Məhkəmə qərarları › İş №2(012)-1171/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1171/2022

13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1171/2022 13.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı Cavabdeh barəsində dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi haqqında kiçik iddialara dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh barəsində dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi haqqında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5013.40 manat məbləğində zərər 242.00 manat məbləğində debitor borcu olmaqla, 5255.40 manat məbləğində borcun, habelə iddiaçı tərəfindən ödənilmiş 72.60 manat məbləğində dövlət rüsumu və pozulmuş hüquqlarının bərpası üçün nümayəndəyə (vəkilə) ödədiyi 300 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddiaçı məhkəməyə daxil olmuş kiçik iddialara dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik iddialara dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, kiçik iddialara dair ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə cavab vermir. Məhkəməyə ünvanlanmış hazırki iddia ərizəsində İddiaçı Cavabdeh ümumilikdə 5255.40 manat (beş min iki yüz əlli beş manat qırx qəpik) borcun və 72.60 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Buradan da görünür ki, mülki iş üzrə iddianın qiyməti beş min manatdan çoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Göstərilənləri və qanunun qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində tələb etdiyi pulun məbləği 5000 manatdan çox olduğundan onun hazırkı kiçik iddialara dair ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh barəsində dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi haqqında kiçik iddialara dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar