Məhkəmə qərarları › İş №2(012)-1169/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1169/2021

05.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1169/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə 05 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən abonent kodu **********03670 olan sayğac üzrə Cavabdeh tərəfindən ona qanunsuz olaraq hesablanmış 972 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən Abonent kodu **********03670 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əlkaın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** saylı 28.08.2019-cu il tarixli Çıxarışla İddiaçı məxsusdur. 2019-ci ilin yanvar ayında Cavabdehn nümayəndələri tərəfindən iddiaçının yaşadığı ünvanda sayğac dəyişdirilərək yeni sayğac quraşdırılmışdır. Çıxarılan sayğac isə dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Sayğaç dəyişdirilən zaman plombu üzərində olmuş və heç bir nasazlıq olmamışdır. Cavabdeh əməkdaşları tərəfindən iddiaçının köhnə qaz sayğacı aparıldıqdan xeyli müddət sonra 29 noyabr 2020-ci il tarixdə qaz sayğac kartına pul yükləyərkən iddiaçının yüklədiyi məbləğdən az qaz yükləndikdən sonra iddiaçıya belə bir borc hesablandığını bilmişdir. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış borcları aybaay kartla ödəmişdir. İddiaçının indiyə qədər təbii qazla istifadəyə görə yaranmış borcla hər hansı mübahisəsi olmamışdır. O, istehlakçı olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir. İddiaçı və ailə üzvüləri tərəfindən qaz sayğacına heç bir müdaxilə və ya digər təsir edilməmişdir. İddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir və akt tərtib olunarkən guya iddiaçı imzalamışdır. Tərtib olunmuş aktdan ümumiyyətlə iddiaçının xəbəri olmamışdır. Dövlət yoxlamasından keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. Dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazm bərpası üçün hesabat aparılmış və hesablanmış 972 manat (4860 m3 x 0,20 manat = 972 manat) məbləğində borc iddiaçıdan tələb edilir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmədə izahatında və ünvanladığı etirazda bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək akt əsasınada hesablanmış 972 manat dəymiş ziyan məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir.Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir.İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 486 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********03670 saylı kod hesabına qeyd edilmişdir.Faktla bağlı əməkdaşlarımız tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 31.01.2019-cu il tarixli ******* saylı akt, akt əsasında 31.01.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, həmçinin sayğaca müdaxilə faktını təsdiq edən fotoşəkil çəkilmiş və sayğac dövlət yoxlamasına göndərildikdən sonra QSN-29/1710-00330/1 -82 saylı akt əsasında sayğacın çıxış plastmass borusunun deşildiyi rəyi verilmişdir. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz işlədiçilərindən PQ-4 (dörd gözlü qaz plitəsi)-ün maksimal saatlıq sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul .klə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır:2.6 x 18 x 90=4212 m3, 648 m3+ 4212m3 = 4860 m3,4860 m3 x 0,10 manat = 486 manat. Həmçinin GAS-REP proqramından çıxarışa əsasən müəyyən olunur ki, istehlakçının (iddiaçının) dəymiş ziyan məbləği, yəni 486 manat 3 E proqramına salınmışdır. 3 E proqramına əsasən 486 manat məbləğdən 6 manat tutulmuş, qalıq borc 480 manat qalmışdır. Halhazırda istehlakçının mövcud borcu 480 manat təşkil edir.Cavabdeh əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman qaz sayğacının çıxış plastmass borşunun deşildiyi müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Qeyd olunan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 486 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Göründüyü kimi borc məbləği 972 manat deyil, 486 manat təşkil edir (hazırda 480 manat). Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********03670 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, 29/1710-00330/1-82 rəyinə əsasən, 1402AZ**********32 sayğacın çıxış plasmas borusu deşilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 486 manat borc hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********03670 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 31.01.2019-cu il tarixli ******* saylı akt, akt əsasında 31.01.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğac dövlət yoxlamasına göndərildikdən sonra QSN-29/1710-00330/1 -82 saylı akt əsasında sayğacın çıxış plastmass borusunun deşildiyi rəyi verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz işlədiçilərindən PQ-4 (dörd gözlü qaz plitəsi)-ün maksimal saatlıq sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 486 manat cərimə edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X5 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa İddiaçı 972 manat cərimə olunduğunu,həmin cərimənin silinməsini xahiş etsədə, yuxarıda qeyd olunduğu kimi məhkəmədə sübutların tədqiqatı zamanı sonuncunun yalnız 486 manat cərimə olunduğu təstiqini tapmışdır.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin 486 manat hissəsində hüquqi əsasları müəyəyn edildiyindən həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən abonent kodu **********03670 olan sayğacın yararsız vəziyyətə düşməsinə görə iddiaçı heç bir məsuliyyət daşımağından 486 manat məbləğində hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********03670 olan sayğac üzrə Cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 486 manat məbləğində borcun silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar