Məhkəmə qərarları › İş №2(012)-1096/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1096/2020

08.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1096/2020 08.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi X4, Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 4 saylı X13 nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 4 saylı X11rşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayonunda açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2006-cı il tarixli, JN 813 A, kod 30800076 nömrəli torpağın mükiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan “X8” nun, şəxsiyyət vəsiqəsində qeyd olunan “Ərizəçi” olması və həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddianı müdafiə edərək məhkəmə iclasında izahatında bildirdi ki, Ərizəçi noyabr 2019cu il tarixdə Abşeron rayonu, Qobu kəndində yerləşən, ona məxsus 0,10ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi ilə əlaqədar ƏMDK yanında DƏDRX-nin 4 saylı X15 müraciət etmişdir. ƏMDK yanında DƏDRX-nin 4 saylı X12 verilən cavabda müraciət üzrə əlavə edilmiş JN-813- nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin soyad və ata adında şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad və ata adı ilə kəskin fərq olduğunun, həmin şəhadətnamədə hüquq sahibinin “Ərizəçi Cəfərqulu oğlu” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyinin aşkar olunduğu göstərilmişdir. Qeyd edilən əsasla, hüquq müəyyənedici sənədlərdə fərqlərin olması səbəbindən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. ƏMDK yanında DƏDRX-nin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisidir və Komitənin arxivi ƏMDK-nə təhvil verilməlidir. Hazırda ƏMDK ad, soyadda uyğunsuzluq olmasını əsas gətirərək çıxarışın verilməsindən imtina edilmişdir. JN-813-A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən şəxsin ərizəçi ilə eyni şəxs olması və həmin sənədin bərpası ƏMDK yanında DƏDRX-nin arxiv sənədləri əsasında mümkün olmamışdır. Buna görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sənədləşmə prosesi zamanı AR DTXK-nin Abşeron Rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2006-cı il tarixli, JN 813 A kod 30800076 nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə onun soyad və atasının adında mexaniki səhvlərə yol verilərək “X16” kimi qeyd edilmişdir. Lakin həmin şəhadətnamə ona məxsusdur. Torpaq əvvəldən onun adına olmuşdur. Atasının adı X2r. O, Ərizəçi Cəfərqulu adlı şəxsi tanımır. Onun Cəfərqulu adlı əmisi vardır, lakin əmisinin Rəsul adlı oğlu yoxdur. Əmisi isə artıq rəhmətə getmişdir. Əmisinin 6 uşağı olmuşdur. 10 sot torpaq isə boş sahədir və istifadə edilmir. Torpağı bələdiyyədən almış, hasara aldırmış və xəritəsi çıxarılmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 4 saylı X13 nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, AR DTXK sənədləri ərizəçiyə vermişdir. Onlarda isə şəhadətnamə saxlanılır. Şəhadətnamədə bir neçə ad olanda təsərrüfat kitabından və yaxud sərəncam ilə şəxslər müəyyənləşdirilir. O, işi məhkəmənin mülahizəsinə həvalə edir. İş materiallarında olan seriya AZE № 07176385 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuşdur. İş materiallarında olan JN-813A saylı, kod 30800076 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, sahəsi 0,10 ha olan torpaq sahəsi Abşeron rayonu, Qobu qəsəbə sakini X5 mülkiyyətinə verilməsi qeyd olunmuşdur. İş materiallarında olan AR Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu X19 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X17 verilmiş xx xxxx 2015-ci il tarixli, 33 nömrəli məktubdan görünür ki, Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən X7 adına verilmiş JN 813 A Kod 30800076 saylı torpaq şəhadətnaməsində atasının adı səəhvən Cəfərqulu oğlu yazılmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X21 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********97 nömrəli sorğuya cavab məktubundan görünür ki, sorğuda qeyd olunan Ərizəçi adına verilmiş JN-813 A, KOD 30800076 saylı, xx.xx.2006-cı il tarixli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin və bağçılıq kitabçasının verilməsinə əsas olmuş sənədlər arxiv əsaslarında aşkar olunmamışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə JN-813A saylı, 30800076 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə yazılmış X1 AZE № 07176385 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X9 ilə eyni şəxs olması faktı işdə olan sübutlarla təsdiqini tapdığından ərizə təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçilərin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçilər bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməzlər. Əks halda, ərizəçilər mülki, sosial və digər hüquqlarından məhrum ola bilərlər ki, bu da onların konstitusion hüquqlarının reallaşmasına maneədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ bəndinə görə hər kəsin sosial təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2006-cı il tarixli, JN 813 A, kod 30800076 nömrəli torpağın mükiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan “X8” nun, şəxsiyyət vəsiqəsində qeyd olunan “Ərizəçi” olması və həmin şəhadətnamənin ona məxsus olması faktı müəyyən edilsin. Qətnama rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar