Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1082/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 25 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsi və Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 10 fevral 994-cü ıl tarixli, 19 saylı sərəncamın AZE 0*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi ərizəsində Abşeron RİH başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 10 fevral 1994-cü ıl tarixli, 19 saylı sərəncamında olan yanlışlığın aradan qaldırlmasını xahiş etmişdir ki, bununla bağlı əvvəl həmin sərəncamı çıxarmış Abşeron RİH başçısının Masazır kəndi üzrə nümayəndəliyinə müraciət etməlidir.Halbuki, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsində “Ərizəçi”nın ata adının Mamed kimi qeyd edilməsi məhz həmin sərəncamdakı qeydlə əlaqədardır. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda ərizə baxılmamış saxlanmalı, ərizəçiyə ilkin olaraq Abşeron RİH başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 10 fevral 1994-cü ıl tarixli, 19 saylı sərəncamında olan yanlışlığın aradan qaldırılması həmin nümayəndəliyə müraciət etməsi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi faktının müəyyən edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə ilkin olaraq Abşeron RİH başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 10 fevral 1994-cü ıl tarixli, 19 saylı sərəncamında olan yanlışlığın aradan qaldırılması həmin nümayəndəliyə müraciət etməsi izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1082/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1082/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver