Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-107/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsi Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Socarın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərinin 19.34-cü km-də, kəmərdən 12 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Abşeron rayonu Qurtuluş 93 yaşayış kompleksində (39T: 0394592; 4482946), (39T: 0394624; 4482931), (39T: 0394616; 4482913) və (39T: 0394584; 4482928) saylı koordinatlarda göstərilən ünvanda Cavabdeh tərəfindən aparılmış 20 x 35 metr ölçüdə qanunsuz quraşdırma işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Socarın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərinin 19.34-cü km-də, kəmərdən 12 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Abşeron rayonu Qurtuluş 93 yaşayış kompleksində (39T: 0394592; 4482946), (39T: 0334324; 4482931), (39T: 0394616: 4482913) və (39T: 0394584; 4482928) saylı koordinatlarda göstərilən ünvanda iş üzrə Cavabdeh tərəfindən 20x35 metr ölçüdə qanunsuz quraşdırma işlərinin aparılması faktı aşkar olunmuşdur. Qeyd edilən faktla bağlı digər aidiyyəti dövlət orqanları ilə yanaşı Abşeron rayon Polis İdarəsinə həmin əmələ hüquqi qiymət verilməsi üçün müraciət edilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılmış, faktda cinayət tərkibi müəyyən edilmədiyindən, 13.09.2019-cu il tarixdə material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təhqiqat orqanı özünün sözügedən qərarını onunla əsaslandırmışdır ki, İddiaçı balansında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərinin mühafizə zolağında heç bir özüllü tikinti işlərinin aparılması müəyyən olunmamış, həmin ərazidə görülən işlər yüngül konstruksiyadan ibarət quraşdırma işləri olmuşdur. Eyni zamanda, təhqiqat orqanı quraşdırma aparan şəxs olan Cavabdeh konstruksiya-quraşdırma işlərinin dayandırılması və sökülməsi ilə bağlı tələbi mülki hüquq kateqoriyasına aid olmasını hesab edərək mülki mühakimə qaydasında məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Bağçalı Evlər MTK-da işçi kimi çalışsa da, rəsmi sənədlərdə onun vəzifəsi direktor olaraq qeydə alınmışdır. Belə ki, 13.09.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda o, həqiqətə uyğun olmayan izahat vermişdir. Belə ki, ona qərarda qeyd olunmuş izahat verməsi tapşırılmış, o da həyəcan keçirdiyindən göstərişi yerinə yetirərək qeyd olunan izahatı vermişdir. Əslində isə onun iddiaçının sökülməsini tələb etdiyi obyektlə hər hansı bir bağlılığı yoxdur və tikintisində iştirak etməmişdir. İddiaçı tərəfindən tərtib edilmiş aktda onun adının yazılması düzgün deyildir. Obyektin əsl sahibi başqadır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron İB-nin rəisi X7, NBKXS-nin rəisi X3, NBKXS-nin EKM üzrə mühəndisi X8 və SOCAR Tİ-nin 35 saylı komandasının rəis müavini X12 tərəfindən tərtib olunmuş 19.08.2019-cu il tarixli aktdan görünür ki, Böyük-Şor-Sumqayıt Dş-700 yeraltı n/k-nin 19.34 km-də Abşeron rayonu Qurtuluş 93 yaşayış massivində (39T: 0394592; 4482946), (39T: 0394624; 4482931), (39T: 0394616; 4482913) və (39T: 0394584; 4482928) saylı koordinatlarda göstərilən torpaq sahəsinə 19.08.2019-cu il tarixdə baxış keçirilmiş və UKİ- 1K cihazı vasitəsilə yeraltı kəmərin yeri təyin olunmuşdur. Baxış zamanı məlum olmuşdur ki, 20x35 m ölçüdə olan tikili Məhərrəm adlı sahibkar şəxsə məxsusdur, Abşeron İB-nin istismarında olan Böyük-Şor-Sumqayıt Dş-700 yeraltı magistral n/k-nin 19.34 km hissəsində neft kəmərindən tikiliyə qədər olan məsafənin 12 metr olduğu müəyyən olunmuşdur. -Abşeron Rayon Polis İdarəsinin 13.09.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Socar” Neft Kəmərləri İdarəsinin baş mühəndisi Abdulla Məmmədovun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, 23.08.2019-cu il tarixdə “Socar” Neft Kəmərləri İdarəsinin baş mühəndisi X11 RPİ-nə məktubla müraciət edərək “Socar” Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı magistral neft kəmərinin 19.34-cü km-də, kəmərdən 12 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Abşeron rayonu, Masazır kəndi, Qurtuluş-93 y/k-də 20 x 35 metr ölçüdə qanunsuz tikinti işlərinin aparılması faktının aşkar olunduğunu, həmin tikinti işlərini aparan şəxslərin müəyyən olunaraq barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. İzahatı alınmış “Socar” Neft Kəmərləri İdarəsinin Abşeron İB-in böyük mühəndisi X3 19.08.2019cu il tarixdə idarənin balansında olan “Böyükşor Sumqayıt DŞ-700” yeraltı magistral neft kəmərinin mühafizə zolağına nəzarətlə bağlı təşkil olunmuş reyd zamanı kəmərin Abşeron rayon, Masazır qəsəbəsi, Qurtuluş-93 y/k-dən keçən hissəsinin 19.34-cü km-də mühafizə zolağında tikinti işlərinin aparıldığının aşkar edildiyini bildirmişdir. Bu barədə tikinti işlərini aparan Məhərrəm adlı sahibkara tikintinin dayandırılması barədə şifahi xəbərdarlıq edilsə də sonuncu onların tələblərinə məhəl qoymayaraq tikinti işlərini davam etdirmişdir. İzahatı alınmış Qurtuluş-93 y/k-in, Bağçalı evlər MTK-nın direktoru Cavabdeh X15 İdarəsinin Abşeron RPİ-nə ünvanladığı məktubla tanış olduğunu, Qurtuluş-93, Bağçalı evlər MTK-nın fəaliyyət göstərməyə başladığı vaxtdan yaşayış kompleksində yaşayan sakinlərin çoxsaylı müraciətinə əsasən 2008-ci ildə kompleksin ərazisində yüngül konstruksiyadan ərzaq mağazası quraşdırıldığını bildirmişdir. Quraşdırılmış həmin ərzaq mağazası sonradan kompleksdə yaşayan sakinlərin sayının artması səbəbindən sakinlərin tələbatını qarşılaya bilməmiş, sakinlərin MTK-ya ünvanladığı çoxsaylı müraciətlər nəzərdən keçirildikdən sonra Bağçalı evlər MTK-nın ərazisində yeni mağaza tikmək üçün uyğun torpaq sahəsi olmadığından əvvəlki ərzaq mağazasının sahəsinin qismən genişləndirilməsi qərarına gəlinmişdir. Bu məqsədlə müəyyən konstruksiya işləri aparılan zaman X15 İdarəsindən bir neçə əməkdaş gələrək orada işləyən ustalara görülən işlərin neft kəmərlərinin mühafizə zolağında yerləşdiyini bildirmiş, bundan sonra quraşdırma işləri müvafiq sənədləşdirmə aparılana qədər təxirə salınmışdır. İzahatı alınmış Qurtuluş-93 y/k-in, Bağçalı evlər MTKda yerləşən Ucuz market mağazasını işlədən X10 da Cavabdeh izahatına uyğun izahat vermişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.11.2021-ci il tarixli 10/4433 saylı rəyindən görünür ki, mülki iş materiallarına əsasən Abşeron rayonu, Qurtuluş 93 yaşayış kompleksində yüngül konstruksiyadan inşa edilmiş tikili bütün uzunluğu boyunca Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərindən 12 metr məsafədə yəni kəmərin mühafizə zonasında yerləşir. Lakin iddiaçı baxışda iştirak etmədiyindən yüngül konstruksiyadan inşa edilmiş tikilinin neçə metrliyindən yeraltı neft kəmərinin keçməsini göstərən olmadığına görə, tikilinin yeraltı neft kəmərinin mühafizə zonasına düşüb-düşmədiyini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Socar İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərinin 19.34-cü km-də, kəmərdən 12 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Abşeron rayonu Qurtuluş 93 yaşayış kompleksində (39T: 0394592; 4482946), (39T: 0394624; 4482931), (39T: 0394616; 4482913) və (39T: 0394584; 4482928) saylı koordinatlarda göstərilən ünvanında Cavabdeh tərəfindən aparılmış 20 x 35 metr ölçüdə qanunsuz quraşdırma işlərinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki iş materiallarına istinad etdikdə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və Abşeron İB-nin rəisi X7, NBKXS-nin rəisi X3, NBKXS-nin EKM üzrə mühəndisi X8 və SOCAR Tİ-nin 35 saylı komandasının rəis müavini X12 tərəfindən tərtib olunmuş 19.08.2019-cu il tarixli aktı əlavə etmişdir. Həmin akta əsasən, Böyük-Şor-Sumqayıt Dş-700 yeraltı n/k-nin 19.34 km-də Abşeron rayonu Qurtuluş 93 yaşayış massivində (39T: 0394592; 4482946), 39T: 0394624; 4482931), (39T: 0394616; 4482913) və (39T: 0394584; 4482928) saylı koordinatlarda göstərilən torpaq sahəsinə 19.08.2019-cu il tarixdə baxış keçirilmiş və baxış zamanı 20x35 m ölçüdə olan tikilinin Məhərrəm adlı sahibkar şəxsə məxsus olduğu, Abşeron İB-nin istismarında olan Böyük- Şor-Sumqayıt Dş-700 yeraltı magistral n/k-nin 19.34 km hissəsində neft kəmərindən tikiliyə qədər olan məsafənin 12 metr olduğu müəyyən olunmuşdur. Məhkəmə həmin akta münasibət bildirərək qeyd edir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız tikilinin Böyük-Şor-Sumqayıt Dş-700 yeraltı neft kəmərinin 19.34 km-də Abşeron rayonu Qurtuluş 93 yaşayış massivində yerləşdiyini göstərən sənəddir. Lakin göründüyü kimi, həmin aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək cavabdehin və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu da şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş foto çəkilişə münasibət bildirərək qeyd edir ki, həmin fotoşəkildə neft kəmərinin mühafizə zonasında yerləşən tikili olduğu qeyd edilsə də, həmin tikilinin cavabdehə məxsus olması müəyyən edilməmiş, həmin tikiliyə dair sənədlər məhkəməyə təqdim edilməmiş, iddiaçının təqdim etdiyi Akta və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən həmin tikilinin Məhərrəm adlı sahibkara məxsus olduğu göstərilsə də, iddiaçı cavabdeh qismində Cavabdeh adlı şəxsi qoymuş və tikilinin həmin şəxsin hesabına sökülməsini məhkəmədən xahiş etmişdir. Beləliklə də, sübutetmə vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Cavabdeh isə iddia tələbində qoyulmuş qanunsuz quraşdırma işlərinin onun tərəfindən görülməməsi ona məxsus olmadığını izahatında göstərmişdir. Bu səbəbdən də, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkli də mötəbər sübut olaraq qəbul etmir. Belə ki, həmçinin, nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə, iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...˝. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin: 54.1. maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə, məhkəmə iclasında mülki iş materiallarını araşdırıb iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması təklini irəli sürmüş, lakin iddiaçının nümayəndəsi başqa cavabdehin olmadığını, cavabdeh qismində yalnız Cavabdeh iştirak etdiyini bildirmiş, məhkəmə isə işə irəli sürülən tələblər üzrə baxmağa qərar vermişdir. Mülki Prosessual Məcəllənin: 87.1 maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2. maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 101.3. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə cavabdeh tərəfindən inşa edilmiş qanunsuz quraşdırma işlərinin iddiaçının mühafizə zonasına düşüb-düşmədiyini müəyyənləşdirmək üçün məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 12.11.2021-ci il tarixli 10/4433 saylı rəyinə əsasən, mülki iş materiallarına əsasən Abşeron rayonu, Qurtuluş 93 yaşayış kompleksində yüngül konstruksiyadan inşa edilmiş tikilinin bütün uzunluğu boyunca Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərindən 12 metr məsafədə yəni kəmərin mühafizə zonasında yerləşdiyi müəyyən edilsə də, iddiaçı baxışda iştirak etmədiyindən yüngül konstruksiyadan inşa edilmiş tikilinin neçə metrliyindən yeraltı neft kəmərinin keçməsini göstərən olmamış, bu səbəbdən də tikilinin yeraltı neft kəmərinin mühafizə zonasına düşüb-düşmədiyini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddia tələbinin təmin edilməsində maraqlı olan iddiaçı tərəf ekspertizanın keçirilməsinə yardımçı olmayaraq, yerli baxışda iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə dəfələrlə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə baxmayaraq vəsatət təmin edilmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamış, məhkəməyə daxil olmuş sonuncu, yəni 12.11.2021-ci il tarixli 10/4433 saylı rəyə əsasən isə ekspert mülki iş materiallarına istinad edərək rəy vermişdir ki, məhkəmə bütün bu halları – yəni iddiaçı tərəfindən ekspertizanın keçirilməsinə süni şəkildə maneə yaradılmasını, həmçinin ekspert rəyinin yerli baxış keçirilməklə deyil, mülki iş materiallarına istinad etməklə rəy verməsini nəzərə alaraq iddiaçının iddia tələbinin sübuta yetirilməməsi səbəbindən təmin edilməməsi qərarına gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X5 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 manat iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 102 (yüz iki) manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsindən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-107/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-107/2021
21.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver