Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-107/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Heydər Əliyev adına X8 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X8 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı «inşa edilmiş çoxmərtəbəli yaşayış binasının özbaşına tikili hesab edilməsi və tikilinin sökülərək mühafizə zonasından çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Heydər Əliyev adına X8 səlahiyyətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində "xxxx" MMC-nin direktoru Cavabdeh tərəfindən 27x18 metr ölçüdə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X8 səlahiyyətli nümayəndəsi iddia ərizəsində dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “cavabdeh” hissəsində “Cavabdeh” sözlərinin “cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh” sözləri ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X8 nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, o, ekspert rəyi ilə tanış olmuşdur və rəy ilə razıdır. Rəydən göründüyü kimi cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh tərəfindən inşa edilmiş, eni 27 metr, uzunluğu isə 18 metr olan tikili Heydər Əliyev adına X11 məxsus neft boru kəmərinin 37 metrliyində yerləşir. Sözügedən tikili Nazim Bağırova məxsus torpaq sahəsindən kənarda yerləşir. Rəy əsasında tikilinin iddiaçı X8 sahəsində yerləşməklə iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunduğu aşkar olunmuşdur. Belə ki, cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş tikili 21 metrlik məsafədə mühafizə zonasına daxil olmuşdur. Bundan əlavə o, hazırki mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, tərəflərin subyektiv tərkibi, iddia tələbinin və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla iddiaçı Heydər Əliyev adına X8 cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı «inşa edilmiş çoxmərtəbəli yaşayış binasının özbaşına tikili hesab edilməsi və tikilinin sökülərək mühafizə zonasından çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə işin mübahisə edilməyən hallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 175 nömrəli Sərəncamının surətindən görünür ki, "xxxx" MMC-yə mülkiyyətində olan, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1,0186 ha torpaq sahəsində 7 girişli, 15-16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmiş, tikiləcək çoxmərtəbəli yaşayış binasının layihə sənədlərinə X1 Baş idarəsindən müsbət rəy alınmasının təmin edilməsi, layihə-smeta sənədlərinin memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması, eskiz layihə-smeta sənədlərinin tam tərkibdə qeydiyyata alınmaq üçün memarlıq və tikinti şöbəsinə təqdim edilməsi, tikinti nəzərdə tutulan ərazinin rayonun müvafiq təşkilatları ilə razılaşdırılması, tikinti quraşdırma işlərinin Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması, layihə sənədlərinin mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlədilməsi, tikinti müddətində və gələcək istismar dövründə ərazinin sanitar vəziyyətinin normalara uyğunluğunu qoruyub saxlaması və tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra işçi layihəsmeta sənədlərinin İHB yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilməsi sifarişçiyə tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışın surətindən göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhərində 0,396 ha ehtiyyat fondu torpaq sahəsi X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışların surətindən göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən müvafiq olaraq 0,2629 ha və 0,0729 ha ehtiyyat fondu torpaq sahələri X4 xüsusi mülkiyyətindədir. Məhkəmə prosesi zamanı aydın olmuşdur ki, "xxxx" MMC ilə yuxarıda qeyd edilən torpaq sahələrinin mülkiyyətçiləri olan X6 və X7 arasında sözügedən torpaq sahələrindən istifadə edilməsi barədə razılıq əldə edilmişdir. İddiaçı Heydər Əliyev adına X8 səlahiyyətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində "xxxx" MMC-nin direktoru Cavabdeh tərəfindən 27x18 metr ölçüdə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Heydər Əliyev adına X8 səlahiyyətli nümayəndəsi iddia ərizəsində dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “cavabdeh” hissəsində “Cavabdeh” sözlərinin “cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh” sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia tələbi faktiki olaraq gəlir, mənfəət əldə etmək məqsədi ilə məşğul olan subyektlər arasında olan tələblərlə bağlıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 13-cü bəndində göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 30-32, 263, 264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Heydər Əliyev adına X8 cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı «inşa edilmiş çoxmərtəbəli yaşayış binasının özbaşına tikili hesab edilməsi və tikilinin sökülərək mühafizə zonasından çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-107/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-107/2025
12.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver