Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1200/2021 05.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq Abşeron rayonu Masazır kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********35000 olan sayğacdan kənar istifadə olunmuş 799,20 manat cərimənin silinərək, 1 aya müvafiq faktiki istifadə olunan qazın müəyyən edilməsi və həmin pulun ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 1ində ona məxsus fərdi yaşayış evində adına olan abonent kodu **********35000 olan qaz sayğacından istifadə edir. xx.xx.2019-cu il tarixdə Cavabdeh İB əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmişdir. Akta əsasən əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Nəticədə həmin akta əsasən 799,20 manat cərimə yazılmışdır. O, yalnız 1 ay müddətində sayğacdan kənar təbii qazdan istifadə etmişdir və yazılan cərimə həddindən artıq çoxdur. Hazırda həmin cərimə onun kartına yüklənən hesabından tutulmaqdadır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tam əsassızdır. İddiaçı sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan qeyri-qanuni olaraq istifadə edir. Bunla bağlı xx.xx.2019-cu il tarixdə ******* saylı akt tərtib edilmişdir. İddiaçının 799,20 manat borc məbləği 3E proqramına salındığına görə borca görə 62 manat tutulmuş, 737,20 manat qalıq borc qalmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli, ******* №-li aktdan müəyyən edilir ki, İddiaçı sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan qeyri-qanuni olaraq istifadə etməsi və 7992 m3 dəymiş ziyan aşkar olunmuşdur. İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu **********35000) dair 799.20 manat cərimə borc hesablanmış, həmin borca görə 62 manat abonentdən tutulmuş,737.20 manat cərimə borcu qalmışdır, iddiaçının izahatına görə cəmi bir ay sayğacdan kənar xəttdən istifadə olunub, cavabdeh tərəf isə birtərəfli tərtib olunmuş aktın əsaslılığı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonentin saldosuna əsasən 2019-cu ilin mart ayı üçün hesablanmış 30 manat cərimə borcu əsaslı hesab edilməli ,lakin iş materiallarından göründüyü kimi, cərimə borcu kimi iddiaçıdan artıq 62 manat tutulduğundan iddia tələbi bir ay üçün faktiki istifadə olunan qazın sərfiyyatının müəyyən edilməsi və iddiaçıdan tutulması hissəsində iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin digər hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının təbii qazdan istifadəyə görə cəmi təşkil edən 799.20 manat cərimə borcundan 30 manat əsaslı hesab edilib artıq ödənildiyindən yerdə qalan 769.20 manatdan isə iddiaçı cərimə borcu kimi 745 manatı mübahisələndirdiyindən həmin 745 manatdan cərimə məbləği kimi müəyyən edilmiş 30 manat çıxılmalı, qalan 715 manat isə əsassız hesab edilmiş cərimə borcu hesab edilməklə, iddia bu hissədə qismən təmin edilərək 715 manat cərimə borcu ləğv edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə adi qaz sayğacına (abonent kodu **********35000) dair hesablanmış 715 manat cərimə borc silinsin. Cavabdeh İB –dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1200/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1200/2021
05.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver