassız olduğundan iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi evə quraşdırılmış abonent kodu **********04671 olan mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi evə (abonent kodu **********04671) məxsus xx.xx.2020-ci il tarixli, ******* saylı akta görə 345,60 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi, borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən abonent kodu **********04671 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 0,8 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 345,60 manat cərimə edilmişdir. Lakin, cavabdeh təşkilatın nümayəndəsi 345,60 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (345,60 : 3 = 115,20 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********04671 olan, Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 345,60 manat borcdan 115,20 manat saxlanılmaqla, qalan borc silinməlidir. Bundan əlavə işin faktiki hallarından görünür ki, sayğacdan kənar təbii qazdan istifadə edilməsi barədə xx.xx.2020-ci -ci il tarixli, ******* saylı aktın tərtib edilməsinə əsas laboratoriya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən, məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixli, ******* saylı aktın ləğv olunması hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları» nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********04671 olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 345,60 manat borcdan 115,20 manat saxlanılmaqla, qalan borc silinsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1056/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1056/2023
08.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver