Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1085/2022 06.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 1938,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Dövlət Neft Şirkəti Cavabdeh ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evin qazla təchiz edilməsi məqsədilə AB-707 saylı, xx.xx.2019-cu il tarixli qazın alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh tərəfindən qaz sayğacının quraşdırılması barədə ******* nömrəli akt tərtib edilmişdir və abonet kartı verilmişdir. Ona yazılan cərimə əsassızdır. Belə ki, qaz sayğacı yenilənəndə sayğaca müdaxilə və yaxud hər hansı zədələnmə halı baş verməmişdir. xx.xx.2019-cu il tarixli ******* saylı Aktda “sayğacın çıxış boşluğuna yağ tökülüb” qeydi yazılmışdır. İstehlakçı olaraq, aktda heç bir imza etməmiş, belə bir aktın yazılmasından xəbəri olmamışdır. Həmçinin sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac açıq hava şəraitində, küçədə quraşdırılıb və üzərinə hər hansı su məhlulu və yaxud maye tökməyə nə ehtiyac vardır? Açıq havada külək və ya yağışın təsiri nəticəsində nəsə baş verə bilər. Onun məsuliyyətinə aid olmayan təbiət hadisəsi də baş verə bilər. Qazdan istifadə abonent kartla həyata keçirilir, onun qaza görə borcu olmamışdır. Qazdan istifadəyə görə vaxtıvaxtında ödənişlər edilmişdir. Onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməyib və buna zərurət yoxdur. İstehlakçı olaraq abonent kartı əsasında təbii qazdan düzgün istifadə etdiyi halda, ona əsassız olaraq 1938,20 manat borc hesablanması qanunsuzdur və bu borc silinməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 858,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 201,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 878,40 manat və xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 216 manat olmaqla, cəmi 2154,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AB-707 saylı, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı Hökməli kəndindəki evinin təbii qazla təchiz edilməsi barədə Cavabdeh arasında müqavilə bağlanmışdır. İş materiallarında olan ******* saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı Hökməli kəndindəki evində, qaz xəttinə sayğac quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, ilk üç akt üzrə İddiaçı Hökməli kəndindəki evində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi, sonuncu akt üzrə həmin sayğaca müdaxilə edildiyi aşkar edilmiş, həmin aktlar üzrə abonentə ümumilikdə 2154,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Həmin Qərarın 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qərarın 3.1.3-cü bəndinə əsasən qaz paylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu Qərarın 3.1.7-ci bəndinə əsasən isə qaz qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə müəyyən olunur ki, “paylayıcı” Cavabdeh ilə “istehlakçı” İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən sonuncunun evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********05940 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İddiaçı Cavabdeh əməkdaşları tərəfindən abonent kodu **********05940 olan İddiaçı evinə baxış keçirilərkən həmin ünvanda qeydiyyatsız təbii qazdan istifadə olunduğu müəyyən edilərək, müxtəlif tarixli aktlar tərtib edilmiş və həmin aktlar əsasında zərər hesablanmışdır. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli tələbnamələrdə abonentin gün ərzində 18 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 8-10 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 84 manat (3,5 x 8 x 30 = 840 kub.metr) və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 63 manat (3,5 x 6 x 30 = 630 kub.metr) ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin 3 akt üzrə ümumilikdə 252 manat zərər vurması müəyyən olunur, yəni bu məbləğdə borcu müvafiq qurum düzgün hesablamışdır. xx.xx.2020-ci il tarixli ******* saylı akta gəlincə məhkəmə hesab edir ki, bu akta görə abonentə cərimə yazılması qanunsuzdur, çünki həmin akt abonentə məxsus sayğacın nasazlığı barədə tərtib edilmişdir. Halbuki qüvvədə olan qanunvericiliyə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (Qaydaların 4.2-ci maddəsi). Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən evdə (abonent kodu: **********05940) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, məlum aktlar əsasında hesablanmış 1902,2 (2154,20-252) manat pul silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********05940) dair hesablanmış 1902,2 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********05940) dair hesablanmış 1902,2 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1085/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1085/2022
06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver