Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1131/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ona istinad edilərək əsassız yazılmış 1036 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti əvəzinə Cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ona məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh İB-nin Abşeron rayonu üzrə nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixində quraşdırılmış, **********14380 abonent koduna dair **********2 nömrəli sayğacına baxış keçirilən zaman MSK-29/1710-04407-1 saylı rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşilməsi aşkar olunmuşdur. Onun xəbəri olmadan və ona heç bir xəbərdarlıq edilmədən Cavabdeh İB-nin nümayəndələri imzası ilə təsdiqlənərək 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktı ilə pozuntunun qısa məzmununda qeyd olunmuşdur ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacda hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşildiyi aşkar olunmuş, sayğaca dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən cəmi 8640 kub metr dəymiş ziyan, yəni 1036 manat cərimə məbləği hesablanmışdır. Hesab edir ki, Cavabdeh İB-nin gəldiyi bu qənaəti və mövqeyi qanunsuz və əsassızdır. İddia ərizəsinə əlavə etdiyi abonentin saldosundan da aydın görünür ki, təbii qazdan istifadəyə görə hər ay sərf edilmiş kub metrə uyğun olaraq vaxtında ödəniş etdiyindən onun fərdi yaşayış evinə dair abonent koduna əsassız hesablanmış cərimə məbləğindən başqa Cavabdeh İB-yə borcu yoxdur. Onun təbii qazdan istifadəyə görə sərfiyyatı aylıq olaraq 20-50 manat arası olmuşdur, yaşayış evində birdən-birə 8640 kub metr həcmində təbii qazın istifadəsi və bu səbəbdən 1036 manat məbləğində borcun yaranması qeyri-mümkündür. Bundan əlavə bildirir ki, ona məxsus fərdi yaşayış evinə aid sayğac 2021-ci ildə dəyişdirilsə də ona bu barədə Cavabdeh tərəfindən heç bir məlumat verilməmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktda sayğaca müdaxilə edildiyi qeyd edilməsinə baxmayaraq onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. O, Cavabdeh İB-nin ona qarşı bu hərəkətlərini qanunsuz hesab edir, belə ki, onun istehlakçı hüquqları kobud surətdə pozulmuşdur. Odur ki, o, öz konstitusion hüquqlarının təmin edilməsi və bərpası, eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus (abonent kodu: **********14380) Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK-29/1710-04407-1 saylı rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşilməsi aşkar olunmuşdur. İş materialarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən evə (abonent kodu: **********14380) 1036,80 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən evə (abonent kodu: **********14380) 1036,80 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********14380) Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1036 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********14380) hesablanmış 1036 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1131/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1131/2024
13.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver