Məhkəmə qərarları › İş №2(012)-1178/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1178/2025

05.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1178/2025 05.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, İddiaçı2, İddiaçı4 və onun nümayəndəsi-vəkili Vəkil Nazim qızının, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Abşeron Rayonu Masazır Bələdiyyəsi və Cavabdeh3 qarşı “hüquqi sənədlərin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X2 və X6 Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” tələbinə dair iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1, Abşeron Rayonu Masazır Bələdiyyəsi və Cavabdeh3 qarşı “hüquqi sənədlərin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Masazır Bələdiyyəsi tərəfindən Cavabdeh3 qeyd olunan tikintinin aparılması üçün verilmiş hüquqi sənədlərin (sərancamın, alqı-satqı müqaviləsinin və sair) etibarsız hesab edilməsi, mülkiyyətində olan torpaq sahələrini ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsində Cavabdeh3 inşa etdiyi özbaşına tikilinin Cavabdeh3 tərəfindən sökülməsi və yolun həmin cavabdeh tərəfindən bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində Yeni Yaşayış massivində yerləşən torpaq sahələri fərdi evlərinin tikintisi üçün iddiaçılara ayrılmışdır. İddiaçılara fərdi yaşayış evi tikmək üçün torpaq sahələri hazırda iddiaçıların mülkiyyətində olan xüsusi əmlaklardır. Həmin torpaq sahələri, iddiaçıların, mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi tərəfindən hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarışa əsasən verilmişdir. Torpaq sahələri iddiaçının mülkiyyətinə verilərkən ərazinin kordinatları müəyyənləşdirilmiş, torpaq sahələrinin planölçü sxemi tərtib olunmuşdur. Həmin yaşayış massivində olan torpaq sahələri iddiaçıların istifadəsinə və mülkiyyətinə verilərkən torpaq sahələrinin kadastr planı, torpaq sahələrinin koordinatları, torpaq sahələrinə gedən yollar və magestral yola çıxışlar tərtib olunmuş, ərazinin yolları müəyyanləşdirilmişdir. İddiaçılara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılarkən baş plan tərtib olunmuşdur. Baş plana əsasən sakinlərin istifadəsi üçün geniş yol ayrılmışdır və uzun müddətdir ki, iddiaçılar həmin yoldan istifadə etməklə evlərinə gediş-gəlişlərini etmişlər. Cavabdehlər Cavabdeh1 və Masazır Bələdiyyasinin qanunsuz icazəsi ilə Cavabdeh3 iddiaçıların va digar sakinlərin baş yolunu zəbt etmiş və həmin yolda tikinti işləri aparmağa başlamışdır. Cavabdeh3 zəbt etdiyi yolu boşaltmağı, tikinti işlərini dayandırmağı xahiş etdikdə, Cavabdeh3 bildirmişdir ki, Masazır Bələdiyyəsi həmin yolu ona Cavabdeh1 razılığı ilə satıb və tikintinin aparılması üçün ona digər cavabdehlər tərəfindən ümumi yolda tikinti işlərinin aparılması üçün hüquqi sənədlər verilmişdir. Bununla əlaqədar hazırkı iddiaçılar və digər sakinlər Cavabdeh1nə, Masazır Bələdiyyəsinə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdeh1nə və cavabdeh Masazır Bələdiyyəsinə iddiaçının müraciətlərinin heç bir nəticəsi olmadığından, özbaşına tikintinin dayandırılması və sökülməsi üçün qanuna müvafiq heç bir tədbir görülmədiyindən məcbur olub aidiyyatı orqanlara (Azərbaycan Respublikasının Prezident Adminstrasiyasına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə, Cavabdeh1 Başçısına, Dövlət Arxitektura va Tikinti Komitəsinə və sair orqanlara) yazılı müraciətlar etmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavabda bildirilir ki, əraziya keçrilmiş baxış zamanı ərazidə özbaşına tikinti işləri aparıldığı müşahidə olunmuşdur. Cavabdeh1ndən şəhərsalma və tikinti qanunvericiliyinə əsasən 3 iş günü ərzində tikintisinə icazə verilmiş və ya özbaşına tikinti barəda məlumatların Agentliyə verilməsi xahiş olunmuşdur. Cavabdeh3 bildirmişdir ki, yolun içərisində olan tikintinin yerləşdiyi torpaq sahəsini Cavabdeh1 və Masazır Bələdiyyəsi ona satmış və ona həmin tikinti işlərinin aparılması üçün hüquqi sənədlər vermişdir. Dəfələrlə Cavabdeh3 qanunsuz hərəkətlərinə son qoymağı, özbaşına tikilinin sökülməsi, qanunsuz olaraq zəbt edərək bağladığı ümumi yolu açmağı, yolu ümumi istifadə üçün öz hesabına bərpa etməyi tələb etsədə cavabdeh könüllü olaraq yolu boşaltmır, gediş-gəlişinə maneləri aradan qaldırmır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X2 və X11 Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan torpaq sahələrinin ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdeh tərəfindən sökülməsi və yolun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində Yeni Yaşayış massivində yerləşən torpaq sahələri fərdi yaşayış evlərinin tikintisi üçün iddiaçılara ayrılmışdır. İddiaçılara fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahələri hazırda iddiaçıların mülkiyyətində olan xüsusi əmlaklarıdır. Torpaq sahələri iddiaçıların mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 4 saylı Abşeron rayon Ərazi İdarəsi tərəfindən hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarışa əsasən verilmişdir. Belə ki, fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri mülkiyyətlərinə verilərkən ərazinin kordinatları müəyyənləşdirilmiş, torpaq sahələrinin plan - ölçü sxemi tətib olunmuşdur. Həmin yaşayış massivində olan torpaq sahələri iddiaçıların istifadəsinə və mülkiyyətinə verilərkən torpaq sahələrinin kadastr planı, torpaq sahələrinin koordinatları, torpaq sahələrinə gedən yollar və magistral yola çıxışlar tərtib olunmuş, ərazinin yolları müəyyənləşdirilmişdir. İddiaçılara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılarkən baş plan tərtib olunmuşdur. Qeyd etdikləri kimi baş plana əsasən sakinlərin istifadəsi üçün geniş yol ayrılmış və uzun müddətdir ki, iddiaçılar həmin yoldan istifadə etməklə evlərinə gediş- gəlişlərini etmişlər. Cavabdeh3 iddiaçıların və digər sakinlərin baş yolunu zəbt etmiş və həmin yolda tikinti işləri aparmağa başlamışdır. Bununla əlaqədar hazırki iddiaçılar və digər sakinlər Cavabdeh1nə, Masazır Bələdiyyəsinə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdehlər Cavabdeh1nə və Masazır Bələdiyyəsinə müraciətlərinin heç bir nəticəsi olmadığından, özbaşına tikintinin dayandırılması və sökülməsi üçün qanuna müvafiq heç bir tədbir görülmədiyindən məcbur olub aidiyyatı orqanlara (Azərbaycan Respublikasının Prezident Adminstrasiyasına,, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə, Cavabdeh1 Başçısına, Dövlət Arxitektura və Tikinti Komitəsinə və sair orqanlara) yazılı müraciətlər etmişlər. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfidən verilən xx.xx.2024-cii il tarixli cavabda bildirilir ki, əraziyə keçrilmiş baxış zamanı ərazidə özbaşına tikinti işləri aparıldığı müşahidə olunmuşdur. Cavabdeh1ndən şəhərsalma və tikinti qanunvericiliyinə əsasən 3 iş günü ərzində tikintisinə icazə verilmiş və ya özbaşına tikinti barədə məlumatların Agentliyə verilməsi xahiş olunmuşdur.” Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “müraciətdə qeyd olunan məsələ ilə bağlı Xidmətin Abşeron Ərazi Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılmış, müəyyən olunmuşdur ki, sözügedən ünvanda vətəndaş Cavabdeh3 tərəfindən xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı istifadə və ya icarə hüququ olmadan bələdiyyə mülkiyyətinə aid 0,0657 ha ümumi istifadədə olan kənd təsərüfatı təyinatlı torpaq sahəsində onun tərəfindən hasarlanma işlərinin aparıldığı müəyyən olunmuşdur. Faktla bağlı səlahiyyətlərinə aid tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinə Dövlət Şəhərsalma və Arxtektura Komitəsinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə, Cavabdeh1nə və Masazır Bələdiyyəsinə məktubla müraciət edilmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezident Adminstrasiyasına ünvanlanmış kollektiv müraciətlə əlaqədar ünvana baxış keçirilmiş, aparılan qanunsuz tikinti işləri dayandırılmış tikinti sahibinə xəbərdarlıq olunmuş, qanunsuzluğun təkrarlanmaması üçün ərazi nəzarətə götrülmüşdür. Aparılan qeyri-qanuni tikinti işləri barəsində Əmlak Məsələləri Dövlət Xidmətinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə məlumat verilmişdir.” Müraciətlərə cavab məktublarından da görünür ki, iddiaçıların yolunun (baş yol) Cavabdeh3 tərəfindən zəbt olunması, həmin yolda özbaşına tikinti aparılması öz təsdiqini tapır. Cavabdeh1 cavab məktubunda qeyd olunur ki, ”əraziyə baxış keçirilmiş, tikinti sahibinə xəbərdarlıq olunmuş, qanunsuzluğun təkrarlanmaması üçün ərazi nəzarətə götürülmüşdür.” Göründüyü kimi Cavabdeh1 və cavabdeh Masazır Bələdiyyəsi qanunsuz tikintinin aparılmasına icazə verdiyindən qanunsuz tikili aparan, yollarını zəbt etmiş Cavabdeh3 barəsində qanunun tələbinə uyğun heç bir tədbir görülməmiş, tikintinin sökülərək yolun açılması üçün qanuna müvafiq hərəkətlər edilməmişdir. Onların Azərbaycan Respublikası Prezident Adminstrasiyasına və digər aidiyyatı orqanlara ünvanladıqları kollektiv müraciətlərdən sonra Masazır Bələdiyyəsinin nəzarəti ilə Cavabdeh3 tərəfindən tikinti işləri tələsik tamamlanmış ümumi yolları tam zəbt olunmuşdur. Cavabdeh3 özbaşına, heç bir əsası olmadan onların evinə gedən yolu qanunsuz zəbt edərək bağlaması barədə aidiyyatı üzrə Cavabdeh1nə və cavabdeh Masazır Bələdiyyəsinə müraciət etsələrdə, heç bir tədbir görülməmiş, mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi onlara tövsiyyə etmişlər. Təkrar Cavabdeh3 ilə əlaqə saxlayıb mübahisəni məhkəmədən kənar həll etmək istəmişlər. Cavabdeh3 onlara yolun içərisində olan tikintinin yerləşdiyi torpaq sahəsini Cavabdeh1 və Masazır Bələdiyyəsi tərəfindən ona satıldığını və ona həmin tikinti işlərinin aparılması üçün hüquqi sənədlər verildiyini bildirmişlər. Dəfələrlə Cavabdeh3 qanunsuz hərəkətlərinə son qoymağı, özbaşına tikilinin sökülməsi, qanunsuz olaraq zəbt edərək bağladığı ümumi yolu açmağı, yolu ümumi istifadə üçün öz hesabına bərpa etməyi tələb etsələr də, cavabdeh könüllü olaraq yolu boşaltmamış, gediş- gəlişə maneələri aradan qaldırmamışdır. Bu səbəbdəndə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, Cavabdeh3 tərəfindən hasar tikilmiş, onun dediyinə görə sənədləri vardır. O, bələdiyyə mülkiyyəti ilə bağlı müraciət etmişdir. Cavabdehlə aralarında razılıq əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı4 nümayəndəsi-vəkili Vəkil Nazim qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, ekspert rəyi və mütəxəssis rəyi ilə razı deyillər. Cavabdehə əvvəldə bu barədə təklif edilmişdir. 24 iyul 2024-də cinayət işinin başlanması rədd edilmiş, Bələdiyyə tərəfindən heç bir iddia qaldırılmamışdır. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. O qeyd etdi ki, ona məxsus evin və evin yerləşdiyi torpaq sahəsinin dövlət reyestrindən çıxarışı var və həmin çıxarışla əmlak ona məxsusdur. O, həmin ərazidə əlavə torpaq sahəsi götürmüşdür. Ona torpaq sahəsini Ramin Allahverdiyev adlı şəxs vermiş və həmin ərazidə tikinti aparmamaqla, yalnız ağac əkilməsinin mümkün olduğunu bildirmişdir. Həmin ərazidə 2013-cü ildə 130 ədəd ağac əkmiş və həmin ağaclar da iddiaçılara heç bir zaman maneə törətmir. Əlavə torpaq sahəsi həyətinin yanındadır, ağac əkdiyi torpaq sahəsinin yarı hissəsinin sənədləri var, yarı hissəsinin isə səndləri yoxdur. Həmin ərazi boş olduğu üçün ağac əkmişdir. Mübahisələndirilən yol əvvəl necə olubsa, hazırda da həmin vəziyyətdədir. İddiaçıların istədikləri bütün yollara çıxışları vardır. Hazırda aralarında razılıq yoxdur. İştirak etdiyi məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən yol 8 metrlikdir. Cavabdeh həmin yolda ağac əkərək yolu kəsmişdir. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlmədklərindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı4 mülkiyyətindədir. Onun adına xx.xx.2014-cü il tarixli AA 019337 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi X3 mülkiyyətindədir. Onun adına xx.xx.2014-cü il tarixli, AA 025110 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh1 İddiaçı4 ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2sində Əli və Toğrul adlı şəxslər tərəfindən Yeni Yaşayış massivində yolun zəbt edilməsi və aparılan qeyri-qanuni tikinti işləri barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətlərə baxılmışdır. Sözügedən ünvanda aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Məktubda qeyd olunan ünvana baxış keçirilmiş, tikinti işləri dayandırılmış, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərarlıq edilmiş, qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün ünvanlar nəzarətə götürülmüş, aparılan qeyri-qanuni tikinti işləri barəsində hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı3 mülkiyyətindədir. Onun adına xx.xx.2013-cü il tarixli AA 046714 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDX DƏDKR PHŞ-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,04 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Onun adına xx.xx.2013-cü il tarixli AA 046714 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 122,2 kv.m olan ev və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. Onun adına xx.xx.2018-ci il tarixli 202 inventar nömrəli texniki pasport tərtib olunmuşdur. Azərbaycan Respublikası ƏMDX DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-213-32/2-9849/2025 saylı məktubundan görünür ki, elektron məlumat bazasında torpaq sahəsinə gedən yol barəsində heç bir məlumat aşkar olunmadığından sualın cavablandırılması mümkün olmamışdır. Torpaq sahəsinə giriş-çıxış yolunun müəyyən edilməsi ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə dair hər hansı qanunvericilik aktı öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3767 saylı rəyindən müəyyən olunur ki, ƏMDX DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq məlumata əsasən mübahisə predmeti olan torpaq sahələrinə gedən yol barəsində elektron məlumat bazasında heç bir məlumat aşkar olunmadığından qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə tədqiq aparılması mümkün olmamışdır. Məhkəmə, ilk öncə iddia tələbləri üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X8, X2 və X6 hazırkı iddia tələblərini irəli sürmək hüquqlarının olub-olmamasını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Hazırkı halda, iddiaçıların sökülməsini tələb etdikləri tikilinin yerləşdiyi ərazinin onların mülkiyyətində olmasına, habelə onların mülkiyyətlərində olan torpaq sahələrinə gedən yol barəsində elektron məlumat bazasında hər hansı məlumatın aşkar olunmasına dair sübutlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddiaçıların həmin cavabdehlərə münasibətdə sözügedən predmetlə bağlı məhkəmədə iddia qaldırmaqda subyektiv hüquqları olmamış, iddia tələbləri hüququ olmayan şəxslər tərəfindən verilmişdir. Ona görə də hazırkı icraatda iddiaçıların iddia tələblərində qeyd etdikləri tikilinin onların sahiblik və istifadələrində olan yaşayış sahələri üzərində hüquqlarını pozub-pozmadığını, bunun hansı qaydada baş verdiyini müəyyən etmək mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Bununla əlaqədar, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X2 və X11 mülkiyyətlərində olan torpaq sahələrini ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsində aparılmış tikilinin sökülməsini tələb etmək barədə iddiaları tələb hüququ olmayan şəxslər olaraq vermişlər. Məhkəmə hesab edir ki, iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələblərində sökülməsini tələb etdikləri sahənin onların mülkiyyətlərinə aid olması, həmçinin mübahisələndirilən yolun onların torpaq sahələrinə gedən yol olması barədə hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edə bilməmişlər. Bununla da həmin iddia tələblərinə münasibətdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X2 və X6 da subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüquqları yaranmadığına görə, iddia tələbləri təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarını, istinad edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Abşeron Rayonu Masazır Bələdiyyəsi və Cavabdeh3 qarşı “hüquqi sənədlərin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X2 və X6 Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” barədə iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, hər iki iddia tələbləri rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləğləri və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat iddiaçıların və üçüncü şəxslərin özlərinə aid edilməlidir. İnsan hüquqlarının və X9 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Abşeron Rayonu Masazır Bələdiyyəsi və Cavabdeh3 qarşı “hüquqi sənədlərin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı4 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X2 və X6 Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələbin irəli sürülməsi üçün X8 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxslərə aid edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X8, X2 və X4 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar