Məhkəmə qərarları › İş №2(012)-1130/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1130/2025

18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1130/2025 18.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən 26 dekabr 2021-ci il tarixli, ******* saylı akt əsasında 1335,84 manat məbləğində, 28 fevral 2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 708,48 manat məbləğində olmaqla ümumilikdə 2044,32 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, mülkiyyətində Abşeron rayonu, Qobu qəsəbəsi, Yenikənd yaşayış massivində fərdi yaşayış evi vardır. İstifadə etmədiyi çıxışa görə Azəriqaz İB tərəfindən cərimə edilmişdir. Mülkiyyətində olan həyətdə istifadə edilməyən çıxış olmuş, Azəriqaz İB tərəfindən sayğac quraşdırılandan sonra həmin evdə yaşayaraq təbii qazdan istifadə etmişdir. Evə sayğac quraşdırılan zaman həmin istifadə edilməyən çıxışın kəsilməsini Azəriqaz İB-nın əməkdaşlarından tələb etsə də, onlar bildirdilər ki, onun kəsilib-kəsilməməsinin ona heç bir aidiyyəti yoxdur və problem ola bilməz. Sonra isə ona məxsus olan həyətdə sayğaca baxış keçirilmiş təbii qazdan guya kənar xətt vasitəsilə istifadə etməyi müəyyən edilmiş və nəticədə cərimə yazılmışdır. Lakin xətt həmişə bağlı vəziyyətdə olmuş, baxış keçirilən zaman onlara məlumat verilməmiş, həmin çıxışın harda sonlanması araşdırılmamışdır. Nəticədə qanunsuz və əsassız olaraq, Cavabdeh İB tərəfindən 26 dekabr 2021 -ci il tarixli, ******* saylı akt əsasında 1335,84 manat məbləğində, 28 fevral 2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 708,48 manat məbləğində olmaqla, ümumilikdə 2044,32 manat cərimə borcu yazılmışdır. Bu məsələni aydınlaşdırmaq üçün Azəriqaz İB-nin Xırdalan İdarəsinə yaxınlaşan zaman ona baş idarəyə yəni departamentə müraciət etməli olduğu bildirilmişdir. Ona artıq aktlar qəbul olunduğu, aktları ləğv edə bilmədiklərini, bunun üçün məhkməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Yenikənd yaşayış massivində fərdi yaşayış evində yerləşən abonent kodu **********10070 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri qanuni şəkildə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Yenikənd yaşayış massivində fərdi yaşayış evində yerləşən abonent kodu **********10070 olan sayğaca baxış keçirilən zaman abonent təbii qazdan kənar xətt vasitəsi ilə istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 2044,32 manat borc hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçının Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Yenikənd yaşayış massivində fərdi yaşayış evində yerləşən abonent kodu **********10070 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2021-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar qeyri qanuni şəkildə qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 1335,84 manat cərimə edilmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, təbii qazdan kənar xətt vasitəsilə istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 708,48 manat cərimə edilmişdir.Lakin, cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinə dair heç bir əsaslandırıcı etiraz göndərmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (1346,40 : 3 = 445,28 manat, 708.48 : 2 = 354,24 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********10070 olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Yenikənd yaşayış massivində fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 2044.32 manat borcdan 799.52 manat saxlanılmaqla, qalan borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********10070 olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Yenikənd yaşayış massivində fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 2044.32 manat borcdan 799.52 manat saxlanılmaqla, qalan borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar