Məhkəmə qərarları › İş №2(012)-1198/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1198/2024

12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1198/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndələri X4 və X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış ünvanındakı (abonent kodu **********05950) sayğacla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə əsassız hesablanmış 6912 manat borc məbləğinin hesab kodundan (kod: **********05950) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına 2023cü il üzrə müxtəlif tarixlərdə baxış keçirilmiş, sayğaca baxış zamanı guya sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmiş, bu səbəbdən 2023-cü ildə müxtəlif tarixlərdə 7 akt tərtib edilmiş və həmin aktlar əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış ünvanındakı (abonent kodu **********05950) sayğacla bağlı 6912 manat əsassız borc hesablanmışdır. Qeyd edir ki, Cavabdeh işçiləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Belə ki, sayğaca dair heç bir müdaxilə olmamış, plomb sayğacın üzərində olmuş, sayğacda heç bir qüsur olmamışdır. Akt tərtib olunarkən Cavabdeh İB tərəfindən ona heç bir rəsmi məlumat verilməmiş və akt onun imzası olmadan tərtib olunmuşdur. Hesab edir ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış ünvanındakı (abonent kodu **********05950) sayğacla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə əsassız hesablanmış 6912 manat borc məbləğin hesab kodundan (kod: **********05950) silinməlidir. Bildirir ki, o, təbii qazdan istifadəyə görə yaranmış borcunu ödəmək üçün Smart kartdan istifadə edir və 2023-cü il üzrə təbii qaz sərfiyyatına görə yaranmış borc üzrə ödənişlər etmişdir. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndələri X6 və X7 məhkəmə iclasında izahatlarında bildirdilər ki, onlar iddianı qəbul etmirlər. Belə ki, Cavabdeh əməkdaşları İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirərkən küçə qaz xəttinin dirəyinin içindən boru xətti çəkildiyi aşkar etmiş, bununla bağlı, ümumilikdə, 7 akt tərtib edilmiş və Cavabdehnə cəmi 6912 manat məbləğində ziyan vurulmuşdur. İddiaçının evinə quraşdırılmış qaz sayğacı ilə bağlı 2023-cü il üzrə birinci akt 2023-cü ilin mart ayında, yeddinci akt isə 2023-cü ilin sentyabr ayında tərtib edilmişdir. Həmçinin iddiaçının 2023-cü ilin dekabr və 2024cü ilin yanvar ayı üzrə təbii qaz sərfiyyatına görə 35-40 manat məbləğində borcu yaranmışdır. Odur ki, cavabdeh təşkilatın nümayəndələri iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəməyə şahid qismində cəlb edilmiş X1 məhkəmədə ifadəsində bildirdi ki, o, 2002-ci ildən Cavabdehndə və 6 ildir ki, Cavabdeh Abşeron rayonu üzrə Satış Şöbəsində işləyir. O, özü də daxil olmaqla 6 nəfərdən ibarət qrupla İddiaçı yaşadığı evin sayğacına baxış keçirən zaman küçə qaz xəttinin dirəyinin içindən boru xəttinin keçdiyini görmüş, həmin yerdə sayğacdan kənar xətt çəkildiyini təsdiq edən çəkilişlər aparılmış və bu barədə akt tərtib etmişdirlər. Lakin bundan sonra da onlar iddiaçının yaşadığı evə aid sözügedən qaz sayğacına baxış keçirdikləri zaman sözügedən qaz xəttinin daxilindən boru xətti çəkilməsi faktının dəfələrlə təkrar olunduğunu aşkar etmiş və iddiaçı tərəfindən çəkilmiş sayğacdan kənar xətti qaynaq vasitəsilə əsas xətdən ayırmışdırlar. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlardan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05950) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə (abonent kodu: **********05950) xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023cü il tarixli, ******* saylı aktlar üzrə 6912 manat məbləğində borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidin ifadəsini dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış ünvanındakı (abonent kodu **********05950) sayğacla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə əsassız hesablanmış 6912 manat borc məbləğinin hesab kodundan (kod: **********05950) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlardan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05950) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında Cavabdeh tərəfindən tərtib olunmuş qeyd edilən 7 aktdan yalnız birini, yəni xx.xx.2023-cü il tarixli, ******* saylı aktı göstərməklə 6912 manat borc məbləğinin silinməsini xahiş etmişdir ki, bu da yuxarıda qeyd olunduğu kimi işin faktiki halları ilə uyğunluq təşkil etmir. Həmçinin,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki,mübahisələndiriılən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı 164,16 manat məbləğində cərimə olunmuş, lakin həmin akt əsasında hesablanmış cərimə məbləğinin silinməsi ilə bağlı sübutlar müəyyən edilməmiş,əksinə olaraq məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı 164,16 manat məbləğində cərimə olmasına səbəb sonuncunun yaşadığı evə küçə qaz xəttinin dirəyinin içindən sayğacdan kənar boru xəttinin çəkilməsi olmuşdur ki,bu hal da Cavabdeh nümayəndəsinin izahatı ilə barəbər,şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış ünvanında yerləşən sayğacla bağlı (abonent kodu **********05950) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə əsassız hesablanmış 6912 manat borc məbləğinin silinməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar