Məhkəmə qərarları › İş №2(012)-1176/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1176/2025

24.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1176/2025 24.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən barəsində əsassız tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı aktın ləğv olunması, 863,40 manat məbləğində cərimənin silinməsi və ondan bu günədək tutulmuş pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********04180 olan qaz sayğacı ona məxsusdur.Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, guya fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Eyni zamanda itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur.Sayğaca baxış keçirilərkən və akt tərtib olunarkən ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilməmiş və xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin aktda göstərilən nöqsanlar tamamilə əsassızdır, heç bir həqiqəti əks etdirmir. Sayğaca o, və ailə üzvləri heç vaxt müdaxilə etməmişlər. Sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır. Hər gün ətrafından yüzlərlə insan keçir, çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə görə hər hansı bir məsuliyyət daşımır.Barəsində əsassız olaraq tərtib edilmiş akta əsasən itirilmiş 4317 m3 qaza görə ümumilikdə 863,40 manat məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur.Smart tipli qaz sayğacından istifadə edərkən yazılmış cərimə borcunun müəyyən hissəsi karta yüklədiyi puldan silinmişdir. Həmin pullar da geri qaytarılmasını xahiş edir. Cavabdeh İB yaşadığı ünvan 1ində belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. .Cavabdeh tərəfindən qeyd edilmiş nöqsan, tərtib edilmiş akt və yazılmış cərimə tamamilə əsassızdır.Bu səbəbdən də, barəsində əsassız tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı aktın ləğv olunması və 863,40 manat məbləğində cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********04180 olan sayğaca baxış keçirilən zaman təbii qazdan qanunsuz istifadəsi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********04180 saylı abunə kodu üzrə sərf olunan təbii qaza görə abonentin 863,40 manat borcu yaranmışdır. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus ünvan 1 ünvanında fərdi yaşayış evində yerləşən abonent kodu **********04180 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar qeyri qanuni şəkildə qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmişdir.Lakin, cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinə dair heç bir əsaslandırıcı etiraz göndərmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********04180 olan, ünvan 1 ünvanında fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 863,40 manat borcdan 281,55 manat saxlanılmaqla, qalan borc silinməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin xx.xx.2018-ci il tarixli ******* saylı aktın ləğv olunması hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********04180 olan, ünvan 1 ünvanında fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 863,40 manat borcdan 281,55 manat saxlanılmaqla, qalan 581,85 manat borc silinsin. İddia tələbinin Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı aktın ləğv olunması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar