Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1107/2023 06.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, təbii X4nın pozulması haqqında ******* saylı və ******* saylı aktlara görə (Abonent kodu: **********004066) hesablanmış 3879.36 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin təmin edilməməsi və Cavabdeh İB-yə vurulmuş 3879.36 manat zərərin və 59 manat dövlət rüsumunun İddiaçı məcburi qaydada tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, təbii X4nın pozulması haqqında ******* saylı və ******* saylı aktlar əsasında ümumilikdə, 3879.36 manat cərimə hesablanmışdır. Guya həmin akt tərtib edilən zaman İddiaçı akt ilə razılaşmayaraq imza etməkdən imtina etmişdir. Halbuki, həmin aktın hansı şəraitdə, nə vaxt tərtib edilməsindən İddiaçı xəbəri belə olmamışdır. Üstəlik aktdan da göründüyü kimi, aktın tərtib edilmə tarixi belə yoxdur. Həmin aktdan və yazılmış 3879.36 manat borc puldan İddiaçı yeni xəbəri olmuşdur. İddiaçı bundan sonra həmin borc puldan xəbəri olduqdan sonra Cavabdeh İB-nin Xırdalan şəhərində yerləşən idarəsinə yaxınlaşmış, ona tarixi belə qeyd edilməmiş akt və abonentin saldosu təqdim edilmiş və 3879.36 manat borcun olduğu bildirilmişdir. Həmin borc isə guya qeyri-qanuni təbii qaz xəttindən istifadə edildiyi üçün yazılmışdır. İddiaçı qardaşı X1 ilə yaxın məsafədə qonşuluqda yaşayır. İddiaçı qardaşına da eyni qaydada, eyni məbləğdə, eyni səbəbdən cərimə tətbiq edilmişdir. Guya qardaşı da tərtib edilmiş aktı qəbul etməkdən imtina etmişdir. Həmin aktlar iştirakları olmadan qanunsuz şəkildə onların hüquqları kobud şəkildə pozulmaqda tərtib edilmişdir. Bu səbəbdən də, İddiaçı məhkəməyə müraciət etmə məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edib qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh İB tərəfindən mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdəki sayğasc ona məxsusdur, onun tərəfindən qaz sayğacına kənar qoşulma halları olmuş və hazırda, əməlindən peşmandır. Təxminən 2-3 ay müddətinə kənar qanunsuz qoşulmuşdur. Onun barəsində tərtib edilmiş aktlardan məlumatı belə olmamışdır. Cavabdeh İB-yə müraciət edəndə ona cərimənin olması bildirilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət edərək cərimənin silinməsini və azaldılmasını xahiş edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə abonent İddiaçı arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB tərəfindən **********00406 saylı abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4nın tələblərinə əməl etmək”) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1451.52 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1296 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 406.08 manat olmaqla, ümumilikdə, cəmi 3879.36 manat Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin, İddiaçı qeyd olunan aktları imzası ilə təsdiq etmişdir. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent saldosu üzrə hazırda, ümumi olaraq 4066.24 manat təşkil edir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində Cavabdeh İByə vurulmuş maddi zərərlə bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə mülki işə İddiaçı iştirakı olmadan baxılıb yekun məhkəmə aktının çıxarılmasını xahiş etmiş, eyni zamanda, ilkin iddia ərizəsini qəbul etməyib qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, abonent İddiaçı tərəfindən kənar qoşulma halı olmuş və qaz sayğacına görə qazın dəyərinə görə ödənişlər olunmamışdır. Əvvəlki məhkəmə iclasında da abonent qaz sayğacına qanunsuz olaraq qoşulduğunu qismən də olsa etiraf etmişdir. Fotoşəkillərin ona məxsus olduğunmu qəbul etmişdir. Hesab edir ki, abonentəı hesablanmış borc tutularaq Cavabdeh İB-nin hesabınba ödənilməlidir. Mülki iş mateüriallarına əlavə olunmuş fotoşəkillər abonentə məxsusdur. Ona görə də göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin təmin olunmaması, qarşılıqlı iddia ərizəsinin isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə, İddiaçı iştirakı olmadan mülki iş baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ilk və qarşılıqlı iddia ərizələri ilə bağlı münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Təbii X4nın pozulması haqqında ******* saylı, ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 3024 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci il tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********00406 olmaqla, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanına xx.xx.2020-ci il tarixdə Natek Enerji G4 Mexanika 40024821 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 3879.36 manat göstərilmişdir. -Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı məxsus mənzilin həyətinə quraşdırılmış qaz sayğacına dəmir boru vasitəsilə müdaxilə olunmuşdur. -Mədaxil qəbzindən görünür ki, Cavabdeh İB qarşılıqlı iddia ərizəsinin verilməsinə görə 59 manat dövlət rüsumu ödəmişdir. -Abşeron RPİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Alxasov X2 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Borclu İddiaçı onunla bağlanmış xx.xx.2022-ci il tarixli, 14/101505 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçının bu müqavilənin və “X4”nın tələblərinə əməl etməsi onun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanının 3cü bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9cu bəndinə əsasən, Cavabdeh İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Fərmanın 3.10-cu bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllənin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin təbii X4nın pozulması haqqında ******* saylı, ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlarına əsasən, istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii X4na riayət olunması yoxlanılmış və təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Beləliklə, abonent onunla bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, cəmi 3879.36 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X4»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «X4»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə ******* saylı və ******* saylı aktlarla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği eyni zamanda, yuxarıda qeyd olunan akt əsasında təbii X4nın pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktlara münasibət bildirərək qeyd edir ki, ******* saylı aktın qəbul olunma tarixi qeyd olunmadığından, ******* saylı akt isə ilkin iddiaçı tərəfindən təqdim olunmasına baxmayaraq, həmin akt üzrə də borcun tutulmasını xahiş edən qarşılıqlı iddia tərəfindən məhkəməyə təqdim olunmamış, ilkin iddiaçı tərəfindən təqdim olunmuş həmin aktda isə aktın qəbul olunma tarixi qeyd olunmadığından ******* saylı və ******* saylı aktlar məhkəmə tərəfindən nəzərə alınmayaraq hüquqi qiymət verilmir. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, ilkin iddiaçının “X4”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi onun etirafı, mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər əsasında da öz təsdiqini tapmış və bu barədə abonentə təbii X4nın pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 60 gün (2 ay), xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 30 gün (1 ay) və xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən isə 30 gün (1 ay) müddəti üçün cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii X4nın tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq, 648 (1.2x24x30=864,3.5x24x30=2520,2x1.4x24x30=2016, 864+2520+2016=5400, 5400x0.12=648) manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 362.88 (3024x0.12=362.88) manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 362.88 (3024x0.12=362.88) manat olmaqla, ümumilikdə, ilk İddiaçının Azəriqaza cəmi 1373.76 (648+362.88+362.88=1373.76) manat pul vəsaiti borcu olması qənaitinə gəlir. Ona görə də qalıq qalan 2505.6 (38xx.xx-1373.76=2505.6) manat pul vəsaiti abonent İddiaçı məxsus abunə hesabından silinməlidir. Beləliklə, məhkəmə araşdırması ilkin İddiaçı təbii X4nın tələblərinə zidd olaraq təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən olunduğundan ilkin iddia ərizəsi qismən təmin edilərək ilkin iddiaçıya məxsus abunə hesabından 2505.6 manat pul vəsaiti silinməli, ilkin iddia ərizəsi isə qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh İB abonent İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməyə görə yaranmış 3879.36 manat borcun Cavabdeh İB-nin hesabına tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin tələb ilə bağlı bildirir ki, məhkəmə araşdırması zamanı abonentin qeyri-qanuni təbii qazdan istifadə etməsi təsdiqini tapsa da, 3879.36 manat yazılmış borcdan 2505.6 manat borcun silinməsi müəyyən olunduğundan, qarşılıqlı iddia üzrə qalıq qalmış 1373.76 manat pul vəsaiti İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. Ona görə də qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2505.6 manat cərimə borcu abonent kodu **********00406 olan İddiaçı məxsus abunə hesabından silinməli, İddiaçı isə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1373.76 manat pul vəsaiti alınaraq Cavabdeh İB-nin xeyrinə tutulmalı, ilkin və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə ilkin iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 37 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməli, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni, 20 manat dövlət rüsumu isə İddiaçı alınaraq Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2505.6 (iki min beş yüz beş manat altmış qəpik) manat borc abonent kodu **********00406 olan İddiaçı məxsus abunə hesabından silinsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə 1373.76 (min üç yüz yetmiş üç manat yetmiş altı qəpik) manat pul vəsaiti alınaraq Cavabdeh İB-nin xeyrinə tutulsun. Cavabdeh İB-dən dövlət rüsumuna görə 37 (otuz yeddi) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı dövlət rüsumuna görə 20 (iyirmi) manat alınaraq Cavabdeh İB-nin xeyrinə tutulsun. İlk və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov