Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1081/2022 30.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətçi kimi mərhum həyat yoldaşının adı, soyadı və ata adı “X12” kimi göstərilən torpağın mülkiyyətə verilməsinə dair JN-684F, Kod 30800066 saylı şəhadətnamənin “X17”na, “X5” kimi göstərilən həmin şəhadətnamənin “Ərizəçi”na məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində ona (digər 2 nəfər ailə üzvü ilə birgə) Abşeron rayonu Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 nömrəli qərarı ilə, 0.07 ha torpaq sahəsinin dövlət aktlarının qeydiyyat kitabında 4495 nömrə ilə qeydiyyata alınaraq, (JN: 684F, Kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin aktı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edib torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyən zaman məlum olmuşdur ki, sözügedən aktda yanlışlıqlar mövcuddur, bu səbəbdən qeydiyyat mümkünsüzdür. Belə ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********24 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, JN-684F nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında torpaq mülkiyyətçisi kimi onun mərhum həyat yoldaşının adı şəxsiyyəti təsdiq edən sənəddə “X17” olduğu halda, “X12” kimi, onun adı isə şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olduğu halda, “X5” kimi qeyd edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 884 nömrəli xx.xx.2021-ci il tarixli arayışında JN-684F nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında “X17”nun adının “X12” və “Ərizəçi”nın adının sənəddə “X5” kimi yazıldığı və hər ikisinin həmin şəxs olduqları qeyd edilmişdir. Ona Abşeron RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində adı “Ərizəçi” kimi, eyni zamanda, Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 avqust 2020-ci il tarixli AZ-İİ 108383 nömrəli ölüm haqqında şəhadətnamədə mərhum həyat yoldaşının adı “X17” kimi qeyd edilmişdir. Ona görə də göstərilənlərə əsasən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, Ərizəçi onun nənəsi, o, isə nənəsinin qız nəvəsidir. X17 onun babası olub və onu babası böyütmüşdür. Sənədlərdə nənəsinin adı Hümayxanım, babasının adı isə Təvəkkül olaraq getmişdir. Əslində isə babasının soyadı Müzəfərov, nənəsinin adı isə Humayxanımdır. Babası 2020-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -xx.xx.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-684F saylı 30800066 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 249 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Digah qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi Abşeron rayon Digah qəsəbə sakini X4, X1 və X2 mülkiyyətinə verilmiş və bu barədə 4495 nömrə ilə qeydiyyat aparılmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 108383 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 654 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 884 saylı arayışdan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Digah qəsəbə sakini X7 adına verilmiş 0.07 ha torpaq sahəsinə dair JN-684F saylı şəhadətnamədə səhvən onun adı X12 yazılmışdır. Həmin şəhadətnamədə arvadı X1 adında hərf səhvi getmişdir. Əslində onun adı Ərizəçidır. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 885 saylı arayışdan görünür ki, mərhum xx.xx.2020-ci il tarixdə vəfat etmiş X17 ölən günə kimi ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Əsas AZ-İİ № 108383 saylı ölüm haqqında şəhadətnamə olmuşdur. Arvadı Ərizəçi, qızları X8, X3, X9, X10 və oğlu X6r. Digər vərəsələrin olubolmaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********24 saylı bildirişdən görünür ki, Abşeron rayonu, Digah kəndində yerləşən X15 və digərlərinə məxsus 0.07 ha (faktiki 0.031 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 29 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-684F nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyad və ata adları və şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adları arasında fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-684F nömrəli şəhadətnamədə hüquq sahibləri ardıcıl olaraq “X12”, “X5” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “X17”, “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, bir hissəsinin **********65 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Abşeron RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Abşeron rayonu, Digah qəsəbəsi H.Z.Tağıyev küçəsi 7 saylı evdə qeydiyyatdadır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadəsini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, xx.xx.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-684F saylı 30800066 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 249 nömrəli qərarı ilə 0.07 ha torpaq sahəsinin mülkiyyətçilər qismində Abşeron rayon Digah qəsəbə sakinləri X12, X5, X11 qeyd edildiyi halda, həmin şəxslərin adları xx.xx.2020-ci il tarixli AZ-İİ № 108383 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “X17”, xx.xx.2005-ci il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi” kimi qeyd edilmişdir. Bu isə “X12”nun “X17”, “X5”nın “Ərizəçi” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadəsi ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 249 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-684F saylı 30800066 kod nömrəli xx.xx.2004-cü il tarixli şəhadətnamədə göstərilən “X12”nun “X17”, “X5”nın “Ərizəçi” ilə eyni şəxslər olması öz təsdiqini tapdığından, həmin şəhadətnamənin Ərizəçi və X13 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 249 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-684F saylı 30800066 kod nömrəli xx.xx.2004cü il tarixli 4495 qeydiyyat nömrəli şəhadətnamənin Abşeron RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi, Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 108383 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov