Məhkəmə qərarları › İş №2(012)-1067/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1067/2022

04.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1067/2022 04.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaiarı” na riayət olunmasının vəziyyəti yoxlanılarkən, 29.11.2021-cı il tarixli, NDQ 021986 saylı tərtib edilmiş aktın ləğv edilməsi, həmin akta görə adına hesablanmış 1085,30 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" ASC-nin "xxxx" ASC adlandırılması və fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbilər haqqında” 2014-cü il 03 mart tarixli 119 nömrəli fərmanında və bəzi sərəncamlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, "xxxx" ASC-nin "xxxx" ASC adlandırılmışdır. Belə ki, Satışa Nəzarət İdarəsinin nümayəndələri tərəfindən **********02467 saylı abunə kodu üzrə 29.11.2021-ci il tarixdə fərdi evinə aid **********2 nömrəli elektrik hesabat sayğacından kənar elektrik xəttindən istifadə olunması barədə NDM 021986 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən kənar xətdən axan güc 4.8 kvt göstərilməklə 120 gün müddətində yenidən hesablaşma aparılaraq hesabına 9676,8 kvts (dəyəri 1085,30 manat) borc əlavə edilmişdir. O, aktın tərtib edilməsində iştirak etməmiş və həmin vaxt evdə olmamışdır. Belə ki, o, məsələnin ciddi araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Energetika Nazirliyinə rəsmi şəkildə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən ona 24.12.2021-ci il tarixli, AERA-21-2444/21 nömrəli məktub göndərilərək, sözügedən borcun silinməsi ilə bağlı Qaydaların 8.35-ci bəndinin (enerjitəchizatının subyektləri dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjıtəchızatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələdə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər) tələbinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk küçəsində yerləşən 10 saylı evdə məskunlaşmışdır. O həmin evdə tək başına yaşayır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən verilmiş 24.12.2021-ci il tarixli, AERA-21-2444/21 nömrəli məktubda bildirilir ki, ona 120 gün müddətində yenidən hesablaşma aparılaraq hesabıma 9676,8 kvt (dəyəri 1085,30 manat) borc yazılmışdır. Qeyd edilən məbləğ həddindən artıq şişirdilmişdir və həqiqəti əks etdirmir. Ona kənar xətdən istifadə etdiyini bəhanə edərək, ödəyə bilməyəcəyi miqdarda borc ilə onu yüklü etmişdirlər. O, ahıl yaşında təqaüdlə dolanan insandır. Ondan tələb edilən 1085,30 manat pulu isə o ödəyə bilmir. Özü xəstədir, müharibə veteranıdır və İİ qrup əlildir. Onun təqaüdü onun günlük xərcləriə və dərmanlarına belə bəs etmir. Azərbaycan Respublikasının Energetika Nazirliyinə ərizə ilə müraciət etmədən öncə şifahi olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialına müraciət etmişdir. Ona akt qəbul edildiyi üçün artıq o aktı ləğv edə bilməyəcəklərini bildirmişlər. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə edilməsinə zəmanət verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, sözügedən akt 29.11.2021-ci ildə tərtib edilmişdir. İddiaçı qonşusunun sayğacına gedən xəttə müdaxilə edərək, işıqdan istifadə etmişdir. Həmin vaxt qonşu orada yaşamamışdır. Aktın tərtib edilməsində iddiaçı iştirak etməmiş, həmin vaxt evdə olmamışdır. 1085,30 manat cərimə 120 gün əsas götürülməklə hesablanmışdır. Həmçinin sərfiyyat 300 kvt-ı keçdikdən sonra cərimə hesablanması tarifi dəyişir. İş materiallarında 2021-ci ilin dekabr ayından 2022-ci ilin yanvar ayınadək çıxarış vardır. Aylıq sərfiyyat 2022-ci ilin yanvar ayında 21,60 manat, 2022-ci ilin fevral ayında 10,32 manat, 2022-ci ilin mart ayında 10,80 manat təşkil etmişdir. Odur ki, iddia əsassızdır, bu səbəbdən o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş Şahid ifadəsində bildirdi ki, o, X3 2016-cı ildən nəzarətçi-mühəndis olaraq işləyir. Bu əraziyə isə 2020-ci ilin sentyabr ayında gəlmiş və 2022-ci ilin mart ayınadək nəzarət etmişdir. İddiaçının kənar xətdən istifadə etdiyini görməmişdir. Pozuntunu digər əməkdaşlar aşkar etmiş, daha sonra isə o, hadisə yerinə gəlmişdir. 4 ay ərzində iddiaçının sayğacına o nəzarət etmişdir. 2021-ci iln dekabr ayında sərfiyyat olmamışdır. 2022-ci ilin yanvar ayında isə iddiaçı 270 kvt elektrik enerjisindən istifadə etmişdir. 2022-ci ilin yanvar fevral və mart aylarında limitdən artıq sərfiyyat yoxdur. Sərfiyyatın hesablama qaydası haqqında isə məlumatı yoxdur. Sözügedən aktı o tərtib etməmişdir, onun vəzifəsi yalnız əraziyə nəzarət etməkdir. O hal şahidi kimi kəsiyin olması ilə bağlı qol çəkmişdir. Əməkdaşlar ona kənar xəttin iddiaçıya məxsus olduğunu demişlər. 2021-ci ilin dekabr ayında akt tərtib edildiyi üçün sayğac göstəricisini vura bilməmişlər. İş materiallarında olan **********02467 saylı abunə kodu üzrə **********2 nömrəli elektrik hesabat sayğacından kənar elektrik xəttindən istifadə olunması barədə 29.11.2021-ci il tarixli, NDM 021986 nömrəli aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanına kənar xətdən axan güc 4.8 kvt göstərilməklə 120 gün müddətində 9676,8 kvt (dəyəri 1085,30 manat) borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin və şahidi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********02467 saylı abunə kodu üzrə **********2 nömrəli elektrik hesabat sayğacından kənar elektrik xəttindən istifadə olunması barədə 29.11.2021-ci il tarixli, NDM 021986 nömrəli aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanına kənar xətdən axan güc 4.8 kvt göstərilməklə 120 gün müddətində 9676,8 kvt (dəyəri 1085,30 manat) borc hesablanmışdır.Məhkəmə iddia tələbinin 29.11.2021-ci il tarixli, NDM 021986 nömrəli aktın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin aktın ləğv edilməsi üçün məhkəmədə sübutlar müəyyən edilmədiy üçün iddia tələbi bu hissədə rədd edilməlidir.Lakin, məhkəmə 29.11.2021-ci il tarixli, NDM 021986 nömrəli akta əsasən, cavabdeh şirkət tərəfindən 120 gün müddətində, hər gün 24 saat olmaqla, 4,8 kvt elektrik sərfiyyatının hesablanması barədə mövqeyi ilə də razılaşmır. Qeyd olunan hesablanma ilə bağlı məhkəmə tərəfindən cavabdeh təşkilatın nümayəndəsinə məhkəmə tərəfindən açıqlama verilməsi bildirilmiş, nümayəndə təlimata əsaslandıqlarını göstərsə də, həmin hesablanma qaydaları ilə bağlı rəsmi sənəd məhkəməyə təqdim olunmamış, nümayəndə yalnız formal mülahizələrə istinad etmiş, vurulmuş zərərin dəyərinin aktda göstərilən miqdarda olmasını sübut edə bilməmişdir. Bundan başqa iş materiallarında olan İddiaçı məxsus saldodan görünür ki, sayğacın normal işlək vəziyyətində abonentin elektirik enerjisindən istifadəyə görə 2022-ci ilin yanvar ayı üçün sərfiyyatı 21,60 manat, 2022-ci ilin fevral ayı üçün 10,32 manat, 2022-ci ilin mart ayı üçün 10,80 manat təşkil etdiyi halda, "xxxx" ASC tərəfindən 4 ay müddət götürməklə vurulmuş ziyanın məbləğinin 1085,30 manat hesablanması işin faktiki halları ilə uyğunluq təşkil etmir və heç bir məntiqə sığmır.Ona görə də məhkəmə hesab edir ki, 29.11.2021-ci il tarixli, NDM 021986 nömrəli akta əsasən, cavabdeh şirkət tərəfindən 120 gün müddətində, hər gün 24 saat olmaqla, 4,8 kvt elektrik sərfiyyatının hesablanması vicdanlılığın tələb etdiyi tərzə uyğun olmadığından bir ay əsas götürülməklə, qalan məbləğlər silinməli, yəni (1085,30 manat : 4 ay= 271,35 manat) 271,35 manat məbləğində pul saxlanmalı, qalan 813,95 manat məbləğində pul isə silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddia tələbi 29.11.2021-cı il tarixli, NDQ 021986 saylı aktın ləğv edilməsi hissəsində rədd edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 29.11.2021-cı il tarixli, NDQ 021986 saylı akt əsasında İddiaçı adına hesablanmış 1085,30 manat cərimədən 813,95 manat məbləğində cərimə silinməklə 271,35 manat saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar