Məhkəmə qərarları › İş №2(012)-1140/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1140/2021

05.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1140/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən qaz sərfiyyatına görə hesablanmış qanunsuz məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən qaz sərfiyyatına görə hesablanmış qanunsuz məbləğin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə etmədiyi qaz sərfiyyatına görə ona hesablanmış 11910,80 (on bir min doqquz yüz on manat səksən qəpik) manat borcun silinməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri 25-ci məhəllə, ev. 15 ünvanında ona məxsus mənzildə adına olan abunə kodu **********00000 qaz sayğacı quraşdırılmışdır. 14.09.2020-ci il tarixdə sayğacda problem yarandığı üçün ******* nömrəli Aktdan da göründüyü kimi növbədən kənar dövlət yoxlaması keçirilmiş və sayğac yenisi ilə əvəz olunmuşdur. ’’Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona 2020-ci ilin yanvar ayından sentyabr ayına qədər qaz sərfiyyatına görə 12289,40 (on iki min iki yüz səksən doqquz manat qırx qəpik) manat məbləğində pul hesablanmışdır. 16.10.2020-ci il tarixdə ona Abşeron rayon X6 tərəfindən 12289,40 (on iki min iki yüz səksən doqquz manat qırx qəpik) manat məbləğində borcun olması ilə bağlı Bildiriş - Xəbərdarlıq qəbzi verilmişdir. Bildiriş- Xəbərdarlıq qəbzini aldıqdan 5 gün sonra rəsmi ərizə ilə istifadə etmədiyi qaz sərfiyyatına görə hesablanmış borc məbləğin aydınlaşdırılması ilə bağlı Cavabdeh Bakı X7 Departamentinə müraciət etmişdir. Müraciətinə baxıldıqdan sonra bildirişdə göstərilən borcunun üstünə oktyabr ayı üçün hesablanmış 57 m3 sərfiyyat gələrək 57 m3 x 0,20=11.40+12289.40=12300.80 manat borc hesablanmış və həmin borcdan 390 manat onun xeyrinə silinmişdir. Abonentin Saldosundan da göründüyü kimi hal-hazırda istifadə etmədiyi qaz sərfiyyatına görə 11910,80 (on bir min doqquz yüz on manat səksən qəpik) manat borcu qalmışdır. Ona hesablanmış bu borc qanunsuz və əsassızdır. Abonentin Saldosundan da, göründüyü kimi onun ailə tərkibim 4 nəfərdən, evdə yerləşən cihazlar isə 4 gözlü qaz pilitəsi və ev qızdırıcı radiator peçindən ibarətdir. Məcburi köçkündür və dövlət tərəfindən qaz sərfiyyatı ilə bağlı limit aynlır. Əgər qaz idarəsi tərəfindən nəzarətçilər vaxtlıvaxtında sayğaca nəzarət etsəydilər belə böyük bir problemlə üzləşməzdi. "Azəriqaz” İstehsalat Birliyi Bakı X5 Departamenti istəsəydi Abonentin Saldosundakı il və aylara baxıb sərfiyyat və qaçqın limitinə uğun hesablama aparardı. Abonentin Saldosunda qeyd edilmiş ailə tərkibinə və cihazların sayına görə sərfiyyat və qaçqm limiti nəzərə alınmaqla borc silinməlidir. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, Cavabdeh tərəfindən onun adına olan qeyd edilən sayğac, evinin bayır hissəsində quraşdırılmışdır. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında, iddia tələbini qəbul etmədiyini, iddia tələbində qeyd olunan məbləğin 6375 manatı sayğaca müdaxiləyə görə tərtib edilən akta əsasən yazıldığını, qalan hissəsi isə qazdan istifadəyə görə yazılan borc olduğunu, sayğac çıxarılan zaman üzərində olan göstəricinin həmin məbləğdə olduğunu, akta əsasən iddiaçının borcu olduğunun sübut edildiyini bildirərək rədd edilməsini xahiş etdi. Eyni zamanda abonentə məxsus sayğacın onun evinidən kənarda quraşdırılmasını qeyd etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Şuşa RPŞ tərəfindən 15.07.2017-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən 25.02.2009-cu il tarixdə verilmiş AA 197549 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır və məcburi köçkün kimi Abşeron rayonunda məskunlaşmışdır. -14.09.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən evində quraşdırılmış “Sənayeaz G-4” markalı, 00429085 saylı sayğacına baxış keçirilmiş, növbədənkənar dövlət yoxlaması səbəbindən “Azəriqaz İB”-nin əməkdaşları tərəfindən çıxarılaraq, əvəzində “Zinner G-4” markalı, **********7 saylı yeni sayğac quraşdırılmışdır. -16.11.2020-ci il tarixdə təsdiq edilmiş 11.11.2020-ci il tarixli 29/1710-03513-1 saylı qaz sayğacının yoxlanılması barədə aktdan görünür ki, Azəriqaz İB-nin SOCAR**********30991710x03513 saylı 07.10.2020-ci il tarixli məktubuna əsasən 16.10.2020-ci il tarixində BRQS departamentindən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 11.11.2020-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və Abşeron rayonu ərazisində Elster tipli G4 markalı 00429085 nömrəli 71389 m3 mexaniki göstəricisi olan sayğaca baxış zamanı sayğacın ekranının cızıldığı və sayğacın hesablayıcı mexanizminə heç bir təsirin olmadığı müəyyən edilmiş, nəticədə, sayğac qüsura görə yararsız hesab edilmişdir. -16.10.2020-ci il tarixli Bildiriş-Xəbərdarlıqdan görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılan (abonent kodu **********00000 olan, sayğac kodu **********7) sayğacda 14.12.2019-cu ildə son ödəniş 20 manat, ödəniləcək məbləğ 12289,40 manat təşkil edir. -28.02.2019-cu il tarixdə iddiaçıya yönəlmiş itirilmiş qazın bərpası üzrə tələb təsdiq edilmişdir. Tələbə əsasən itirilmiş qaza görə abonentə orta hesabla 4860 kub metr sərfiyyat hesablanmışdır. -Abonent saldosundan görünür ki, abonent kodu **********00000 olan ünvan 4 ünvanında 01.10.2020-ci il tarixdə Zenner G4T Mexaniki tipli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Qızdırıjı radiator peçi (1/1) abonentin borcu 12289,40 manat göstərilmişdir. Məhkəmə iddia tələbini araşdırarkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Konstitutsiyasınm 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin; 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar»ın 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qərarın 3.1.3. bəndinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profılaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu qərarın 3.1.7. bəndinə əsasən isə qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin qərarın 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu qərarın 5.2. bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb bir başa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nm təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçmın qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcınm İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay miiddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, iddiaçının evində quraşdırılmış sayğac onun evindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abanentə aid evin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri mümkün edir. Bundan əlavə Cavabdehla abonent arasında bağlanmış müqavilədə abonentin həmin qaz sayğacına edilmiş müdaxiləyə görə məsuliyyəti barədə heç bir müddəa nəzərdə tutulmamış onun üzərinə öhdəlik qoyulmamışdır. Məhkəmə qeyd edir ki, 14.09.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktta əsasən Azəriqaz İB sayğacın yoxlanılması barədə məktubla Metrologiya Departamentinə müraciət olunmuş, və yoxlama zamanı Abşeron rayonu ərazisində Elster tipli G4 markalı 00429085 nömrəli 71389 m3 mexaniki göstəricisi olan sayğacda ekranının cızıldığı və sayğacın hesablayıcı mexanizminə heç bir təsirin olmadığı müəyyən edilmiş, nəticədə, sayğac qüsura görə yararsız hesab edilmişdir. İddiaçı adına olan Abanent saldosundan görünür ki, iddiaçı məcburi köçkün olduğundan 06.2010-cu il tarixdən 12.2016-cı il tarixə kimi Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən abonentin hesabına qaz sərfiyyatının ödənişləri həyata keçirilmişdir. Abanent saldosunun ayın sonuna borc qrafasından görünür ki, iddiaçı 07.2017-ci il tarixdən 11.2019-cu il tarixə kimi müxdəlif ödənişlər etmiş 12.2019cu il tarixdə isə borcu 00 olmaqla tam ödəmişdir. 11.2020-ci il tarixdə isə abanentə 11910,80 manat borc pul hesablanmışdır. Həmin borc pul 14.09.2020-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmışdır. Cavabdeh yalnız sübut kimi qeyd edilən 14.09.2020-ci il tarixli, ******* nömrəli aktı əsas gətirmişdir. Məhkəmə iclasında Akt tədqiq edilərkən, aktın üç nəfər Azəriqaz əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olundu ki, bu isə aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Belə ki, Akt hər hansı bir faktı təsdiq edilməsi üçün hal şahidlərinin iştirakı ilə imzalanan sənəddir. Həmin sənədin bitərəf olan hall şahidlərinin iştirakı ilə imzalanması Aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının sübut kimi göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktda sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını istisna edir. Göründüyü kimi bütün bunlar iddiaçının sayğaca müdaxilə edərək qeyriqanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən sayğaca görə tərtib edilmiş 14.09.2020-ci il tarixli, ******* saylı akt ləğv edilməli və əsassız hesablanmış 11910,80 (on bir min doqquz yüz on manat səksən qəpik) manat borc Abonent kodu **********00000 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki-Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-252–çi maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən sayğaca görə tərtib edilmiş 14.09.2020-ci il tarixli, ******* saylı akt ləğv edilsin və əsassız hesablanmış 11910,80 (on bir min doqquz yüz on manat səksən qəpik) manat borc Abonent kodu **********00000 olan İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar