Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1110/2023 21.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı artıq hesablanmış pul məbləğinin silinməsi tələbinə dаir iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı artıq hesablanmış pul məbləğinin silinməsi tələbinə dаir iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırki iş üzrə məhkəmə iclası 21 fevral 2023-cü il tarixə saat 10:10-a təyin edilmiş, məhkəmə iclasına iddiаçı İddiaçı gəlmiş, lakin iş üzrə cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə hər hansı məlumat verməmişdir. Cavabdeh "xxxx" ASC 21 fevral 2023-cü il tarixə saat 10:10-a təyin edilmiş məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, Elektron Məhkəmə Sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş arayışı nəzərə alaraq, yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiаçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı artıq hesablanmış pul məbləğinin silinməsi tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1110/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1110/2023
21.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver