Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-117/2022 18.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X5 Departamentinin qazdan istifadəyə görə ona hesablanmış 1082,10 manat borcun əsassız hesab edilməsinə və 23 fevral 2018-ci il tarixli, ******* nömrəli saxta aktın ləğv edilməsinə dair məhkəmə tərəfindən qətnamə çıxarılmasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə əsasən 23 fevral 2018-ci il tarixli, ******* nömrəli saxta aktla bağlı xüsusi qərardad çıxararaq tədbir görülməsi üçün prokrora məlumat verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 31.01.2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 863,40 manat cərimənin silinməsi və 23.02.2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 219,60 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır və ünvan 2nvanda yerləşən fərdi yaşayış evi ona məxsus olmaqla 30 aprel 2001-ci ildən həmin ünvan qazla təmin olunmamış və həmin ünvanda ümumiyyətlə yaşayış yoxdur və olmamışdır. Bakı X5 Departamentinin tərəfindən 30 aprel 2020-ci il il tarixdə quraşdırdığı -“SMART KART”- sayğac üzrə və 23 fevral 2018-ci il tarixli, ******* Nömrəli Akt üzrə onun heç bir borcu yoxdur. Belə ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır və ünvan 2nvanda yerləşən fərdi yaşayış evində nə o, nə də başqa bir şəxs yaşamamışdır. Bakı X5 Departamenti tərəfindən 23 fevral 2018-ci il tarixli, ******* nömrəli saxta akt tərtib edilən zaman guya onun həmin akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. O, həmin aktın nə vaxt və kimlər tərəfindən tərtib edilməsindən xəbəri olmamışdır. ünvan 2nvanda yerləşən fərdi yaşayış evində 30 aprel 2001-ci ildən həmin ünvanda ümumiyyətlə yaşayış olmamasını təsdiq edən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli Qəsəbə İƏDÜ Nümayəndəsinin 12 yanvar 2021-ci il tarixli, 49/1 N-li Arayışının əslini sübut olaraq iddia ərizəsinə əlavə edilmişdir. Bir daha qeyd edir ki, onun qazdan istifadəyə görə heç bir borcu yoxdur və Bakı X5 Departamentinin 23 fevral 2018-ci il tarixli, ******* nömrəli saxta akt-nın onun evinə heç bir aidiyyəti yoxdur. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 10/5250 №-li rəyi ilə razılaşır. Bunlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, İddiaçı 2018-ci ilin yanvar-fevral aylarında sayğaca qanunsuz müdaxilə edərək qazdan istifadə etmişdir. Belə ki, təbii qazdan qanunsuz istifadəyə görə iddiaçıya 2018-ci ilin yanvar ayında 863,40 manat, 2018-ci ilin fevral ayında isə 219,60 manat cərimə hesablanmışdır. İddiaçının yaşadığı ünvana 17.03.2020-ci il tarixdə sayğac quraşdırılmış və iddiaçı həmin vaxtdan sayğacdan istifadə etməmiş və aktlar tərtib edilən vaxtdan sonra evdə yaşayış olmamışdır. Həmçinin Cavabdeh nümayəndəsi X3 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, icraatda İddiaçı Hafıs oğlunun Cavabdehnə qarşı «cərimə məbləğinin silinməsi tələbi» nə dair iddia ərizəsi üzrə mülki iş vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı onunla cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, təbii qazdan qeyriqanuni sayğacdan kənar istifadə etmişdir. Bildirir ki, iddiaçıya aid olan **********00248 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir. Həmin hərəkətlər 2018-ci ilin yanvar, fevral aylarında «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktlarla rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçı 2018-ci ilin yanvar, fevral üzrə yazılmış aktlar əsasında qeydə alınmayan itirilmiş qazın dəyəri kimi hesablanmış və onun abonent hesabına yazılmış dəymiş ziyanı mübahisələndirmişdir. Bu halı onun iddia ərizəsinə nəzər yetirdikdə də görmək olar. İddiaçının borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etməsi əsası, yəni subyektiv hüququnun yaranması tərəflər arasında bağlanmış müqavilədən irəli gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Həmin Məcəllə 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Odur ki, iddiaçı tərəfindən iddia müddətinin ötürdüyünü nəzərə alaraq, iddiaçının tələblərinin rədd edilməsi haqqında qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00248 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.02.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00248 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 1083 manat borc hesablanmışdır. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-1525/2021 saylı, 08.06.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 10/5250 saylı ekspert rəyindən məlum olur ki, Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qaz xətti üzərində qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 10/5250 saylı ekspert rəyi ilə razılaşaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq 31.01.2018-ci il tarixli, ******* saylı akt tərtib edilərək 863,40 manat cərimə və 23.02.2018-ci il tarixli, ******* saylı aktın əsasında 219,60 manat cərimə hesablanmışdır.Belə ki, iddiaçının kənar xətdən istifadə etməsi qeyd olunan aktlardan başqa hər hansı bir digər mötəbər sübutlarla təstiq olunmur və 25 noyabr 2021-ci il tarixli, 10/5250 saylı ekspert rəyi isə həmin aktların mötəbərliyinin şübhə altına alınmasına kifayət qədər əsas yaradır.Cavabdeh təşkilatın nümayəndəsinin də izahatı həmin aktlara əsaslandığından məhkəmə həmin izahatın və aktların sübut kimi qəbul edilməsinə tənqidi yanaşmışdır. Bundan başqa Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 31.01.2018-ci il tarixli, ******* saylı akt əsasında abonentə 863,40 manat və 23.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 219,60 manat cərimə hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğlərin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktları da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Həmçinin Cavabdeh nümayəndəsi X3 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq, iddianın təmin edilməməsini xahiş etsə də, Cavabdeh ərizəsində iddiaçının cərimənin hesablanmasını bildiyi və ya bilməli olduğu tarixi göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 25 noyabr 2021-ci il tarixli, 10/5250 saylı tikinti-texniki ekspertizasına görə 102 manat ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00248 olan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 31.01.2018-ci il tarixli, ******* saylı və 23.02.2018-ci il tarixli, ******* saylı aktlar ləğv edilsin, həmin aktlar üzrə hesablanmış uyğun olaraq 863,40 manat və 219,60 manat məbləğində cərimə silinsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 25 noyabr 2021-ci il tarixli, 10/5250 saylı tikinti-texniki ekspertizasına görə 102 manat ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-117/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-117/2022
18.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver