Məhkəmə qərarları › İş №2(012)-1064/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1064/2022

15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1064/2022 15.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X4 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, Maraqlı şəxs nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq onun adına tərtib olunmuş ünvan 1 ünvanında yerləşən **********00536 abonent koduyla istifadə edilən enerji üzrə hesablanmış 483,57 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X5 bildirdi ki, ünvan 1 ünvanında hazırda onlar yaşayır. İddiaçı bu iddia ərizəsindən məlumatı yoxdur. İddia ərizəsi onun adından verilsə də Maraqlı şəxs tərəfindən imzalanmışdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. Ona görə də mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələblərinə cavab vermədiyindən baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən, Maraqlı şəxs nümayəndəsi X3 məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, iddia ərizəsi Maraqlı şəxs tərəfindən imzalanmışdır. İşin materiallarında olan İddiaçı adından Maraqlı şəxs verilmiş 30 iyun 2015-ci il tarixli etibarnamənin kserosurətindən həmin etibarnamə ilə etibaredənin adından məhkəmədə iddia qaldırmaq hüququ etibar edilənə verilməmişdir. Göründüyü kimi iddia ərizəsi onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi buna subyektiv hüququ olmayan şəxs təərəfindən verildiyindən və imzalandığından baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-ci maddəsinə əsasən ərizə imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 259.0.3 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar