Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1093/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsinə dair bağlanmış ******* saylı 16 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh alqı-satqı və digər çəkilmiş xərclərə görə 15315.24 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun və mənəvi zərər olaraq 1000 manat olmaqla, cəmi 16345.24 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə bağladığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsinə dair 1 saylı Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş ******* saylı 16 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə o, Cavabdeh 15000 manat pul ödəmişdir. Cavabdeh ona ilkin olaraq göstərdiyi torpaq sahəsi alqı-satqı predmeti olan torpaq sahəsindən fərqlidir. Belə ki, o, torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdiyi zaman onun müraciətindən imtina edilmişdir. Belə ki, həmin qurumun 21 avqust 2020-ci il tarixli məktubuna əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 25.07.2013-cü il tarixli **********24 saylı reyestr nömrəli 0.05 ha torpaq sahəsinə baxış keçirildiyi, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı predmeti olan torpaq sahəsi barədə ona yanlış məlumat vermiş və nəticədə, göstərdiyi torpaq sahəsini deyil, başqa yerdə olan və əlverişsiz mövqeyi olan torpaq sahəsini satmışdır. Bununla da, cavabdeh mülki qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Ona görə də məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2017-ci il tarixli 10/5781 saylı rəyi ilə o, razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 21.12.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2017-ci il tarixli 10/5781 saylı rəyi ilə tanış olduğunu və razı olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 25.07.2013-cü il tarixli AA055527 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayonu notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilmiş 089 saylı, 11.07.2013-cü il tarixli 4Ə/2856 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. -Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 16.06.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsini alıcıya 15000 manata satmışdır. Müqavilənin 6-cı bəndinə əsasən, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun üzərində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.08.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.05 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində **********24 reyestr nömrəsi ilə və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 21.08.2020-ci il tarixli **********69 saylı məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin qeydiyyata alınması məqsədilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 16.06.2020-ci il tarixdə daxil olmuş, ********** nömrə ilə qeydiyyata alınmış ərizəyə baxılmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 25.07.2013-cü il tarixli, **********24 reyestr nömrəli, 0.05 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və idarənin elektron baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin məqsədi olan ilkin planölçü sənədinin verilməsindən imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 23.09.2020-ci il tarixli **********57 saylı məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 15.09.2020-ci il tarixdə daxil olmuş məktuba baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 21.08.2020-ci il tarixli, **********24 reyestr nömrəli, 0.05 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsinin 0.0158 ha hissəsi ümumi istifadədə olan yol kimi istifadə olunur və 0.0225 ha hissə isə başqa şəxslər tərəfindən mişar daşla hasara alınaraq istifadə olunur. **********24 reyestr nömrəli, 0.05 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları aşağıdakılardır: X- 401282.77, Y-4483961.15, X-401307.01, Y-4483959.14, X-401306.17, Y-4483938.79, X- 401281.92, Y-4483940.41. -16.06.2020-ci il tarixli mədaxil qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə notariat xidmətlərinə görə 30.99 manat, 33 manat, 201.25 manat ödənişlər etmişdir. -25.08.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsinin hesabına 20 manat və 30 manat olmaqla cəmi 50 manat dövlət rüsumu ödənilmişdir. -19.11.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. -30.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına 311 manat dövlət rüsumu ödənilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli arayışdan görünür ki, Həsənov X4 rayonu Masazır Ərazi Dairəsi Masazır kəndi Q.B.Zakir küçəsi 9B saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(012)-1093/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2017-ci il tarixli 10/5781 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən "xxxx" MMC-nin elektron bazasında araşdırılmış və bu barədə 29 sentyabr 2021-ci il tarixli **********62 saylı mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: 1-ci sualı üzrə: X3 adına 21.08.2020-ci il tarixdə **********24 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları yerində (naturada) faktiki istifadəsində olan mübahisəli 0.0469 ha torpaq sahəsi ilə üst-üstə düşmür və sənəd üzrə faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi ilə ara məsafəsi 18.54 metr təşkil edir. Dövlət aktına əsasən verilmiş 21.08.2020-ci il qeydiyyat tarixli, **********24 reyestr nömrəsi ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad kəndində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0.05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) qeydə alındığı və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş, bu səbəbdən naturada uyğunsuzluqlar mövcuddur. Rəydən daha sonra görünür ki, Cavabdeh adına 05.07.2013-cü il tarixdə **********24 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınmış torpaq sahəsi alqı-satqı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı adına 21.08.2020-ci il tarixdə **********4 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinə çıxarış verilmişdir. Həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları elektron kadastr məlumat bazasında eynilik təşkil edir. Eyni zamanda, mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən sxemdən görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0.0469 ha təşkil edir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 16.06.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsini alıcıya 15000 manata satmışdır. İddiaçı müqavilə əsasında aldığı torpaq sahəsinə dair qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin müqavilə əsasında satılmış torpaq sahəsinin sənəddə olan ölçüsü ilə faktiki olaraq naturada yerləşən ölçüsü arasında fərq olduğundan müraciətə imtina cavabı verilmişdir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15.1.1.-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Bu səbəbdən də, hazırda, İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək həmin müqavilə əsasında onun adına verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4.maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki iş materiallarına əlavə olunmuş satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi 16.06.2021-ci il tarixdə Bakı şəhəri 1 saylı Asan Xidmət Mərkəzi Notariat ofisinin xüsusi notariusu A.E.Qasımova tərəfindən AN-İ ******* sayla və 4Ə-534 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilməklə informasiya sisteminə daxil edilmişdir. Göründüyü kimi, hazırki müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsi olaraq bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında bağlanmış olsa da, torpaq sahəsinin naturada ölçüsü ilə sənəddə olan ölçüsü arasında ziddiyyətlərin yaranması və həmin ziddiyyət əsasında hüquqi sənədləşmənin mümkün olmaması iddiaçıya həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hüquqi müdafiə üsulunu yaratmışdır. Bu səbəbdən də, məhkəmə qanunvericiliyin tələblərini, Konstitusiya Məhkəmə Plenum Qərarını, mülki iş materiallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2017-ci il tarixli 10/5781 saylı rəyini paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə ki, tədqiq olunmuş ekspert rəyinə əsasən, mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən sxemə uyğun olaraq, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0.0469 ha təşkil edir. X3 adına 21.08.2020-ci il tarixdə **********24 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları yerində (naturada) faktiki istifadəsində olan mübahisəli 0.0469 ha torpaq sahəsi ilə üst-üstə düşmür və sənəd üzrə faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi ilə ara məsafəsi 18.54 metr təşkil edir, həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş, bu səbəbdən naturada uyğunsuzluqlar mövcuddur. Mülki Məcəllənin: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə qanunvericiliyin tələblərini, Konstitusiya Məhkəmə Plenum Qərarını, mülki iş materiallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2017-ci il tarixli 10/5781 saylı rəyini paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməli, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin sənəd əsasında 0.05 ha, faktiki naturada isə 0.0469 ha ölçüdə olması, nəticə etibarı ilə ziddiyyət təşkil etməsi öz təsdiqini tapdığından, məhkəmə tərəflər arasında bağlanmış 16.06.2020ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının iddia tələbinin 16.06.2020-ci il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsi əsasında iddiaçının adına 21.08.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********24 reyestr nömrəsi ilə və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsinə dair hissədə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, nəticə etibarı ilə həmin müqavilə əsasında da iddiaçının adına qeydə alınmış çıxarış ləğv edilməlidir. Belə ki, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu müəyyən edən çıxarışın verilməsi alqı-satqı müqaviləsi əsasında qanunla nəzərdə tutulmuş qaydada olduğundan müqavilə etibarsız sayıldığı halda onun nəticəsi olaraq verilmiş çıxarış da hüquqi əhəmiyyətini itirdiyindən öz növbəsində, ləğv olunmalıdır. Məhkəmə eyni zamanda, hesab edir ki, satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 16.06.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən iddiaçının bu müqavilə üzrə satıcıya ödədiyi 15000 manat və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərinə əsasən hesablanmış cəmi 315.24 manat ona geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5ci madəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, etibarsız əqd bağlandığı andan etibarsız hesab edildiyindən, etibarsızlığı ilə əlaqədar doğurduğu nəticələr istisna olmaqla, hüquqi nəticələr doğurmadığından, həmin müqavilə əsasında cavabdehə ödənilmiş 15000 manat və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərinə əsasən hesablanmış cəmi 315.24 manat pul ödənişinin geri qaytarılmasına dair iddia ərizəsi də bu hissədə əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun məbləği, iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 311 manat cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə isə 50 manat pul vəsaitinin yarısı, yəni 25 manat hissəsi cavabdehdən, 25 manat hissəsi isə iddiaçıdan tutulmaqla, bərabər hissələrdə tərəflərin hər birinə aid edilməlidir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.06.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.08.2020-ci il tarixli, **********24 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, məhkəmə xərclərinə görə 15656.24 manat (dövlət rüsumuna görə 30 manat, torpaq sahəsinin alqı-satqısına görə 15000 manat, alqı-satqıya görə çəkilmiş xərcə görə 315.24 manat, mütəxəssis rəyinə görə ödənilmiş 311 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspert rəyi isə bərabər hissələrdə tərəflərin özünə aid edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı snİ˝аn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа˝ Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı snİ˝аn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа˝ Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. nasnİ˝ hüquqlarının və X1 haqqında˝ Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16.06.2020-ci il tarixli AN-İ № ******* saylı, 4Ə-534 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş 21.08.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində **********24 reyestr nömrəsi ilə və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış ləğv edilsin. Cavabdeh 16.06.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 15000 (on beş min) manat, alqı-satqı üçün çəkilmiş xərcə görə 315.24 (üç yüz on beş manat iyirmi dörd qəpik) manat, mütəxəssis rəyinə görə ödənilmiş 311 (üç yüz on bir) manat, dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 15656.24 (on beş min altı yüz əlli altı manat iyirmi dörd qəpik) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatına görə 25 (iyirmi beş) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 25 (iyirmi beş) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov