Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-118/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi qardaşı xx.xx.1977-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun qardaşı xx.xx.1977-ci il təvəllüdlü X1 və heç vaxt ailə həyatı qurmamışdır. Onlar 5 qardaşdırlar və onlardan üçü müharibə veteranıdır. Qardaşı Cavadın xəstəliyi müharibədə aldığı zədələrə görə yaranmışdır. İş qabiliyyəti tamamilə yoxdur. Bu məsələ ilə bağlı ilk öncə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etsə də, xx.xx.2023-cü il tarixli cavab məktubunda şəxsin fəaliyyət qabiliyyətsiz olması barədə ərizə ilə məhkəməyə müraciət edilməsi izah olunub. Hazırda qardaşının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşdə olan AZ-İİİ 630463 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə anadan olmuşdur. X6, anası Seyidxanım Mirməmməd qızıdır. İşdə olan AZ-T 232499 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1977-ci ildə anadan olmuşdur. Atası Mir-X11, anası Seyidxanım Mirməmməd qızıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2025-ciil tarixli, 1206 saylı rəyindən müəyyən edilir ki, X3 şizofreniya paranoid forma psixi xəstəlik müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından və məlum ekspert rəyindən müəyyən edilir ki, xx.xx.1977-ci il təvəllüdlü X5 şizoaffektiv pozuntu formasında psixi xəstəliklə əlaqədar öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Onun daimi qulluğa ehtiyacı var. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-118/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-118/2025
01.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver