Məhkəmə qərarları › İş №2(012)-1190/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1190/2023

02.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1190/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 02 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-ci il təvəllüdlü bacısı oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004-ci il təvəllüdlü X9 ərizəçinin oğludur. Oğlu 1-ci qrup əlildir və serebral iflic, kvadroplegik spastik serebral, spastik dərin tetraparez əzələ gücü, orta dərəcəli əqli gerilik xəstəliklərindən əziyyət çəkir. Bu xəstəlik səbəbindən oğlu öz hərəkətlərini anlaya və öz hərəkətlərini idarə edə bilmir, hətta yeməyini yeməsinə belə ərizəçi köməklik edir. Xəstəliklə əlaqədar oğlunu nəzarətsiz qoymaq mümkün deyildir. Bu səbəbdən də özünü idarə edə bilməyən oğluna baxmaq məcburiyyətindədir və onun bütün əziyyətlərini ərizəçi çəkir. Buna görə də heç bir yerdə işləyə bilmir. Hər hansı sənədləşmə işi lazım olduqda Xəyyam serebral iflic, kvadroplegik spastik serebral iflic, spastik dərin tetraparez əzələ gücü, orta dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkdiyi üçün sənədlərə imza ata bilmir və bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda övladı X2 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZ-İ seriyalı 552424 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, atası X5, anası X1r. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, atası X17, anası X11r. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2006-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2018-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 343 nömrəli Sərəncamının surətindən görünür ki, 09 dekabr 2004-cü il tarixdə anadan olmuş X9 xx.xx.1938-ci il tarixdə anadan olmuş nənəsi X8 qəyyumluğuna (himayəsinə) verilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 124 nömrəli Sərəncamının surətindən görünür ki, 09 dekabr 2004-cü il təvəllüdlü X9 xx.xx.1959-cu il təvəllüdlü xalası Ərizəçi qəyyumluğuna (himayəsinə) verilmişdir. Mülki işin materiallarında olan 2008 nömrəli X13 tərəfindən verilmiş Epikrizin surətindən görünür ki, X7 xx.xx.2006-cı ildə Uşaq serebral iflici klinik diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 xx.xx.2023-cü il tarixli 745 saylı rəyindən görünür ki, xx.xx.2004-ci il təvəllüdlü X3 Uşaq serbral İflicinin qalıq əlamətləri, dərin əqli geriliklə aşkar olunmuşdur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə X3 Uşaq serbral İflicinin qalıq əlamətləri, dərin əqli gerilik aşkar olunmuşdur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. O, xalası – Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır, hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də, məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 xx.xx.2023cü il tarixli 745 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2004-ci ildə Bakı şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-ci ildə Bakı şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə xx.xx.2004-ci ildə Bakı şəhərində doğulmuş X2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar