Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1142/2021 05.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə 05 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********01080 olan sayğaca görə qanunsuz olaraq ona hesablanmış 221 manat cərimənin tutulmasına dair tərtib edilmiş 30.09.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində onun adına olan abonent kodu **********01080 qaz sayğacından istifadə edir. Sayğac çöldə yerləşir. 30.09.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 221 manat cərimə yazılmışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları ondan xəbərsiz onun iştirakı olmadan sayğaca baxış keçirmiş və heç bir əsas olmadan 221 manat borc yazılmışdır. Həmin borcun hansı səbəbdən yazılması barədə heç bir məlumat belə verilməmişdir. O, heç bir akta imza etməmişdir. Sayğac da dəyişdirilməmişdir. Son 3 aydır ki, ödəniş etmir. Odur ki, Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş 30.09.2020-ci il tarixli ******* saylı akt Cavabdeh tərəfindən ləğv edilməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Sözügedən sayğaca müdaxilə faktı öz əksini tapmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.09.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış abonent kodu **********01080 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, MSK-29/1710-01629-1 rəyinə əsasən, 1402AZ**********49 sayğacın klapanı işlək deyil. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşilib. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 216 manat borc hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq 216 manat borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********01080 olan təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı heç bir məsuliyyət daşımağından 216 manat məbləğində hesablanmış borc silinməlidir. Bundan başqa Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 30.09.2020-ci il tarixli ******* №-li akt əsasında abonentə 216 manat hesabladığından,yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********01080 olan sayğaca görə qanunsuz olaraq ona hesablanmış 216 manat cərimənin tutulmasına dair tərtib edilmiş 30.09.2020-ci il tarixli ******* saylı aktın ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1142/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1142/2021
05.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver