Məhkəmə qərarları › İş №2(012)-115/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-115/2025

17.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-115/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı Heydər Əliyev adına X28 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X28 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X33 cavabdeh X2 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 tərəfindən ünvan 1 ünvanında mişar daşından 11 x 10 x 4.50 metr ölçüdə inşa olunmuş fərdi yaşayış evinin özbaşına (qanunsuz) tikili hesab edilməsi, tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Heydər Əliyev adına X28 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında mişar daşından 11 x 10 x 4.50 metr ölçüdə inşa olunmuş fərdi yaşayış evinin özbaşına (qanunsuz) tikili hesab edilməsi, tikilinin sökülərək “Mühafizə Zonası” ndan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Heydər Əliyev adına X28 nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X30 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 44 metrlik məsafəsində torpaq zəbt edilməklə ünvan 2 ünvanında özbaşına mişar daşından 11 x 10 x 4.50 ölçüdə tamamlanmamış fərdi yaşayış evi inşa edilmişdir. Bundan başqa həmin ərazidən Dş-500 mm neft boru kəmərinə paralel 2 ədəd Dş-300 mm və Dş-250 mm neft boru kəmərləri keçir. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X33 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün neft boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə neft boru kəmərləri ətrafında “Mühafizə Zonası” müəyyən olunmuşdur. “Mühafizə Zonalası”nın müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3338 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, İcra Hakimiyyətrindən ona evi tikməyə, su, qaz və işıq çəkməyə icazə verilmişdir. Bu səbəbdən o, ünvan 1 ünvanında mişar daşından 11 x 10 x 4.50 metr ölçüdə inşa olunmuş fərdi yaşayış evini tikmiş və 2-ci mərtəbəsini də tikmişdir. O, qonşu evlərlə ara məsafəsi saxlamaqla evi tikdirmişdir. Lakin əvvəldən evin bir neçə metrlə neft kəmərinin mühafizə zonasına düşdüyünü bilsə idi, evi bir neçə metr məsafə uzaqda tikdirərdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X23 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, Azərikimya İB-nin Etilen- Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. -Əraziyə baxış keçirilməsi haqqında Aktdan görünür ki, 30 saylı komandanın Qarovul rəisi X6, mühafizəçi X7 və NEZ-in MP-nin bölük komandiri X3 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, xx.xx.2023- cü il tarixdə 19 saylı (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00-dan 20:00-a kimi) müşahidə ) postun ərazisində keçirilən monitorinq zamanı saat 11:55-də ünvan 2 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin 49.40 metrliyində özünün bildirdiyinə görə X5 (*** *** ** **) tərəfindən təqribən 10x11 metr ölçülərdə bünövrə qazıntısı tərəfimizdən aşkar edildi.Tikinti sahibi Cavabdehaya aparılan işlərin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin •aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunaraq görülən işlər MP-nin əməkdaşları tərəfindən dayandırılmışdır. Bu barədə NEZ-in MP-nin rəis müavini Rəşid Nəcəfovla əlaqə saxlanılmış, onun verdiyi məlumata əsasən, müvafiq sənədləşdirmə aparılaraq ərazini nəzarətdə saxlayacaqlar. Faktla bağlı XTŞ-nin növbə rəisinə və NEZ-in növbətçi hissəsinə məlumat verilmişdir. -Əraziyə baxış keçirilməsi haqqında Aktdan görünür ki, 30 saylı komandanın rəis müavini X31 Qarovul rəisi X8, mühafizəçi X24 oglu və NEZ-in MP-nin bölük komandiri X3 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə 19 saylı (H.Əliyev adına NEZə məxsus boru kəmərləri üzrə (saat 08:00-dan 20:00-a kimi) müşahidə ) postun ərazisində keçirilən monitorinq zamanı saat 16:20-də ünvan 2 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan' 49 40 metrliyində özünün bildirdiyinə görə X15 oglu (*** *** ** **) tərəfindən təqribən 10x11 metr ölçülərdə bünövrə qazıntısının içərisinə beton tökülməsi tərəfimizdən aşkar edildi.Tikinti sahibi Cavabdehaya aparılan ışərın mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün şifahi xəbərdarlıq edilərək görülən işlər MP-nın əməkdaşları tərəfindən dayandırılmışdır. Bu barədə NEZ-in MP-nin rəis müavini Rəşid Nəcəfovla əlaqə saxlanılmış, onun verdiyi məlumata əsasən, müvafiq sənədləşdirmə aparıiaraq ərazini nəzarətdə saxlayacaqlar. Faktla bağlı XTŞ-nin növbə rəisinə və NEZ-,n növbətçi hissəsinə məlumat verilmişdir. -Əraziyə baxış keçirilməsi haqqında Aktdan görünür ki, 30 saylı komandanın rəis müavini X16,Qarovul rəisi X9, mühafizəçi X10 və NEZ-in MP-nin bölük komandiri X3 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə 19 saylı (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00- dan 20:00-a kimi) müşahidə ) postun ərazisində keçirilən monitorinq zamanı saat 17:35-də ünvan 2 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin 49.40 metrliyində özünün bildirdiyinə görə X5 (*** *** ** **) tərəfindən təqribən 10x11 metr ölçülərdə ev tikintisinin tamamlanması tərəfimizdən aşkar edildi.Tikinti sahibi Cavabdeh aparılan işlərin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün şifahi xəbərdarlıq olunsa da həmin şəxs edilən xəbərdarlığa məhəl qoymayaraq tikinti işlərini davam etdirəcəyini bildirmişdir. Hal hazırda tikinti işləri sürətlə davam etdirilir. Bu barədə NEZ-in MP-nin rəis müavini Rəşid Nəcəfovla əlaqə saxlanılmış, onun verdiyi məlumata əsasən, müvafiq sənədləşdirmə aparılaraq ərazini nəzarətdə saxlayacaqlar. Faktla bağlı XTŞ-nin növbə rəisinə və NEZ-in növbətçisinə məlumat verilmişdir. -Əraziyə baxış keçirilməsi haqqında Aktdan görünür ki, 30 saylı komandanın rəis müavini X16,qarovul rəisi X11, mühafizəçi X13 və NEZ-ın MP-nın boluk komandiri X3 iştirakı ilə bu aktı tərtib edirik ondan otru kı, xx.xx.2023-cü il tarixdə 19 saylı (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08.00- dan 20.00-a kimi) müşahidə ) postun ərazisində keçirilən monitorinq zamanı saat 11.05-də ünvan 2 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin 49.40 metrliyində özünün bildirdiyinə görə X5 (*** *** ** **) tərəfindən təqribən 10x11 metr ölçülərdə 1-ci mərtəbə uzrə ev tikintisi işlərinin tamamlanması eləcə də, boru kəmərindən 48.30 metr aralı məsafədə 2-ci mərtəbə üzrə tikinti işlərinin başlaması və 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında dəmir dirəklərin qoyulması tərəfimizdən aşkar edildi.Tikinti sahibi Cavabdeh aparılan işlərin mühafizə ərazisinə duşduyu üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün şifahi xəbərdarlıq olunsa da həmin şəxs edilən xəbərdarlığa məhəl qoymayaraq tikinti işlərini davam etdirəcəyini bildirmişdir. Hal hazırda tikinti işləri sürətlə davam etdirilir.Bu barədə NEZ-in MP-nin rəis müavini Rəşid Nəcəfovla əlaqə saxlanılmış, onun verdiyi məlumata əsasən, müvafiq sənədləşdirmə aparılaraq ərazini nəzarətdə saxlayacaqlar. Faktla bağlı XTŞ-nin növbə rəisinə və NEZ-in növbətçisinə məlumat verilmişdir. -Əraziyə baxış keçirilməsi haqqında Akt-dan gönür ki, 30 saylı komandanın rəis müavini X16, qarovul rəisi X9, mühafizəçi X12 və NEZ-in MP-nin bölük komandiri X3 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə 19 saylı (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00- dan 20:00-a kimi) müşahidə ) postun ərazisində keçirilən monitorinq zamanı saat 14:55-də ünvan 2 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin 49.40 metrliyində özünün bildirdiyinə görə X5 (*** *** ** **) tərəfindən təqribən 10x11 metr ölçülərdə 1-ci mərtəbə üzrə tikintisi tamamlanmış evin boru kəmərindən 48.30 metr aralı məsafədə olan 2-ci mərtəbəsi üzrə tikinti işlərinin də tamamlanaraq dam örtüyünün vurulması tərəfimizdən aşkar edildi. Tikinti sahibi Cavabdeh aparılan işlərin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün şifahi xəbərdarlıq olunsa da həmin şəxs edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Bu barədə NEZ-in MP-nin rəis müavini Rəşid Nəcəfovla əlaqə saxlanılmış, onun verdiyi məlumata əsasən, müvafiq sənədləşdirmə aparılaraq ərazini nəzarətdə saxlayacaqlar. Faktla bağlı XTŞ-nin növbə rəisinə və NEZ-in (SDM-in) məsul şəxsinə məlumat verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,0134 ha torpaq sahəsi Cavabdeh adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********22 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3338 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, ünvan 4 ünvanında yerləşən Dş-500 mm neft boru kəməri ilə fərdi yaşayış evinin birinci mərtəbəsinə qədər məsafənin 49,3 metr, ikinci mərtəbəyə qədər məsafənin isə (fəzadan) 48,3 metr olduğunu nəzərə alaraq, təqdim olunmuş fərdi yaşayış evinin birinci mərtəbəsinin 0,7 m hissəsinin, ikinci mərtəbəsinin isə 1,7 metr hissəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh ünvan 5i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,0134 ha torpaq sahəsi dövlət reyestrindən verilmiş çıxarış əsasında Cavabdeh mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Heydər Əliyev adına X30 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 44 metrlik məsafəsində torpaq zəbt edilməklə ünvan 2 ünvanında özbaşına mişar daşından 11 x 10 x 4.50 ölçüdə tamamlanmamış fərdi yaşayış evi inşa edilmişdir. Bundan başqa, həmin Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm (dizel), Dş-300 mm (quru qaz) və Dş-250 mm (nafta) neft boru kəmərləri keçir. Neft borusu kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, Cavabdeh tərəfindən ünvan 1 ünvanında mişar daşından 11 x 10 x 4.50 metr ölçüdə inşa olunmuş fərdi yaşayış evinin özbaşına (qanunsuz) tikili hesab edilməsi, tikilinin sökülərək “Mühafizə Zonası” ndan çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Mülki Prosessual Məcəllənin: 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 102.1. maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/3338 saylı rəyi ilə rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, ünvan 4 ünvanında yerləşən Dş-500 mm neft boru kəməri ilə fərdi yaşayış evinin birinci mərtəbəsinə qədər məsafənin 49,3 metr, ikinci mərtəbəyə qədər məsafənin isə (fəzadan) 48,3 metr olduğunu nəzərə alaraq, təqdim olunmuş fərdi yaşayış evinin birinci mərtəbəsinin 0,7 m hissəsinin, ikinci mərtəbəsinin isə 1,7 metr hissəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edildiyindən, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən digər sübutlarla paralel qiymətləndirib məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən də magistral neft kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə, iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...˝. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş nacyabrəzA˝ Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi˝nin: 2.1-ci bəndinə əsasən Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: Şirkətin strukturuna daxil olan qurumların illik iş proqramlarının yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi və bu proqramlara uyğun olaraq, onların gəlir və xərclər smetasının müəyyənləşdirilməsi; Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi; Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi; HPBS-nin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün Şirkətin strukturuna daxil olan qurumların balansına ötürülməsi; Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi; xarici ölkələrdə nümayəndəliklərinin və filiallarının açılması, hüquqi şəxslərin yaradılması və bu təsisatlar vasitəsi ilə xaricdə əldə edilmiş aktivlərə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarının, habelə Şirkətin strukturuna daxil olan qurumlarda xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkili, baxılması və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, №695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı Heydər Əliyev adına X28 balansında olan mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə İdarənin maraqlı tərəf qismində subyektiv hüququ mübahisəolunmazdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmədə işin tədqiq edilən hallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,0134 ha torpaq sahəsi Cavabdeh adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********22 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, hazırki çıxarışın mövcudluğu icra hakimiyyəti orqanı tərəfindən cavabdehə sözügedən evin tikilməsinə icazə verilməsini təsdiq edir. Bundan əlavə ekspert rəyindən də, göründüyü kimi cavabdehə məxsus evin tikinti hissəsinin 1-ci mərtəbəsinin 0,7 m hissəsi, 2-ci mərtəbəsinin isə 1,7 metr hissəsi neft kəmərinin mühafizə zonasına düşür ki, bu isə mühafizə zonasının çox az bir hissəsini təşkil edir və demək olar ki, həmin ölçüdə hər hansı təhlükənin reallaşması çox aşağı həddədir. Tikintisinə icazə alınmış ev artıq tikilmiş və yaşayışa yararlı haldadır. Evinin neft kəmərinin mühafizə zonasına düşən hissələrinin sökülməsi evin tamamilə uçaraq məhv olmasına səbəb olar ki, onun nəticəsi və vurulmuş ziyan daha ağır nəticələrə gətirib çıxarmış olar. Beləliklə Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçı Heydər Əliyev adına X28 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 100 manat ekspertiza tədqiqatının dəyəri isə iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Heydər Əliyev adına X28 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat iddiaçı Heydər Əliyev adına X23 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar