Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-11/2025 22.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya və X1 qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və mənzilin giriş açarlarının iddiaçıya təqdim edilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh MTK-nın İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya və X1 qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və mənzilin giriş açarlarının iddiaçıya təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, lakin tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 8356 nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 20 manat məbləğində dövlət rüsumunu "xxxx" ASC Səbail filialı vasitəsilə xx.xx.2021-ci ildə saat 09:19-da Dövlət Büdcəsinə ödəmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, Cavabdeh MTK Abşeron Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi verilməsi üçün 10 manat məbləğində dövlət rüsumunu X4 vasitəsilə xx.xx.2021-ci ildə saat 11:05də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MTK-ya və X1 qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və mənzilin giriş açarlarının iddiaçıya təqdim edilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh MTK-nın İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh MTK-ya qaytarılsın. İddiaçı Cavabdeh MTK-ya və X1 qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və mənzilin giriş açarlarının iddiaçıya təqdim edilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh MTK-nın İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbi barədə qarşılıqlı iddiasına dair 2(012)-11/2025 saylı mülki iş üzrə "xxxx" ASC Səbail filialı vasitəsilə xx.xx.2021-ci il tarixli, 8356 nömrəli qəbzdən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı, X4 vasitəsilə xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzdən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh MTK-ya qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-11/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-11/2025
22.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver