Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1180/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 16 A saylı fərdi yaşayış evinə dair **********19270 nömrəli abonent koduna yazılmış 1555 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O, Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 16 A saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla ahıl yaşlı həyat yoldaşı ilə birlikdə həmin ünvanda yaşayır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta görə MSK-14-2-2/3-5-2494-1 saylı rəyə əsasən **********1 nömrəli sayğacın çıxış plasmas borusunun deşildiyini, hesablama mexanizminin minimal sərfiyata keçən qazın həcmini qeyd etmədiyini göstərərək 1555 manat məbləğində cərimə növü tətbiq edilmişdir. O, bu məbləğ ilə qəti şəkildə razı deyildir. O və həyat yoldaşı ahıl yaşlı insanlardır və təqaüd ilə dolanırlar. Abonent kodu **********19270 olan sayğac yol kənarında yerləşir, həmin yol insanların və avtomaşınların çox əhatə etdiyi yoldur. Sayğac evlərindən 65 metr məsafədə yerləşdiyindən o, daim sayğaca nəzarət edə bilmir. Bundan əlavə qeyd edir ki, sayğacın qorunması və sayğaca nəzarət etmək vətəndaşın vəzifəsi deyildir. Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən sayğacın qorunması və nəzarəti Cavabdeh balansındadır. Belə olan halda sayğaca baxış zamanı göstərilən nüanslar, yəni sayğacın klapanının işləməməsi, yivli birləşmələrinin korreziyaya uğraması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırılmasına, sayğacın elementinin bitməsinə görə vətəndaş yox, Cavabdeh İB nəzarət etməlidir və məsuliyyəti Cavabdeh İB daşımalıdır. Ona görə də o, bütün bu qeyd edilənlərlə razı olmadığı üçün onun adına tətbiq edilmiş və əsassız şəkildə yazılmış cərimə məbləğinin silinməsini istəyir və bu, onun qanunla qorunan haqqıdır. xx.xx.2023-cü il tarixli aktın tərtib edilməsinə göstərilən səbəblərlə də qəti şəkildə razılaşmır. Bu səbəbdən o, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən müəyyən edilmiş ümumilikdə 1555 manat məbləğində cərimə pulu əsassız olduğu üçün silinməlidir. Buna görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh əməkdaşları 2022-ci ilin dekabr ayında onların yaşadığı evə quraşdırılmış sayğacı dəyişdirmişlər. Həmin vaxtdan bir il keçdikdən sonra isə onlara akt əsasında cərimə yazıldığı bildirilmişdir. Onlar mütəmadi olaraq təbii qazdan istifadəyə görə ödəniş etmişlər. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2023cü il tarixli, ******* saylı aktdan görünür ki, Qasımova (Salamova) Gülxanım Ağaverdi qızına məxsus (abonent kodu: **********19270) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK-14-2-2/3-5-2494-1 saylı rəyə əsasən **********1 nömrəli sayğacın çıxış plasmas borusunun deşildiyi, hesablama mexanizminin minimal sərfiyata keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdur. İş materialarında olan abonentin saldosundan görünür ki, Qasımova (Salamova) Gülxanım Ağaverdi qızına məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evə (abonent kodu: **********19270) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi Qasımova (Salamova) Gülxanım Ağaverdi qızına məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evə (abonent kodu: **********19270) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********19270) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1555 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********19270) hesablanmış 1555 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1180/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1180/2024
27.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver