Məhkəmə qərarları › İş №2(012)-1088/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1088/2021

02.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1088/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, Ərizəçi, Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 08.07.2002-ci il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 08.07.2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş oğlu X1 problemlər olduğundan İİ qrup əlil kimi ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntusundan əziyyət çəkir. Oğlu anadan olanda əkiz uşaqdan biri kimi yeddi aylıq doğulmuşdur. Anadan olandan səbəbsiz yerə ağladığından həkimə aparmış, həkim uşağa uşaq şizofreniyası diaqnozu qoymuşdur. Bu səbəbdən də qeyd olunan xəstəliklə bağlı vaxtaşırı müalicələr alır. Bu xəstəlik psixi xəstəliklərə aid olduğundan oğlu hərəkət davranışlarına cavab verə bilmir. Ona görə də göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X2 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -03.10.2013-cü il tarixli AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydiyyatdadır. -08.10.2018-ci il tarixli AZE17812965 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 13.08.2020-ci il tarixli 3975 saylı çıxarışdan görünür ki, X12 ağır kəmağllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları və psixiatrik epizodları ilə daima kənar şəxslərin himayəsinə ehtiyac vardır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq X17 Şəxsin 18.09.2020ci il tarixli 4867 saylı məktubundan görünür ki, 08.07.2002-ci il təvəllüdlü X12 18.09.2020ci il tarixdə müayinə olunmuş, ağır əqli gerilik, nitq və davranış pozuntuları diaqnozu qoyulmuş, uşaq yaşlarında başlamış hebefrenik şizofreniya istisna olunmur, kənar şəxslərin qulluğuna ehtiyacı var. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında 06.10.2020-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, 08.07.2002-ci il təvəllüdlü X12 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq kəskin imbesilik, kobud nitq davranış pozuntuları ilə psixotik epizodlarla ümumi xəstəlik səbəbindən müddətsiz nitq və dilin inkişafının spesifik pozğunluqları, nitq qüsuru diaqnozu qoyulmuş və ikinci dərəcəli əlillik təyin edilmişdir, əmək zəmanəti olaraq zehni işlərdə işləməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. -Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş 23.07.2002-ci il tarixli AZ-İ № 211999 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 08.07.2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 23 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası Ərizəçidır. -Abşeron Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 19.04.2021-ci il tarixli 825 saylı rəyindən görünür ki, yuxarıda göstərilənlərə əsasən belə qərara gəlinmişdir ki, X8 ağır dərəcəli kəmağıllıq, nitq və davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə əkiz tay olaraq yeddi aylıq doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi inkişaf etməmiş, əqli geriliklə əlaqədar Bakı şəhər 2 saylı X4 “Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə psixotik epizodlarla. Daim kənar şəxsin himayəsinə ehtiyacı var” diaqnozu ilə stasionar müalicələrdə olması, həmçinin əqli geriliklə əlaqədar məktəbdə oxumaması, psixi vəziyyəti ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri- aydın və tək-bir sözlərdən ibarət olması, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 08.07.2002-ci il təvəllüdlü X7 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: X8 ağır dərəcəli kəmağıllıq, nitq və davranış pozuntuları ilə müəyyən edilir. X12 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. 2-ci sual: X7 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən ağır dərəcəli kəmağıllıq, nitq və davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 28.1. maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 13.08.2020-ci il tarixli 3975 saylı çıxarışdan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq X17 Şəxsin 18.09.2020-ci il tarixli 4867 saylı məktubundan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında 06.10.2020-ci il tarixli sonuncu müayinəyə dair məlumatdan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 19.04.2021-ci il tarixli 825 saylı rəyindən müəyyən olunur ki, X12 ağır dərəcəli kəmağıllıq, nitq və davranış pozuntuları ilə müşaiyət olunan xəstəlikdən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış 19.04.2021-ci il tarixli 825 saylı rəydə X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin; 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyilərini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə psixiatrik ekspertizanın rəylərini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən hesab edir ki, ərizəçinin oğlu 08.07.2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin; 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.07.2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar