Məhkəmə qərarları › İş №2(012)-1129/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1129/2025

23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1129/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********25120 olan sayğaca qanunsuz olaraq hesablanmış 6982,68 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1i ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********25120 olan qaz sayğacından istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə ona məxsus abonent kodu **********25120 olan sayğaca 7 akt - xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt və xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş, ümumilikdə, 6982,68 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə və istifadə edildiyi aşkar olunması qeyd olunmuşdur. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, onun tərəfindən sayğaca müdaxilə edilməmişdir və sayğacın özündə problem olmuşdur. Onun sözügedən aktdan qaz pulunu ödəyəndə xəbəri olmuşdur. Həmçinin o, xəstəliyi ilə əlaqədar rayonda olmuşdur. Cavabdeh İB onun yaşadığı ünvan 1ində belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. O, Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən o, məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, təbii qazdan istifadəyə görə fevral və iyul aylarında 5 manat, dekabr ayında isə 10 manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 may 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 iyun 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2023cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 avqust 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan 01 iyul 2024-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə (abonent kodu: **********25120) xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 4872,96 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 954,84 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 406,08 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 233,28 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 164,16 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 146,88 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 164,16 manat olmaqla qeyd edilən aktlara görə cəmi 6942,36 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evdə abonent kodu **********25120 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4872,96 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 954,84 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 406,08 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 233,28 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 164,16 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 146,88 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 164,16 manat məbləğində olmaqla, ümumilikdə 6942,36 manat cərimə hesablanmışdır. Bundan əlavə cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat məbləğində və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində hesablanmanın əsasları ilə bağlı və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilməmişdir. Cavabdeh təşkilatın tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat məbləğində cərimənin hesabat müddətinin 360 gün, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində cərimənin hesabat müddətinin 60 gün qəbul edilməklə hesablanması əsasları ilə bağlı sübutlar təqdim edilmədiyini və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir (1. xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə - 4872,96 manat : 360 gün = 13,536 manat; 13,536 manat x 30 gün = 406,08 manat; 2. xx.xx.2023cü il tarixli, ******* saylı akt üzrə - 954,84 manat : 60 gün = 15,914 manat; 15,914 manat x 30 gün = 477,42 manat). Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 6942,36 manat borcdan 883,5 manat saxlanılmaqla, qalan 6058,86 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 80,59 (səksən manat, əlli doqquz qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********25120) ünvan 1ində yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 6942,36 manat borcdan 883,5 manat saxlanılmaqla, qalan 6058,86 manat cərimə silinsin. Cavabdehndən 80,59 (səksən manat, əlli doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar