Məhkəmə qərarları › İş №2(012)-1181/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1181/2022

18.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1181/2022 18.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN- 3251 seriyalı, 02.11.2004-cü il tarixli, ******* kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında izahatında bildirdi ki, onlara Dövlət və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən JN-3251 seriyalı, 02.11.2004-cü il tarixli, ******* kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Evdə qeydiyyatda olan şəxslərin hamısının soyadı Əmirov olmuşdur. Bu səbəbdən də onun soyadını Dövlət Aktında səhvən Əlimədətov əvəzinə Əmirov, Ərizəçi2 ata adı isə Dövlət Aktında səhvən Əmir kimi yazılmışdır. Bu səbəbdən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə Ərizəçi1 dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. [399] Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən edilir ərizəçilər Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinin tələbinə əməl etmədən,birbaşa məhkəməyə müraciət etmişlər.Ona görə də yuxarıda qeyd olunan qnunvericiliyin tələbinə görə ərizəçilər ilk olaraq lazımi sənədləri ala bilmək üçün hüquq müəyyənedici sənədi verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırkı hüquqi varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sənəddə olan səhvlərin aradan qaldıraraq yeni sənədin verilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsi barədə müraciət etməli, həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldıraraq yeni sənədin verilməsindən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsindən imtinasını aldıqdan sonra məhkəməyə müraciət etməlidirlər. Lakin, iş materiallarında ərizəçilər tərəfindən lazımi sənədləri ala bilmək üçün hüquq müəyyənedici sənədi verən orqana müraciətin və müvafiq cavabın alınması barədə heç bir sübut mövcud deyildir. Belə olan halda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar