Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1180/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə 04 iyun 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev-60 B (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00000 olan sayğacına dair yazılmış 2160 kub metr olmaqla 216 manat cərimənin tutulmasına dair tərtib edilmiş 20.05.2020-ci il tarixli akt, ******* saylı aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev-60 B (ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində adına abonent kodu **********00000 olan qaz sayğacı quraşdırılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 12.05.2020-ci il tarixdə onun xəbəri və iştirakı olmadan həmin sayğaca baxış keçirilmiş və təbii qazdan istifadə qaydalarının pozulması barədə 20.05.2020ci il tarixli akt, ******* saylı akt tərtib edilmişdir. Akta əsasən, sayğaca baxış keçirilən zaman guya blombun korroziyaya uğraması və rənglərin uyğun gəlməməsi aşkar edilmişdir. Nəticədə qanunsuz olaraq 2160 kub metr olmaqla, 216 manat pul məbləğində dəymiş ziyana görə cərimə yazılmışdır və həmin cərimə hal-hazırda smart karta pul yüklənərkən kartdan tutulur. Bu 20.05.2020-ci il tarixli akt, ******* saylı aktın ləğv edilməsi Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək akt əsasında hesablanmış 216 manat dəymiş ziyan məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə “Cavabdeh” İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman qaz sayğacın klapanının işlək olmadığı müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmış və 20.05.2020-ci il tarixli akt, ******* saylı akt tərtib edilmişdir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 216 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş edir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20.05.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 60-B (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00000 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, 29/1710-00032-1 rəyinə əsasən, 1202AQ**********2 sayğacın klapanı işlək deyil. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı əsassız olaraq 20.05.2020-ci il tarixli, ******* saylı akt tərtib edilərək 216 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Cavabdeh» İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 60-B (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 216 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa «Cavabdeh» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üçün 20.05.2020-ci il tarixli, ******* saylı akt əsasında abonentə 216 manat məbləğ hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00000 olan, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 60-B (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 20.05.2020-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt üzrə hesablanmış 216 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1180/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1180/2021
04.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver