Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1146/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi5 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi6, Ərizəçi2 və Ərizəçi5 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə 07 may 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi6, Ərizəçi2 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, JN-561 A saylı (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin AZE №0******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1, AZE №0******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3, AZE №******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi4, AZE №******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi6, AZE №******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X11, AA******* № li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi5 və AZ-1 235632 №-li ölüm haqqında şəhadətnamədə göstərilən X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi1 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən birgə mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyatda alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi ilə əlaqədar ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-in 4 saylı ərazi idarəsindən verilən cavabda hüquq müəyyənedici sənədlərdə fərqin olması səbəbindən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin fərq ondan ibarətdir ki, JN-561 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüququ sahibi “X13” göstərilməsinə baxmayaraq AR şəxsiyyət vəsiqəsində “Ərizəçi1”, hüquq sahibi “X2” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi3”, hüquq sahibi “X23” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Abiyeva (Məmmədxanova) Rəna Adil qızı”, hüquq sahibi “X19” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi6”, hüquq sahibi “X20” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Rəcəbəliyeva (Abasova) Günay Adil qızı”, hüquq sahibi “X14” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi5”, hüquq sahibi “X15” göstərilməsinə baxmayaraq AR vətəndaşının ölüm haqqında şəhadətnaməsində “X16” kimi qeyd edildiyi aşkar edilmişdir. X17 rəhmətə getmişdir. Abşeron rayonu, Qobu kəndində yerləşən 0,07 ha torpaq sahəsi onların və digər ailə üzvlərinin mülkiyyətindədir. Lakin onlar həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışlar. Abşeron rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli 59 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə onların adları nöqsanlara yol verilməklə qeyd edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər ərizəçilər Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi5 məhkəmə iclasında digər Ərizəçi1 izahatına uyğun izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Ərizəçi6 və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nin Qobu qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 may 2007-ci il tarixli, AZ-İ № 235632 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X17 27.07.2007-ci ildə dünyasını dəyişmişdir. İş materiallarında olan AZE Seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi1 xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi3 xx.xx.1956-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi4 xx.xx.1979-cu ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, X24 xx.xx.1981-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.1982-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi5 07.09.1985-ci ildə anadan olmuşdur. İş materiallarında olan 22 mart 2006-cı il tarixli JN-561A KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli 59 nömrəli qərarı ilə verilmiş 0,07 hektar ölçüsü olan torpaq sahəsi X3, X4, X1, X12, X8, X9 və X5 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, X6, Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi6, Ərizəçi2, Ərizəçi5 adı şəhadətnamədə səhv olaraq X15, X13, X2, X23, X21, X22 və X18 olaraq göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, DTXK Abşeron rayon şöbəsinin 22 mart 2006-cı il tarixli JN-561A KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olaraq X15, X13, X2, X23, X21, X22 və X18 əvəzinə X17, Ərizəçi1, Ərizəçi3 Adil qızı, Ərizəçi4, Ərizəçi6, Ərizəçi2, Ərizəçi5 yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. JN-561 A saylı (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin AZE №0******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1, AZE №0******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3, AZE №******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi4, AZE №******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi6, AZE №******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X11, AA******* № li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi5 və AZ-İ 235632 №-li ölüm haqqında şəhadətnamədə göstərilən X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1146/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1146/2021
07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver